|
Mövzu 1 “Azərbaycan dilində işgüzar və akademik kommunikasiya” fənninin məqsəd və vəzifələri. I mühazirənin plani
|
bet | 67/81 | Sana | 12.12.2023 | Hajmi | 345,89 Kb. | | #116562 | Turi | Mühazirə |
Bog'liq Akademik və işgüzar kommunikasiya 15 mühazirə (1) (1)Bezdirici olmamaq. Əmtəə və xidmətlərin təklifi hədsiz dərəcədə təkidlə təklif olunmamalıdır. Təklifin hətta müxtəlif variantlarda belə dəfələrlə təkrarı alıcıda ondan imtina hissi yarada bilər. Reklam məktubu bezdirici deyil, inandırıcı olmalıdır.
Qəti tərtibat. Reklam məktubu şirkətin təqdim olunması forması olduğundan, heç bir bəzək elementi (qızıl güllər, çiçəklər, budaqlar və s.) istifadə olunmadan yazı üçün gərəkli bütün rekvizitlərlə blankda tərtib olunmalıdır.
Üslubi tərtibatın səmərəliliyi. Reklam məktubunun tərtibatında şrift 13-dən, sətirlərarası interval isə 1,5-dən kiçik olmamalıdır.
ELEKTRON YAZIŞMA
Sosial şəbəkələrdə yazışmaların hüquqi statusu.
Bu gün demək olar ki, hər bir şirkətdə işçilər iş tapşırıqlarının həyata keçirilməsində əsas vasitə kimi müasir rabitə vasitələrindən (Twitter, Watsapp, Instagram) istifadə edirlər.
Onların vasitəsilə menecerlər tapşırıqlar qoyur, onların yerinə yetirilməsi prosesinə nəzarət edirlər. Messencerlərdən müştərilərlə ünsiyyət qurmaq üçün də istifadə olunur – hesabatların və görülmüş işlərin ötürülməsi, sifarişin statusunun təyin edilməsi, məsələn, malların onlayn mağazadan çatdırılması.
Qeyd etmək lazımdır ki, bu gün elektron yazışmaların hüquqi statusu hələ də tam olaraq göstərilməyib, lakin bir çox hallarda sosial şəbəkələrdən gələn mesajlar məhkəmədə sübut bazası kimi istifadə edilə bilər. Məhkəmədə yazışmalardan, məsələn, əmək mübahisələrini həll edərkən istifadə edə bilərsiniz. Lakin bunun üçün bütün məlumatlar əvvəlcədən notarius tərəfindən maraqlı şəxslərin iştirakı ilə təsdiqlənməlidir. Elektron formada təqdim olunan sənədlər kağız analoqunun zəruriliyi ayrıca qeyd edildikdə etibarsız hesab edilir. Elektron yazışma (e-mail) məhkəmədə mümkün sübut kimi. Elektron cihazlar müasir həyatın ayrılmaz hissəsinə çevrilib. Özəl və işgüzar həyatımızda elektron kommunikasiya əvəzedilməz yer tutur. Artıq internet şəbəkəsi həyatımızda zərurət hesab olunur. Təbii ki, bu inkişaf biznes dövriyyəsindən də yan keçməyib. Elektron kommunikasiya vasitəsilə kommersiya münasibətləri də sürətlənib. Şirkətdaxili və şirkətxarici əlaqələrdə e-mail yazışmalar, elektron sənəd dövriyyəsi və video danışıqlar biznes ahənginin zəruri hissəsinə çevrilib. Texnoloji inkişafın gətirdiyi yeniliklər bəzən hüquqi qeyri-müəyyənliklərə də səbəb olur və bunların həlli hüquqşünasların üzərinə düşür. Bunlardan biri elektron yazışmanın (sənədin) məhkəmədə sübut kimi qəbul edilməsi məsələsidir. Hüquqdan fərqli olaraq, biznes yenilikləri daha tez qəbul və tətbiq edilir. Sonradan problemlər və mübahisələr yarandıqda hüquqşünaslara müraciət edilir, hüquqşünaslarda isə bəzi hallarda sadə cavab olmur. Korporativ həyatda elektron yazışma əsas kommunikasiya alətidir. Əksər hallarda biznes danışıqları elektron poçt (bundan sonra mətndə e-mail) vasitəsilə aparılır, kontragentlə müzakirələr və razılaşmalar e-mail ilə həyata keçirilir. Sənədlər elektron formada göndərilir. Bütün bu proseslər çərçivəsində mübahisələr istisna deyil və tərəflər məhkəməyə getdikdə bir sual ortaya çıxır – məhkəmə məsələ üzrə danışıqları əks etdirən elektron yazışmanı sübut kimi qəbul edəcəkmi?
Elektron yazışmanın (sənədlərin) sübut kimi istifadəsinin qarşısında duran əsas problemlərdən biri elektron sənədin (məktubun) konkret şəxs tərəfindən göndərildiyini/alındığını müəyyən etməkdən ibarətdir.
Hazırda bəzən məhkəmələr müəyyən dərəcədə konservativ mövqeyə üstünlük verir və tələb olunan formata sahib olmayan elektron yazışmanı (sənədi) sübut kimi işə əlavə etməkdən imtina edirlər. Bu da anlaşılandır.
Elektron yazışmanın (sənədin) məhkəmə mübahisələrində tam hüquqlu sübut kimi qiymətləndirilməsinin qarşısında duran ən önəmli amil onu göndərənin və alanın düzgün identifikasiya məsələsidir. Lakin, eyni zamanda hesab edirik mövcud normaların əhatəli tətbiqi və təfsiri yolu ilə qeyd olunan problemin həllini tapmaq mümkündür.
Digər önəmli sual: Elektron formada tərtib olunan və göndərilən yazışmanı (sənədi) məhkəməyə necə təqdim etmək lazımdır – çap edilmiş formatda (çıxarışını), yoxsa elektron formatda (CD və digər daşıyıcılar)?
Məhkəmə prosesində mübahisə edən tərəflər təqdim edilən elektron sənəd və yazışmanın həqiqiliyini inkar etmirsə, zənnimcə, məhkəmə rahatlıqla həmin sənədləri qəbul edib iş materiallarına əlavə edə bilər.
Lakin bir çox hallarda tərəflər elektron yazışmaların (sənədlərin) mümkün, mötəbər sübut kimi qəbul edilməsinə etiraz bildirirlər. Tərəflərdən biri elektron yazışmanın həqiqiliyini mübahisələndirir və ya ona ümumiyyətlə, elə bir məlumatın (elektron məktubun) gəlmədiyini, saxta olduğunu iddia edir. Bu halda məhkəmə təqdim edilmiş elektron yazışmanı asanlıqla sübut kimi qəbul etməyə bilər. Belə vəziyyətdə maraqlı tərəfin sübutetmə yükü artır və o, məhkəməni inandırmalıdır ki, həmin elektron yazışma həqiqidir və sübut kimi tanına bilər.Tərəflərin etirazlarına baxmayaraq, məhkəmə təqdim edilən elektron yazışmalara (sənədlərə) mülki prosessual qanunvericiliyə uyğun baxdıqdan sonra qiymət verməlidir. Yəni məhkəmə sadəcə elektron formada olduğundan sənədi sübut kimi qiymətləndirməkdən imtina etməməlidir. Əlbəttə, bu halda maraqlı tərəfin hüquqşünası məhkəməyə öz mövqelərini əsaslandıran izahatları, faktları və inandıra biləcək mülahizələrini təqdim etməlidir. Eyni zamanda işin halları və elektron yazışmada qeyd olunan hallar arasında əlaqənin göstərilməsində, digər sübutlarla qarşılıqlı əlaqəliliyin aşkar olunmasında məhkəməyə zəruri dəstəyi vermək lazımdır. Elektron yazışmanın mümkün sübut kimi qiymətləndirilməsi üçün əlaqəli aydınlaşdırıcı sualların cavablandırılmasının təmin edilməsini məhkəmədən xahiş etmək lazımdır. Mülki Prosessual Məcəlləyə əsasən iş üçün əhəmiyyətli hallar barədə məlumat verən işgüzar yazışmalar və digər sənəd və materiallar yazılı sübut hesab edilir.Elektron və sair üsulla əldə edilmiş materiallar məhkəmə tərəfindən o şərtlə yazılı sübut kimi qəbul edilə bilər ki, həmin sənədlərin həqiqiliyini müəyyən etmək mümkün olsun. Yazılı sübutun həqiqiliyinin müəyyənləşdirilməsi, yəni ilk növbədə müəllifinin, onun səlahiyyətinin və sənədin mətninin düzgünlüyünün təyin edilməsi məhkəmə qarşısında duran əsas problemdir. Bu problem yalnız elektron sənədlərə aid deyil. Ənənəvi kağız formasında olan sənədlərin də saxtalaşdırılması mümkündür. Təcrübədə kommersiya münasibətlərinin iştirakçıları kağız və elektron yazışmalarda zəruri məlumatları (müəllifi, səlahiyyəti (vəzifəsi), məzmunu və s.) düzgün müəyyən edə bilirlər. Bunu sənədin (yazışmanın) formal atributlarını, formalaşmış işgüzar təcrübəni nəzərdən keçirməklə və faktiki halların məcmusundan irəli gələrək ayırd etmək mümkün olur. Gələcəkdə elektron yazışmada əks olunan faktların sübut olunmasını asanlaşdırmaq üçün maraqlı tərəf kağız məktubunda elektron yazışmaya istinad verə bilər. Misal üçün, kontragentin müəyyən öhdəliklərinin təsdiqi yalnız elektron yazışmada etiraf olunubsa, qarşı tərəf borclu kontragentə kağız formatında məktub(lar) yazaraq, həmin məktub(lar)da tərəflər arasında olan konkret elektron yazışmalara (e-mail) istinad edə bilər. Kontragentin cavablarında həmin faktları mübahisələndirməməsi və ya etiraz etməməsi imkan verir ki, gələcəkdə həmin kağız sənədlər sübut kimi istifadə olunsun.
|
| |