• Nərimanov rayon bələdiyyəsinin sədri: M.Məmmədov Açıq məktublar
  • TƏLİQƏ Rəsmi məktubların geniş işlənən növlərindən biri də təliqədir. «Təliqə» ərəb sözü olub, müəyyən məsələ haqqında hazırlanmış rəsmi məktub mənasını ehtiva edir .
  • Sumqayıt Şəhər Təhsil Şöbəsinin müdiri cənab Vidadi Bağırova
  • Filologiya fakültəsinin dekanı: S.Həmzəyeva 30.03.2018
  • İşgüzar fəaliyyətin tərəfdaşları arasında əsas əlaqə forması
  • Mövzu 1 “Azərbaycan dilində işgüzar və akademik kommunikasiya” fənninin məqsəd və vəzifələri. I mühazirənin plani




    Download 345,89 Kb.
    bet57/81
    Sana12.12.2023
    Hajmi345,89 Kb.
    #116562
    TuriMühazirə
    1   ...   53   54   55   56   57   58   59   60   ...   81
    Bog'liq
    Akademik və işgüzar kommunikasiya 15 mühazirə (1) (1)

    Mətbuat yayımı şöbəsinə

    2014-cü il üçün abunə yazılışı kampaniyasında aşağıdakı mətbu orqanlarına abunə yazılmaq üçün (qəzet və jurnalların siyahısı verilir) ödəniləcək pulun miqdarını göstərməyinizi xahiş edirik.




    Nərimanov rayon bələdiyyəsinin sədri: M.Məmmədov



    1. Açıq məktublar

    Mətbuat və digər vasitələrlə ayrı-ayrı insanların, tanınmış şəxslərin bir-birinə ünvanladıqları genişhəcmli məktublardır. Yazıçıların ədəbi orqanlarda bir-birinə yazdığı məktublar da buraya aiddir.
    TƏLİQƏ
    Rəsmi məktubların geniş işlənən növlərindən biri də təliqədir. «Təliqə» ərəb sözü olub, müəyyən məsələ haqqında hazırlanmış rəsmi məktub mənasını ehtiva edir. Təliqə adətən, rəhbər, idarəetmə orqanlarından onlara aidiyyatı olan təşkilatların ünvanına göndərilir.


    Nümunə
    Sumqayıt Şəhər Təhsil Şöbəsinin
    müdiri cənab Vidadi Bağırova

    Sizin 23 mart 2018-ci il tarixli 312 saylı məktubunuza cavab olaraq bildiririk ki, fakültənin qiyabi şöbə üzrə IV kurs tələbəsi Nazilə Nəsir qızı Quliyeva xəstə olduğu üçün qış sessiyasında iştirak edə bilməmiş, təkrarən IV kursda saxlanılmışdır. O, hazırda həmin kursda oxuyur.


    Nazilə Nəsir qızı Quliyeva yaxşı oxumaqla bərabər, fakültənin ictimai işlərində də yaxından iştirak edir.
    Filologiya fakültəsinin
    dekanı: S.Həmzəyeva
    30.03.2018
    İşgüzar informasiya məzmununa malik əlaqə vasitələrinin obyekti kimi aşağıdakıları misal göstərmək olar:

    • yazılı korrespondensiya;

    • teleqramlar;

    • telefonoqramlar;

    • faksoqramlar;

    • elektron poçt vasitəsilə verilən məlumatlar.

    İşgüzar fəaliyyətin tərəfdaşları arasında əsas əlaqə forması
    Kompyuter və telekommunikasiya texnologiyalarının səmərəli inkişafına baxmayaraq, yazılı korrespondensiya işgüzar fəaliyyət tərəfdaşları arasında əsas kommunikasiya forması olaraq qalmaqdadır. İşgüzar məktubların mübadiləsi həm dövlət, həm də kommersiya təşkilatlarının vasitəçiliyi ilə reallaşdırılır.
    Azərbaycan Respublikası ərazisində poçt əlaqələri ilə bağlı xidmətləri “Azərpoçt” Dövlət Müəssisəsi həyata keçirir. Kommersiya təşkilatları əsasən yazılı korrespondensiyaların ekspres çatdırılması ilə məşğul olur.

    Download 345,89 Kb.
    1   ...   53   54   55   56   57   58   59   60   ...   81




    Download 345,89 Kb.

    Bosh sahifa
    Aloqalar

        Bosh sahifa



    Mövzu 1 “Azərbaycan dilində işgüzar və akademik kommunikasiya” fənninin məqsəd və vəzifələri. I mühazirənin plani

    Download 345,89 Kb.