Mövzu 1 “Azərbaycan dilində işgüzar və akademik kommunikasiya” fənninin məqsəd və vəzifələri. I mühazirənin plani




Download 345,89 Kb.
bet10/81
Sana12.12.2023
Hajmi345,89 Kb.
#116562
TuriMühazirə
1   ...   6   7   8   9   10   11   12   13   ...   81
Bog'liq
Akademik və işgüzar kommunikasiya 15 mühazirə (1) (1)

Nitqin rabitəliyi. Nitq prosesində əgər sözlər yerindədirsə, cümlələr düzgün qurulmuşsa, mövzu rabitəli, əlaqəli şəkildə şərh olunursa, deməli, informasiya verən ifadə etdiyi fikri yaxşı bilir, onun mahiyyətini hərtəfəli dərk edir. Bu zaman hadisənin, faktın izah olunma ardıcıllığı məntiqə əsaslanır. Bu halda ardıcıllıqla şərh olunan material daha yaxşı anlaşılır, mənimsənilir. Bunun üçün materialın əsas və ikinci dərəcəli məsələləri bir-birindən ustalıqla ayrılmalı, ikinci dərəcəlilərin üzərində çox durmayıb əsas məsələnin izahına keçmək vacibdir. Natiq əsas məsələnin üzərində xüsusi dayanmaqla onun mahiyyətini öz sözləri, düşüncəsi və üslubu ilə rabitəli ifadə etməlidir.
Nitqin orijinallığı. Özünəməxsusluğu və bir sıra məziyyətləri ilə seçilən nitq orijinal sayılır. Təbii ki, belə nitq bir konfransda, iclasda, toplantıda yalnız bir və ya iki nəfərdə alına bilər. Nitqin orijinallığı özünü nədə göstərir?

  1. Şifahi nitqdə başqalarından seçilən fərdi və özünəməxsus tələffüz tərzində. Natiq cümlələrdəki ayrı-ayrı sözləri, məqamından ayrı-ayrı hecaları, məntiqi vurğunu çox aydın diksiya ilə tələffüz edir, söz və qrammatik formalarda orfoepik normaları tam gözləyir, ucadan, lakin aramla, tələsmədən danışır, intonasiya çalarlarından, sözlərin avazlanmasından məzmuna uyğun bacarıqla bəhrələnir.

  2. Mövzu ilə əlaqədar sitatlardan, poetik-üslubi ifadələrdən, aforizmlərdən, atalar sözləri, zərb-məsəllərdən bacarıqla istifadə olunmasında. Natiq fikirlərini aydın, ifadəli və maraqlı çatdırmaq üçün az işlədilən, lakin münasib formalardan yararlanmaqla nitqini orijinal qurur. Bu zaman mühazirə, məruzə və ya çıxışda mözvunun aktuallığı nəzərə tez çarpır, bütün təfərrüatı ilə izaha cəlb olunur, axırda da nəticə çıxarılmaqla deyilənlər yekunlaşdırılır.

Əlbəttə, mövzunun aktuallığını ön plana çəkməzdən əvvəl natiq öz dediklərinə diqqəti cılb etmək məqsədilə bir atalar sözünü, məşhur bir şairdən bir beyt və ya bir misra şeir, yaxud mözvu ilə bağlı görkəmli tarixi şəxsiyyətdən, dövlət xadimindən sitat gətirməklə fikrini əsaslandıra bilər.
Bədii təsvir vasitələri də nitqin orijinallığını təmin etməyə yönəldilə bilər. Əlbəttə, bu hal natiqin savad və bacarığından, peşəkarlığından, bədii sözün sirlərinə bələdliyindən asılıdır. Bədii əsərləri müntəzəm mütaliə edən, şair, yazıçı və ya söz ustalarının dilində səslənən aforizm və hikmətli sözləri öyrənib yaxşı mənimsəmiş şəxslər obrazlığa xidmət edən bədii təsvir vasitələrinə (ritorik suallara, məcazi mənada işlədilən metafora, metonimiya, sinekdoxa, anafora, epifora və s. kimi təsirli və obrazlı ifadələrə) geniş yer verməklə öz nitqlərini bədii, daha yararlı və münasib edən orijinal üsullarla gözəlləşdirə bilirlər.
Nitqin məntiqliyi. Obyektiv gerçəkliyi doğru, dürüst əks etdirən hökm, fikir məntiqə əsaslandığı üşün məntiqi nitq adlanır. Məntiqə əsaslanaraq mülahizə və mühakimələrini düzgün və konkret ifadə edən natiqin nitqi kommunikativ keyfiyyət kimi dəqiq olur, yəni məzmun insan təfəggürünün məhsulu kimi meydana gəlir. Məntiqilik şifahi xalq ədəbiyyatı nümunələrində - əfsanə, nağıl, qaravəlli və təmisllərdə şüurlu olaraq pozulur, söz və ifadələrin semantikası bilərəkdən şişirdilir, ya da kiçildilir. Məsələn: Yeddi gün, yeddi gecə yol getdi; Koroğlu yeddi qazan plovu yedi; Qırx gün, qırx gecə yatdı; Dərələrdən sel kimi, təpələrdən yel kimi keçdi; Göydən üç alma düşdü; Uçan xalçaya mindi; Sehrli papağı geyib görünməz oldu; Yeddi başlı əjdahanın canını aldı; Zümrüd quşunun qanadına minib qaranlıq dünyadan çıxdı və s. Məntiqilik nitqin ən mühüm keyfiyyətidir. Elmi informasiya məntiqə əsaslanır, insanlar onu dərk etməkdə çətinlik çəksələr də, fikrin düzgünlüyü və həqiqiliyi kimlərdəsə şübhə doğurmur.
Nitqin ahəngdarlığı. Nitqin ahəngdarlığı deyiləndə onun səlisliyi, gözəlliyi, axıcılığı, rəvanlığı gözlənilməklə materialın alçaq tondan başlayaraq uca tona doğru yüksəlməsi, eyni zamanda avazın, tempin dəyişməsi, dinləyiciləri özünə cəlb etmə qabiliyyəti, dilin fonetik imkanlarından bəhrələnməklə cümlədə eyniköklü üzvlərin ardıcıl sıralanması və sadə fikirlərin mürəkkəbə doğru faktlar və rəqəmlərlə ahəngdar verilməsi nəzərdə tutulur.

Download 345,89 Kb.
1   ...   6   7   8   9   10   11   12   13   ...   81




Download 345,89 Kb.

Bosh sahifa
Aloqalar

    Bosh sahifa



Mövzu 1 “Azərbaycan dilində işgüzar və akademik kommunikasiya” fənninin məqsəd və vəzifələri. I mühazirənin plani

Download 345,89 Kb.