Mövzu 1 “Azərbaycan dilində işgüzar və akademik kommunikasiya” fənninin məqsəd və vəzifələri. I mühazirənin plani




Download 345,89 Kb.
bet9/81
Sana12.12.2023
Hajmi345,89 Kb.
#116562
TuriMühazirə
1   ...   5   6   7   8   9   10   11   12   ...   81
Bog'liq
Akademik və işgüzar kommunikasiya 15 mühazirə (1) (1)

Nitqin sadəliyi. Nitqin sadəliyi onun aydınlığından, asan, anlaşıqlı, təbii və düzgün olmasından asılıdır. Sadə nitq ümumxalq danışıq dili elementlərindən, bəsit cümlələrdən, elmi və ya bədii üslubdan qaçmaq anlamında yox, fikrin asan qavranılmasına kömək edən, əşya və hadisələrin mahiyyətini yığcam və dəqiq verən ifadə tərzi kimi başa düşülür.
Dinləyicilərin ümumi səviyyəsinə uyğun təbiilikdən uzaq söz birləşmələri, mürəkkəb konstruksiyalar anlaşılmazlıq yaradır, məfhumun canlandırılmasını mümkünsüz edir (vicdanın böyük heykəli kimi) və nitqin asan başa düşülməsini çətinləşdirir.
Nitqin münasibliyi. Nitqin münasibliyi üçün misallar və sitatlar elə seçilməldiir ki, konkret dil situasiyalarının, ədəbi üslubların, zəruri söz və ifadələrin işlədilmə qanunauyğunluğu nəzərə alınsın.
Ünsiyyətin müxtəlif sahələrinə xidmət edən funksional üslubların hər birinin özünməxsus dil materialını seçmə və işlətmə üsulları vardır. Bədii yazıda dil elementlərinin uyğunluğu digər yazı növlərindən fərqlənir. Bədii əsərdə yazıçı janrdan asılı olaraq yaratdığı obrazları dövrün həyat normalarını gözləməklə bədii ifadə və təsvir vasitələri ilə qələmə alır, xalqın sosial həyat şəraitini yeri gəldikcə frazeologizmlərlə, atalar sözləri və zərb-məsəllərlə, şifahi xalq ədəbiyyatı nümunələri ilə zənginləşdirir, əxlaqi-psixoloji faktorları ön planda bədii sözün qüdrəti ilə nümayiş etdirir, insanlarda kiməsə nifrət, kiməsə məhəbbət hissi ilə dolu əsl sənət nümunələri yaradır. Bu üslubda elmi terminlərə, hər növ neologizmlərə, dilin təmizliyini pozan yad-yabançı sözlərə, şablon, trafaret fikirlərə rast gəlirik. Amma işgüzar (rəsmi-işgüzarlıq, rəsmi, əməli) yazı növlərində standart formalar üstünlük təşkil edir. Bunlar rəsmi sənədlərin pozulmaz forması kimi sabitliyini saxlayır. Nitq mübadiləsinin informasiya məqsıdinə xidmət etməsi üçün natiqdən dil strukturuna bələdlik və savad, dilin ifadə vasitələrindən istifadə bacarığı, nitq vərdişi, materialın məzmunu və həcmi haqqında aydın təsəvvür, dinləyici və ya oxucuya veriləcək məlumatın zəruriliyi tələb olunur. Bu zaman nitqin ünsiyyət mühitinə uyğunluğu, dinləyən və ya oxuyanların anlama səviyyəsinə müvafiqliyi nəzərdə saxlanılır. Nitqin münasibliyini şərtləndirən amillər içərisində aşağıdakılar daha önəmlidir: 1) Mövzunun (fikrin) məzmununa uyğun dil materialının seçilməsi; 2) Dil vasitələrinin nitqin məqam və şəraitinə uyğunluğu; 3) Nitq üslubdan asılı olaraq dil vasitələrinin məqsədəuyğunluğu; 4) Dil materialının natiqin şəxsiyyətinə, yaşına, savadına, dünyagörüşünə, sənətinə uyğunluğu. Nitq prosesində kimin kimlə, hansı şəraitdə (təklikdə, yoxsa auditoriya qarşısında, ya da ekran və ya efir vasitəsilə) informasiya mübadiləsi aparması gözlənilməli, nitqin məzmunu, məqsədi, istiqaməti aydın omalı, natiqin (müəllimin, lektorun, mühazirəçi, məruzəçi və ya çıxış edənin) nəzəri və praktik hazırlığı iştirak edənlərin, dinləyən və ya oxuyanların maraq dairəsində olmalıdır. İctimai yerlərdə dövlət əleyhinə müəyyən sirləri danışmaq, dövlət kəşfiyyat işlərindəki müəyyən məlumatlardan danışmaq olmaz.
Hərbi hissələrin nömrəsini, yerini bildirmək də bu qəbildəndir. Buna görə də “N” hərfi ilə hissəyə işarə edilir. Yaxud danışıqda əxlaq normalarına görə heç kəs öz arvadının adını yad kişilər arasında çağırmır. Ümumiyyətlə, azərbaycanlılar qadın, qız adlarını məclislərdə, ictimai yerlərdə, kişilər arasında çəkməyi düzgün saymırlar. Cavan gəlin və ya ər hətta valideynlərinin yanında belə “mənim arvadım”, “mənim ərim” ifadələrini işlətmir, başqalarının yanında isə onların adlarını çəkməyi əxlaq qaydaalrına görə münasib görmürlər. Dilçilikdə buna tabu deyilir. Elə bu səbədən “Kitabi-Əsgəriyyə” əsərində, Ə.Haqverdiyevin “Xəyalat” pyesində, A.Şaiqin “Məktub yetişmədi” hekayəsində qadın obrazı verilməmiş, qadın adı çəkilməmişdir. Keçmiş əxlaq normalarına görə kişi arvadının adını böyüklərinin yanında deyə bilməzdi, “uşaqların anası” və ya “filankəsin qızı” (əgər tanınmış kişinin qızı idisə) deyə işarə edərdi. Bu hal başqa xalqlar üçün xarakterik deyil. Ruslar “maya jena”, fransızlar “ma fam” deməkdən nəinki çəkinmirlər, əksinə qürur duyurlar. Yaxşı danışmaq, sərt mənanı yumşaltmaq üçün evfeminizmlərdən də istifadə olunur. “Yox” əvəzinə “xeyr”, “yalandır” əvəzinə “doğru deyil”, “həqiqətə uyğun deyil”, “Xoş getdin” əvəzinə “xoş gəldin”, “demək” əvəzinə “buyurun”, “ölmək” əvəzinə “rəhmətə getmək”, “ömrünü bağışlamaq” və s. kimi sinonim söz və ifadələri işlətməyə üstünlük verilir. Nitqin münasibliyi üçün formaca eyni, məzmunca müxtəlif olan sözlərə - omonimlərə yazılı nitqdə geniş yer verilir. Çünki şifahi nitqdə sözün mənasına daha çox fikir verildiyi halda, yazılı nitq həm forma, həm də məzmun cəhətdən münasib və dəqiq olmalıdır. Yazılışına görə müxtəlif, səslənməyə görə eyni olan sözlər – omofonlar nitq prosesində səslərin təhrifi ilə meydana çıxır. Məsələn: Külək qapını aşdı (açdı) – O, baryeri aşdı. Şeirdə belə sözlər ritm və qafiyə xətrinə omofon şəklinə salınır. Aşıq şeirinin təcnis janrıda qafiyələr cinas sözər üzərində qurulur:
Mən qurban eylərəm yara canımı,
Götürüb doğraya, yara canımı.
Alıb təpə-dırnaq yara canımı,
Bimirəm dərmanı, ay ana, ana. (A.Ələsgər)
Şair “yara” sözünü cinas məqamlarında işlətmişdir. Birinci “yar” ismi yönlük halda, ikinci “yarmaq” feilinin arzu forması, üçüncü isə “əzik, xəstəlik” mənasında olan “yara” sözüdür. Belə omofonlar həm fonetik-üslubi, həm də semantik-məntiqi cəhətdən fikri qüvvətləndirməyə xidmət edir. Dildə yazılışı eyni, səslənməsi müxtəlif olan sözlərə-omoqraflara isə həm yazılı, həm də şifahi nitqdə çox rast gəlirik: gəlin (isim) – gəlin (feilin əmr forması), açar (isim) – açar (feilin qeyri-qəti gələcək zamanı), bağlar (isim, cəm halda)-bağlar (bağlamaq feili qeyri-qəti gələcək zamanda) və s. Belə sözlər mənasına, vurğunun yerinə görə bir-birindən fərqlənir.
Dildə mənanı daha dəqiq ifadə etmək baxımından sinonimlərin də rolu böyükdür. Müxtəlif məna çalarlarına malik anlayışları bildirən sinonimlər ifadə formasına görə fərqlidir. Ağ eləmək – ağ yalan danışmaq. əyləşmək – oturmaq, dinləmək-eşitmək-qulaq asmaq, yaşlı-qoca-ağsaqqal,q açmaq-yüyürmək, ölmək-köçmək və s. sinonimləri ntqdə danışıq şəraitindən, işlənmə məqamından,üslubi və subyektiv münasibətdən asılı olaraq danışanın və ya yazanın fikrinə uyğun şəkildə öz ifadəsini tapır.

Download 345,89 Kb.
1   ...   5   6   7   8   9   10   11   12   ...   81




Download 345,89 Kb.

Bosh sahifa
Aloqalar

    Bosh sahifa



Mövzu 1 “Azərbaycan dilində işgüzar və akademik kommunikasiya” fənninin məqsəd və vəzifələri. I mühazirənin plani

Download 345,89 Kb.