• Pro Elektron sistemində tranzistorların işarələnmə xüsusiyyətləri.
  • Microsoft Word II -an imp.+




    Download 3,55 Mb.
    bet121/142
    Sana27.05.2024
    Hajmi3,55 Mb.
    #255298
    1   ...   117   118   119   120   121   122   123   124   ...   142
    Bog'liq
    Microsoft Word II -an

    Tranzistorların JEDEC sisteminə əsasən işarələnmə sistemi. Qərb ölkələrində yarımkeçirici cihazların işarələnməsinin müxtəlif sistemləri mövcuddur. Ən geniş yayılmış sistem ABŞ-ın elektron cihazlar üzrə birləşmiş texniki şurası tərəfindən qəbul edilmiş JEDEC işarələmə sistemidir. Bu sistem üzrə cihazların markalanması aşağıdakı kimidir:

    • bu markalama sistemində birinci rəqəm p-n –keçidlərin sayını göstərir: 1 – diod; 2 – tranzistor; 3 – tetrod (tiristor);

    • rəqəmdən sonra N hərfi və elektron sənayesi müəssisələri assosasiyası (EİA) tərəfindən qeydə alınan seriya nömrəsi gəlir;

    • seriya nömrəsindən sonra eyni tipdən və seriyadan olan cihazların fərqli parametrlərə, yaxud xarakteristikalara görə ayrılmasını göstərən bir və ya bir neçə hərf olur.

    Lakin qeyd etmək lazımdır ki, bu sistemdə seriya nömrəsinin rəqəmləri ilkin materiallı, tezlik diapazonunu və ya tətbiq sahəsini təyin etmirlər.
    Pro Elektron sistemində tranzistorların işarələnmə xüsusiyyətləri. Avropada JEDEC sistemindən başqa yarımkeçirici cihazların markalanmasını müəyyənləşdirən Pro Elektron Beynəlxalq Assosasiya Təşkilatı tərəfindən yaradılmış işarələmə sistem geniş istifadə olunur. Bu sistemə görə məişət aparaturası üçün nəzərdə tutulan geniş təyinatlı cihazlar iki hərflə, sənaye və xüsusi aparatura üçün nəzərdə tutulmuş cihazlar isə üç hərf və iki rəqəmlə işarələnirlər. Geniş təyinatlı cihazlarda iki hərfdən sonra cihazın 100-dən 999-a qədər üçrəqəmli sıra nömrəsi göstərilir. Sənaye və xüsusi təyinatlı aparaturada tətbiq olunan cihazlar-da üçüncü işarə hərf olub, əks əlifba sırası ilə verilir: Z,Y,X və s., bu hərfdən sonra isə 10-dan 99-a qədər olan sıra nömrəsi gəlir.
    Əgər bir korpusda bir neçə eyni tipli cihaz varsa, onda işarələmə tək diskret cihazların kodlarına (markalarına) uyğun olaraq yerinə yetirir. Bir korpusda bir neçə müxtəlif cihaz olduqda ikinci hərf kimi G hərfi istifadə olunur.

        1. Download 3,55 Mb.
    1   ...   117   118   119   120   121   122   123   124   ...   142




    Download 3,55 Mb.