|
Mövzu 1 “Azərbaycan dilində işgüzar və akademik kommunikasiya” fənninin məqsəd və vəzifələri. I mühazirənin plani
|
bet | 11/81 | Sana | 12.12.2023 | Hajmi | 345,89 Kb. | | #116562 | Turi | Mühazirə |
Bog'liq Akademik və işgüzar kommunikasiya 15 mühazirə (1) (1)Nitqin zənginliyi. Zəngin söz ehtiyatına malik natiq yalnız dilin incəliklərinə bələdlik nəticəsində öz nitqini rəngaərng qura bilir. Nitqin zənginliyinin başlıca amili onda dil vahidlərinin təkcə çoxluğu deyil, rəngarəngliyidir. Natiq öz fikirlərini daha münasib sözlərdən-sinonimlərdən, antonimlərdən, frazeoloji birləşmələrdən, ibarələrdən, məcazların müxtəlif növlərindən istifadə hesabına nitqini maraqlı qurur, onalrın asan dərk edilməsi ilə dinləyicilərə xoş təsir bağışlayır. Deməli, nitqin zənginliyi dilin ifadə və təsvir vasitələri hesabına başa gəlir. Nitqin zənginliyi strukturundan, xüsusən aktiv söz ehtiyatının kəmiyyət və keyfiyyətindən asılı olan məsələdir. Nitq zənginliyi bütün üslublar üçün vacib olsa da, bədii üslubda o daha yüksək, elmi və publisistik üslublarda nisbətən aşağıdır. Səbəbi də onunla izah edilir ki, bədii əsərlərdə yazıçının dilin bütün laylarında işlənən sözlərdən istifadə etmək imkanı var., amma elmi və publisistik üslublarda mövzu ilə əlaqədar sahə sözləri və terminlər çoxluq təşkil edir. Bədii əsərdə yazıçının söz ehtiyatı zəngin olduğu üçün o, hadisələri dəqiq, incə, ifadəli, obrazlı və orijinal üsulda ifadə imkanına malikdir. O, sözlərin leksik-semantik zənginliyindən tutmuş, intonasiya və ritm incəliklərinə qədər bütün dil vasitəslərinə müraciət etməkdə azaddır. Nitqin zənginliyinin əsas əlaməti onda işlənən sözlərin təkrar olunmadan kəmiyyətcə çoxluğudur. Geniş dünyagörüşünə, mükəmməl savada, daimi mütaliəyə malik söz sənətkarlarının – şair və yazıçıların söz ehtiyatı kəmiyyət və keyfiyyətcə çox zəngin olur. Bədii cəhətdən nitqin zənginliyi məhz bu hesabadır. Biz tələbələrimizin, o cümlədən, gələcək məşqçi və bədən tərbiyəsi müəllimlərimizin zəngin nitq mədəniyyətinə nail olmasını, mədəni və savadlı şəxs kimi yetişməsini istəyiriksə, onlara ana dilimizdə radio-televiziya verilişlərini diqqətlə izləməyə, mütaliə etməyə maraq oyatmalı, müxtəlif vasitələrlə - disputlar, bədii gecələr, şair və yazıçılarla görüşlər, keçirməklə, sözlərin, ifadələrin, cümlələrin ifadə tərzinə diqqəti yönəltməklə, nitqin məziyyətlərini mənimsətməklə onların söz ehtiyatını artırıb zənginləşdirməyə çalışmalıyıq. Bədii, elmi, kütləvi, publisistik əsərlərin müntəzəm mütaliəsi gənclərimizin söz ehtiyatını artırmaqla onlar üçün ümumişlək olmayan, az işlətdikləri sözlərin də nitqdə aktivləşməsinə səbəb olacağı şübhəsizdir.
Nitqin ifadəliliyi. İfadəlik üslub baxımından ən uğurlu dil vasitələrini tapıb işlətmək deməkdir. İfadəli nitq təkcə aydın, düzgün, səlis, məntiqi olmaqla bitmir, həm də təsirli, emosional, cazibəli formada öz əksini tapır. İfadəli nitq ondan bəhrələnənlərin hisslərinə təsir edir, marağını artırı, çünki burada məntiq güclü olduğu kimi, ifadə tərzi də tutarlı söz, ifadə və ibarələrlə həm zəngin, həm də ifadəlidir. Ifadəliyi çox vaxt söz sənətkarlarına aid edirlər, axı onlar dilin zəngin söz xəzinəsinə, onun qayda-qanunlarına daha yaxşı bələddirlər. Onlar özlərindən əvvəl yaşayıb-yaratmış sələflərinin bədii irsinə dərindən yiyələnirlər, deyilmişləri təkrar etmədən orijinal fikirlərini daha emosional, cazibəli, mənalı ifadə etmək bacarığı nümayiş etdirirlər, dilin bütün sisteminə - fonetika, leksika, semantika, qrammatika, intonasiya və üslubiyyata hərtərəfli bələd olmaqla yeni dil vasitələri düzəldib işlədirlər. Elə buna görə də onların dili zəngin, obrazlı, ahəngdar və ifadəli nitq kimi yeni nəslə, özlərindən sonra gələn sənətkarlara gözəl miras kimin ötürülür. İnsan hisslərinə təsir göstərən, onu həyəcanlandıran, ruhunu pərvazlandıran, qəlbini ehtizaza gətirən, könlünü oxşayan nitq ifadəlidir. Nitqin şüura təsiri dərəcəsinə görə şeir nəsrə nisbətən daha güclü vasitəsir. Şeirdə bədiilik və obrazlılıq yüksək, daha əyani və güclüdür. İ.Nəsiminin, M.Füzulinin, M.P.Vaqifin, A.Ələsgərin, M.Ə.Sabirin, S.Vurğunun şeirləri ifadəli nitqin gözəl nümunələridir. Bu şeirlərin bədii dili zahirən çox sadə, leksikası, intonasiyası və sintaksisi çox rəvan, oynaq və səlisdir. Bu şeirlər sanki xalq musiqisi ilə harmoniya təşkil edir.
Nitqin ifadəliliiy ünsiyyət mühiti ilə dilin struktur sahələri və üslub sistemi ilə şərtləşir. İfadəli nitq təfəkkürlə, müraciət olunan şəxslə və dili yaxşı bilməklə onun ifadəlik imkanlarını duuyb qiymətləndirməklə əlaqədardır. Asi sözlərdən qurulmuş epitet, metafora, metonimiya, sinkdoxa və məcazlar ifadəliyi, bədiiliyi gücləndirən vasitələrdir.
İntonasiyanın ifadəlik imkanları daha böyükdür. O, nitqin qrammatik və leksik-semantik normalarının əsasıdır. İfadəli nitq bədii və obrazlı olur. Obrazlılıq nitqin bütün təzahür formalarında bu və ya digər dərəcədə özünü göstərsə də, bədiilik ancaq bədii əsərlərə xasdır. Nitqin ifadəliiy eyni zamanda onun ekspressivliyi, emosioanllığı ilə əlaqədardır. Ekspressivlilik özü emosioanl və obrazlılıqla birlikdə təzahür edir. Ekspressivliyi yaratmaq sinonimlərin işlədilməsi əsasında aparılır. İfadəli, bədii nitq emosiyalara təsir etməklə insanda müəyyən gözəl duyğular, xoş hisslər oyadır və emosioanllığa səbəb olur. Bədiilik və obnrazlılıq bədii təfəkkürün məhsulu olmaqla ədəbi bədii əsərlərə xas keyfiyyətdir.
Bədiilik ən çox poetik obrazlılıq anlamında işlədilir. O, söz sənətkarlarının yaradıcılığında təzahür tapır və yalnız bədii əsərlər üçün səciyyəvidir. Bədiilik sənətkarın mövzu seçmə qabiliyyətindən, obrazları təsvir etmə məharətindən, obrazlı dil vasitələrindən yaradıcılıqla istifadəsindən asılıdır. Nitqin obrazlığı, emosional keyfiyyəti, təsirliyi ekspressivlik anlamındadır. Emosionallıq emosiyanın (fransızca “həyəcan”, “hiss”, “təsəvvür”) ifadəsinə xidmət edir. Emosionallıq, ekspressivlik və obrazlılıq yaxın anlayışlardır, onlara poetik çıxışlarda, qızğın və çoşğun nitqlərdə rast gəlirik. Ekspressivlik dilin bütün səviyyələrində müxtəlif ifadə vasitələri ilə yaranır.
Emosioanllıq törədən əsas dil vahidləri aşağıdakılardır:
Hissi halları ifadə edən sözlər (təəssüf, heyf, yaxşı ki və s.)
Fikrə danışanın emosioanl münasibətini bildirən sözlər (afərin yaşa )
Emosional qiymətləndirici sinonimlər (“getmək” əvəzinə “götürülmək”, “daban alıb qaçmaq”, “əkilmək, aradan çıxmaq”, “ölmək” əvəzinə “gəbərmək” və s.)
Məcazi mənalı sözlər
Emosionallıq bildirn nidalar və ədatlar (heyhat, əfsus, ay gəldi ha! və s.) Emosionallıq yaradan söz və ifadələr cümlədə özünü müxtəlid çalarlı emosional boyalar şəklində göstərir. Şaban nənə. –A sənin atan-anan tünbətün düşsün!
|
| |