|
Tranzistorların parametrləri, istismar şərtləri və tətbiq sahələri
|
bet | 120/142 | Sana | 27.05.2024 | Hajmi | 3,55 Mb. | | #255298 |
Bog'liq Microsoft Word II -an Tranzistorların parametrləri, istismar şərtləri və tətbiq sahələri
Tranzistorların təsnifatı və işarələnmə sistemləri. 1964-cü ilə qədər buraxılan bipolyar tranzistorların şərti işarələnməsi istifadə olunan materialı bildirən hərflərdən – П yaxud МП və yolverilən səpələnmə gücünü və sərhəd tezliyini müəyyən edən rəqəmlərdən təşkil olunur:
1-dən 99-a qədər —azgüclü aşağı tezlikli germanium tranzistor; 101-dən 199-a qədər —azgüclü aşağıtezlikli silisium tranzistor;
201-dən 299-a qədər — germaniumlu güclü aşağı tezlikli germanium tranzistor; 301-dən 399-a qədər — silisiumlu güclü aşağıtezlikli silisium tranzistor;
401-dən 499-a qədər —azgüclü yüksək və ifrat yüksək tezlikli germanium tranzistor;
501-dən 599-a qədər —azgüclü yüksək və ifrat yüksək tezlikli silisium tranzistor;
601-dən 699-a qədər —güclü yüksək və ifrat yüksək tezlikli germanium tranzistor;
701-dən 799-a qədər —güclü yüksək və ifrat yüksək tezlikli silisium tranzistor.
Rəqəmlərdən sonra eyni markadan olan tranzistorların parametrlərinə görə ayrılmasını bildirən hərf olur.
Sonrakı illərin standartlarına görə isə birinci hərf, yaxud rəqəm yarımkeçirici materialın tipini göstərir: K, yaxud 1 – silisium; Г, yaxud 2 – germanium tranzistor olduğunu bildirir. İkinci hərf cihazın tipini bildirir, məsələn, Д – diod, T – tranzistor və s.
Hərflərdən sonra üç, yaxud dörd rəqəmdən ibarət olan kombinasiya olur. Birinci rəqəm aşağıda verilmiş cədvələ uyğun olaraq tranzistorun yol verilə bilən səpələnmə gücünü və sərhəd tezliyini təyin edir.
Cədvəl 6. Tranzistorun yol verilə bilən səpilmə gücünün və sərhəd
tezliyinin təyin olunması
P,Vt \ f, MHs
|
< 3 Aş.Tez.
|
3…30 Ort.Tez.
|
>30Yük.Tez. və İYT
|
Az güclü, <0,3
|
1
|
2
|
3
|
Orta güclü, 0,3...3,0
|
4
|
5
|
6
|
Güclü, > 3
|
7
|
8
|
9
|
Əgər cihazların kiçik ölçüləri hərf, yaxud rəqəm işarələrini istifadə etməyə imkan vermirsə onda onun korpusuna rəngli markalanma çəkilir (nöqtə, yaxud rəngli zolaqlar). Rəngli kod uyğun cihazın texniki şərtlərində göstərilir.
|
| |