|
Yekunlaşdırıcı hissə (məktubun sonluğu
|
bet | 56/81 | Sana | 12.12.2023 | Hajmi | 345,89 Kb. | | #116562 | Turi | Mühazirə |
Bog'liq Akademik və işgüzar kommunikasiya 15 mühazirə (1) (1)4.Yekunlaşdırıcı hissə (məktubun sonluğu)
Məktubların müəyyən bir qismini rəsmi məktublar təşkil edir. Belə məktublara xahişnamə, təliqə, tələbnamə, təqdimat, təlimat və s. kimi nümunələr daxildir.
Məktubların növlərinə gəlincə demək lazımdır ki, epistolyar üslubdan bəhs edənlər onların 3 və ya 4 növünı qeyd edirlər:
1. İntim – məişət məktubları; 2.Ədəbi məktublar; 3. Rəsmi - işgüzar məktublar; 4. Açıq məktublar.
1. İntim mənşəli məktublar. “İntim” sözü latın dilində intumuş (ən dərin şəxsi) şəklində olub, fransız dilinə intume formasında (ən dərin daxili) keçmişdir. İntim mənşəli məktub dedikdə ən səmimi, ən dərin, ən istəkli məktublar nəzərdə tutulur. Əslində keçmiş məktublarda yazılan «Ürəyimin ən dərin guşəsində bəslədiyim qızılgül ətirli salamlarımı sənin kimi istəkli qardaşıma yetirirəm» cümləsində intim mənşəli məktubun mahiyyəti açılırdı.
“Məişət” sözü belə məktubların dilinin necə olmasından xəbər verir. Belə məktublarda təntənəli söz və ifadələr olmur. Cümlələr sadə quruluşda olub, onun üzvləri də xalq danışıq dilində olduğu kimi düzülür.
2. Ədəbi məktublar. Ədəbi məktub intim-məişət məktublarından fərqli olaraq, daha çox sosial mahiyyətdə olur. Əslində, ədəbi məktubda epistolyarlıq təkcə onu yazanın – korrespondentin və adresatın olmasıdır. Taprixdə belə hadisələr çox olur ki, alim və ya şair, yazıçı müəyyən bir sosial problem haqqında öz dostu, ya məsləkdaşı ilə fikirlərini, ümumi dərdlərini bölüşür, ya hər hansı bir hadisə ilə bağlı dostunu, bütövlükdə milləti, ictimaiyyəti təbrik etmiş olur. Ədəbi məktubun dili onu yazandan asılıdır. Əgər şair və ya yazıçı məktub yazırsa, bədiilik burada aparıcı olacaqdır.
Ədəbi məktublar sırasında S.Ə.Şirvaninin H.B.Zərdabiyə, Q.B.Zakirin M.F.Axundova, C.Məmmədquluzadəyə, B.Vahabzadənin, S.Rüstəmin, M.Rahimin Məhəmmədhüseyn Şəhriyara, Şəhriyarın birincilərə məktublarını və onlarla belə məktubları misal göstərmək olar.
3. Rəsmi – işgüzar üslublar
Nümunələr
|
| |