|
Mövzu 1 “Azərbaycan dilində işgüzar və akademik kommunikasiya” fənninin məqsəd və vəzifələri. I mühazirənin plani
|
bet | 53/81 | Sana | 12.12.2023 | Hajmi | 345,89 Kb. | | #116562 | Turi | Mühazirə |
Bog'liq Akademik və işgüzar kommunikasiya 15 mühazirə (1) (1)İctimai – publisist üslubu. Bu üslubda ictimai siyasi məzmunlu əsərlərin dili nəzərdə tutulur. İctimai-publisist üslubda məqsəd müəyyən məlumat haqqında xəbər vermək və dinləyicilərə təsir göstərməkdir. Bu baxımdan ictimai-publisist üslub həm elmi, həm də bədii üsluba yaxındır. Bu üslub öz formasına, məzmununa və həcminə görə müxtəlifdir.İctimai publisist üslubu dövrün aktual məsələlərinə həsr olunmuş ictimai-siyasi məzmunlu qəzet-jurnal məqalələri, qəzetlərin baş məqalələri, oçerk, felyeton, çağırış, tənqid-biblioqrafiyavə s. əhatə edir.
Publisist üslubun üç çaları var: siyasi publisist üslub, bədii publisist üslub, elmi-kütləvi üslub. Bu üslubların dilində standartlıq, qəliblilik, vahid formalar özünü göstərir.
İctimai-publisist üslub öz xüsusiyyətlərinə görə təbliğat-təşviqat xarakterlidir. Təbliğat-təşviqat xarakterli nitqlərdə çoxlu abstrak sözlər və siyasi terminlər işlədilir. Bu üslubda bədii təsvir vasitələri sərbəst tətbiq olunur, ritorik suallara yer verilir, hiss-həyəcan doğuran sözlər və idiomatik ifadələr, feli sifət, feli bağlama tərkibli sadə və mürəkkəb cümlələr işlədilir.
İctimai – publisist üslubun səciyyəvi cəhətləri aydınlıq, dürüstlük, dəqiqlik, sadəlik və anlaşıqlıq, sözlərin istehza ilə işlədilməsi, sarkazm yaratmaq, sitatlar verməkdir.
İctimai-publisist üslubda yazılmış əsərlərə M.Füzulinin “Şikayətnamə”si, M.F.Axundovun “Kəmalüddövlə məktubları” nümunə ola bilər.
Epistolyar üslub. Epistolyar üslub epistolyar ünsiyyət sahəsində fəaliyyət göstərir. Bu ünsiyyət sahəsi yazışma prosesindən ibarətdir. Bu, yalnız yazılı formada olur. Bunu ünsiyyət şəraiti tələb edir. Məktub bir-birindən uzaq məsafədə olan iki şəxsin yazılı söhbətidir. Burada ancaq bir nəfərin nitqi əks olunur. Hər bir məktub əvvəl göndərilmiş məktuba cavabdır. Hər bir məktubun müəllifi və ünvanı vardır. Məktublaşmada nəql olunma müəllifin şəxsində gedir. Bu üslubun vəzifəsi hər hansı bir şəxsə, oxucuya, danışanın – məktub və gündəlik yazanın, xatirə söyləyənin hadisə haqqında məlumat vermək, öz fikrini izah və hissini ifadə etməkdir. Epistolyar üslubda yazışma prosesində iştirak edən müəllif, yaxud adresatlardan asılı olaraq monoloqun aşağıdakı növləri işlədilir. 1. nəql edən, yaxud məlumat verən monoloq 2. mühakimə yürüdən monoloq 3. lirik monoloq
Azərbaycan dilçilik ədəbiyyatında bu üslubun müxtəlif növləri göstərilir. İ.Salahovanın “Epistolyar üslub haqqında” məqaləsində bu üslub üç janra bölünür. 1) adi məişət məktubları 2) dostluq məktubları 3) rəsmi məktubları xatırladan məktublar. “Azərbaycan dilinin üslubiyyatı”nda (B.1990.s.71) epistolyar üslubun aşağıdakı məktub variantları verilir: 1. Dostluq məktubları (şəxsi – məişət məktubları, ədəbi məktublar, işküzar məktublar) 2. Şəxsi rəsmi-işküzar məktublar. A.Qurbanov “Ümumi dilçilik” adlı dərsliyində epistolyar üslubun dörd janrını göstərir: 1. Ailə-məişət məktubları 2. Dostluq məktubları, 3. Rəsmi məktublar 4. Açıq məktublar
Xitablar epistolyar üslubun başlanğıc və sonluğunu formalaşdıran sözlər kimi cıxış edir. 1. Dostluq münasibətini bildirən xitablar. Məsələn. Qardaşım Səməd! Birinci məktuba heç bir cavab almadım, ikinci məktubu göndərirəm və.s. 2. İntim və əzizləmə münasibətini bildirən xitablar: Əzizim Xavər, qardaşcığım və.s
Epistolyar mətinlərdə xitablar sadə və mürəkkəb formada işlədilir: sadə xitablar – Cəfər, Cəfərciyim, Ağa, Arif və.s. Mürəkkəb xitablar: İsmayıl müəllim, qardaşım Qurbanəli, Möhtərəm Arif və.s.
Epistolyar üslubu digər funksional üslublardan fərqləndirən linqivistik əlamətlər bunlardır: 1) hadisənin birinci şəxs tərəfindən nəql edilməsi 2) konkret ünvana müraciət olunma 3) funksional cəhətdən xüsusi çalarlı dil vahidlərinin məktubların əvvəlində və sonunda işlədilməsi 4) müxtəlif quruluşlu xitabların iştirakı.
|
| |