|
Mövzu 1 “Azərbaycan dilində işgüzar və akademik kommunikasiya” fənninin məqsəd və vəzifələri. I mühazirənin plani
|
bet | 14/81 | Sana | 12.12.2023 | Hajmi | 345,89 Kb. | | #116562 | Turi | Mühazirə |
Bog'liq Akademik və işgüzar kommunikasiya 15 mühazirə (1) (1)Bu sahifa navigatsiya:
- Məs.;
Nöqtəli vergül
Aşağıdakı hallarda nöqtəli vergüldən istifadə olunur:
tabesiz mürəkkəb cümlənin tərkib hissələri arasında.
D e f i s
mürəkkəb sözlərin tərəfləri arasında. Məs.; dadlı-dadlı, dost-aşna, qohum-qardaş, yavaş-yavaş və s.
mürəkkəb qısaltmalarla şəkilçi arasında. Məs.; ADPU-nun, ABŞ-ın, NATO-ya və s.
sıra saylar rəqəmlə yazıldıqda. Məs.; 5-ci, 10-cu, 4-cü və s.
ç) izafət tərkiblərində. Məs.; nöqteyi-nəzər, tərzi-hərəkət, tərcümeyi-hal.
T i r e
Cümlə üzvünün əlavəsindən əvvəl. Məs.;
Xan çıxdı və gördü ki, qapını döyən xanın öz kəndlisi - İtqapan kəndinin əhli Novruzəlidir.
Müqayisə edilən obyektləri daha qabarıq nəzərə çarpdırmaq üçün onların (qarşılaşdırılan sözlərin) arasında. Məs.;
Sən günəş - mən səndən nur alan Ayam,
Sən bir səs - mən isə əks-sədayam!
Zirvəsən - zirvəyə qalxan cığıram.
(N.Xəzri)
Ümumiləşdirici söz həmcins üzvlərdən əvvəl gələrsə, ondan sonra tire qoyulur. Məs.;
Dostlar hər şeydən - həyatdan, ailədən, dostluqdan, məhəbbətdən, dünyanın işlərindən danışdılar.
Ümumiləşdirici söz həmcins üzvlərdən sonra gələrsə, ondan əvvəl tire qoyulur. Məs.; O, vəziyyətə də, yorğunluğa da, yurdsuzluğa da - bunların hamısına dözərdi.
Məntiqi vurğulu sözü nəzərə çarpdırmaq, ayırmaq üçün həmin sözdən sonra tire qoyulur.
Vətən - əcdadımızın mədfənidir.
Vətən - övladımızın məskənidir.
Müəllif sözü vasitəsiz nitqdən tire ilə ayrılır.
Oğul, - dedi - gecə isti su atanda bismillah deyərlər (T.Mahmud).
|
| |