|
Microsoft Word II -an imp.+
|
bet | 119/142 | Sana | 27.05.2024 | Hajmi | 3,55 Mb. | | #255298 |
Bog'liq Microsoft Word II -anYeddi seqmentli işıq diodlu indikatorlar. Şəkil 1,a-da yaşıl rəngli işıqlanmaya malik olan VQE24F tipli indikatorun seqmentləri və hərflə işarələnməsi arasında uyğunluğu və şəkil 1,b-də isə bu indikatorun xarici görünüşü verilmişdir.
b)
Şək. 1
Şəkil 2,a-da VQE24F , şəkil 2,b-də isə Rusiya istehsalı olan АЛС 324Б və АЛС324А yeddi seqmentli indikatorlarının çıxışlarının nömrələri göstərilmişdir.
АЛС 324Б indikatoru ümumi katodlu və АЛС324А indikatoru isə ümumu anodlu işıq diodlarından təşkil olunmuşdur. Hər iki indikator qörmızı işıqlanmaya malikdirlər.
АЛС321Б, АЛС333Б, АЛС333Г, АЛС334Б, АЛС335Б, АЛС335Г,
3ЛС338Б, 3ЛС338Г yeddiseqmentli indikatorları АЛС324Б indikatorunun,
АЛС321А, АЛС333А, АЛС333В, АЛС334А, АЛС334В, АЛС335А,
АЛС335В, 3ЛС338А indikatorları isə АЛС324А indikatorunun analoqu olub, işçi parametrləri ilə fərqlənirlər.
АЛС324Б və АЛС324A indikatorlarının əsas işçi parametrləri: nominal düz cərəyan - 20mA; maksimal sabit cərəyan – 25mA, maksimal impuls cərəyanı – 300mA; düz gərginlik düşküsü – 2.5V; səpilmə gücü – 500mVt-dır.
Azgüclü və kiçikölçülü yeddiseqmentli indikatorlara misal olaraq, rəqəmli informasiyanı əksetdirmək üçün nəzərdə tutulmuş АЛ304А, АЛ304Б, АЛ304В, АЛ304Г markalı indikatorları göstərmək olar. Bu indikatorlar epitaksial texnologiya üzrə hazırlanmış, arsenid-fosfid-qallium əsaslı işıq diodlarından (seqmentlərdən) təşkil olunmuşdur. Bu indikatorlar plastmas korpusda buraxılır, rəqəmin hündürlüyü 3mm, kütləsi 0,25 təşkil edir.
a) b)
Şək.2
Şəkil 3-də АЛ304 markalı indikatorun xarici görünüşü, çıxışlarının nömrələri, bu seriyadan olan müxtəlif tipli indikatorların sxematik quruluşu və qoşulma sxemi verilmişdir.
Bu indikatorların misalında yarımkeçirici yeddi seqmentli indikatorların məxsus olduğu elektrik, işıq və istismar parametrlərini nəzərdən keçirək:
İndikatorların işıqlanma rəngi:
АЛ304А, АЛ304Б, АЛ304Г - qırmız;
АЛ304В - yaşıl.
Idüz = 5mA olduqda parlaqlıq :
- АЛ304А üçün - 140 kd/m2;
- АЛ304Б üçün - 80…320 kd/m2;
АЛ304В üçün 10mA cərəyanda- 60kd/m2;
АЛ304Г üçün - 350kd/m2
Elementlər arasında parlaqlığın qeyri-bərabərliyi – 60%
Idüz = 5mA olduqda sabit düz gərginlik:
- T = +25...+70 olduqda АЛ304А, АЛ304Б üçün 2,0V ;
T = -60 olduqda АЛ304А, АЛ304Б üçün 2,4V;
- T = +25...+70 olduqda АЛ304В, АЛ304Г üçün 3,0V;
T = -60 olduqda АЛ304В, АЛ304Г üçün 3,6V;
Şək. 3
Müxtəlif elektrik parametrlərə malik olan yarımkeçirici diodların xarici görünüşü şəkil 4-də verilmişdir.
Şək.4
|
| |