|
Mövzu 1 “Azərbaycan dilində işgüzar və akademik kommunikasiya” fənninin məqsəd və vəzifələri. I mühazirənin plani
|
bet | 52/81 | Sana | 12.12.2023 | Hajmi | 345,89 Kb. | | #116562 | Turi | Mühazirə |
Bog'liq Akademik və işgüzar kommunikasiya 15 mühazirə (1) (1)Elmi bədii üslub. Elmi istehsalatla əlaqədar, inkişafı, elmi texniki tərəqqinin nailiyyətləri bədii yaradıcılıq sahəsinə, bədii ədəbiyyata təsirsiz qalmamışdır. Bədii üslubda müxtəlif elmi terminlər işlədilir. XIX əsrdə M.F.Axundov əsərlərində xeyli ictimai-siyasi terminlərdən istifadə etmişdir: aktyor, qubernator, dram, konstitusiya, knyaz, general, liberal, imperator, parlament, prezident, fanatik, fanatizm, filosof və.s. Elmi bədii üsluba xas olan xüsusiyyətlər elmi-bədii üslubda yazılmış əsərlərdə öz əksini tapır.
Bədii üslubda elmi terminlərin işlədilməsi emosionallıq və obrazlılıq yox, konkretlik və dəqiqlik yaratmağa xidmət edir. Bədii üsluba məxsus obrazlılıq vasitələri bu mənaları oxucuya çatdırmaq vasitəsinə çevrilir. Elmi üslubda morfoloji və sintaktik vahidlər konkretlik, ardıcıllıq, məntiqlilik və.s məzmunun ifadəsinə xidmət edir. Bədii üsluba məxsus əlamətlər elmi üslubda da özünü göstərir. Elmi üslubda bədii üsluba məxsus ekspressivlik və emosionallıq elementləri insanın idrak fəaliyyətində yaranan hissləri ifadə edir. Emosional məzmun məntiqi məzmun kimi anlayışın sözdə reallaşma vasitəsidir, emosiyaları (həyacan, qorxu, qəzəb və.s) ifadə edir. İsimlərin coxmənalılığı elmi üslubda emosionallıq bildirir.
Ana dili dərsliklərini elmi-bədii üsluba aid etmək olar. Belə dərsliklər müxtəlif üslubların sintezidir. Burada həm bədii üslub (şeir, hekayə), həm elmi üslub (tarixə, coğrafiyaya aid yazılar), həm də başqa üslublara aid nümunələrə rast gəlinir. Dərsliklərdə hər şey aydın, sadə dillə verilir. Dilin aydınlığı epizodik xasiyyət daşımır, mürəkkəb ünsürlərlə fasilələnmir, sadəlik sistemə çevrilir. Dilin sadəliyi, aydınlığı, təmizliyi, əsas lüğət fonduna maksimum yaxınlıq cümlələrin yığcamlığı bu dərsliklərin və uşaq jurnallarının başlıca norma sistemidir.
Rəsmi üslub. Bu üslub adından göründüyü kimi rəsmi dövlət sənədlərinin yazıldığı mətnlərlə əlaqədardır. Rəsmi üslub dövlət sənədlərinə: qanun, əmr, qərar, müqavilə, saziş, bəyanət, qətnamə, protokol, akt, məlumat, təliqə, arayış, ərizə, diplomatik sənədlər, nizamnamə, hüququ sənədlər, yazışmalar, əsasnamələr, təlimat, müraciət, hesabat, qərar və.s tətbiq olunur.
Rəsmi üslubun vəzifəsi dövlət və ictimai idarələrin bir-biri ilə və onların əhali ilə müəyyənləşdirici əlaqəsi haqqında məlumat verməkdir. Dövlət sənədləri xüsusi leksikaya, sabit formula malik olması, ifadə etmənin lakonikliyi, xülasə edilmiş fikrin dəqiq verilməsi ilə səciyyələnir. Burada inzibati terminlər, çoxlu köhnəlmiş spesifik sözlər işlədilmir. Sözlər həqiqi və dəqiq mənalarda istifadə edilir.
Dilçilik ədəbiyyatında rəsmi sənədlərin dili aşağıdakı şəkildə səciyyələndirilir:
hər bir məsələ aydın və olduqca qısa izah edilir;
artıq, lüzumsuz sözlərə, təkrarlara, bədii ifadələrə yol verilmir;
ikimənalılığa, dolaşıqlığa yol verməmək üçün hər bir anlayışa dair dəqiq terminlər seçilir;
ç) hər hansı bir məfhumun izahı üçün ədəbi dilin qrammatik normalarına düzgün riayət olunur;
d) ştamp xarakterli xüsusi tərkiblərdən, ifadələrdən geniş istifadə edilir
Rəsmi-işguzar üslubun səciyyəvi leksik xüsusiyyətlərini üç maddədə qruplaşdırmaq olar: 1) bədii üslubun elementleri də burada işlədilir, lakin onlar rəsmi səciyyə daşıyır 2) müəyyən sözlər ancaq rəsmi üsluba məxsusdur: standart, hazır trafaret söz və ifadələr 3) terminlər. Rəsmi işgüzar üslub hüququ münasibətə, qanunvericilik və kargüzarlıq sahələrinə xidmət edir. Bu üslub bir neçə mikroüsluba bölünür. 1. xüsusi qanunvericilik üslubu (qanun, fərman, mülki və cinayət aktları, nizamnamə) 2. inzibati – dəftərxana üslubu (akt, sərəncam, əmr, rəsmi kağızlar, ərizə, xasiyyətnamə, tərcümeyi-hal, vəkalətnamə, qəbz) 3. siyasi – diplomatik üslub (nota, memorondum, rəsmi məlumat, müqavilə, konvensiya)
Rəsmi-işgüzar üslubda işlədilən söz qrupları aşağıdakılardır: 1. rəsmi sənədlərin adını bildirən sözlər: əmr, fərman, bildiriş, vəsiqə, qanun, diplom, qərar, akt, qətnamə, bəyanat, attestat və.s. 2. rəsmi müraciət bildirən sözlər: vətəndaş, müəllim, doktor, həkim, hakim, professor, müqəssir, vəkil, prokuror, müstəntiq və.s. 3. dəftərxana işinə aid əşya adları: qovluq, möhür, ştamp, makina və.s. 4. rəsmi hərəkət bildirən fellər: əmr etmək, xahiş etmək, sərəncam vermək, qol çəkmək, nəzərinə çatdırmaq və.s. Rəsmi üslub əsasında qurulan nitqə əməli nitq, əməli yazı da deyilir. Əməli nitq qədim bir tarixə malikdir. Hələ Şah İsmayıl Xətai öz hökmranlığı zamanında Azərbaycan dilində bir sıra fərmanlar vermişdir. Hökmdarların sarayında, sonralar ayrı-ayrı xanların, bəylərin divanxanalarında hazırlanmış belə fərman, sərəncam və digər rəsmi sənədlər zaman-zaman təkmilləşmiş, onların müxtəlif növləri yaranmışdır. Belə rəsmi sənədləri, adətən, xüsusi mirzələr tərtib edərdilər. Bu sənədlər vasitəsilə dövlət başçıları və xanlar bir-biri ilə məktublaşar, müqavilələr bağlayardılar. Ticarət işləri ilə bağlı əlaqələr genişləndikcə əhali, sadə adamlar da bu ünsiyyət vasitəsindən, əməli yazıların müxtəlif növlərindən istifadə etməyə başlayırlar. Vaxtilə həmin kağızlara verilən adların bir çoxu indi də dilimizdə işlənir. Məsələn, “etimadnamə”, “etibarnamə”, “dəvətnamə”, “qəbz”, “təliqə” və s.
Orta əsrlərdə Yaxın və Orta Şərqdə məktub, ərizə, fərman, qərar, hökm, fərmannamə, əhdnamə, təşəkkür, təbrik, elan və s. sənədlərdən bəhs edən inşa adlı bir elm sahəsi də olub. Bu elm həm mərkəzi, həm də əyalət hökmdarlarının saraylarında çalışan mirzələrə, katiblərə əməli sənədlərin yazılış tərzi haqda məlumat verərdi.
|
| |