Süni sututarlar mürəkkəb bir ekoloji sistem hesab edilir. Bu tutumlarda, ardıcıl olaraq,
hissəciklərin dəyişmə prosesi gedir. Müxtəlif hissəciklərin yaranması hövzədə qeyri müvazinət-
lik yaradır. Bunun nəticəsində də, suda olan orqanizmlərin məhvi baş verir. Suda hissəciklərin
tarazlığının pozulması ekosistemin məhvinə gətirib çıxara bilir. Ekosistemin öz ilk vəziyyətinə
qayıtması özünü təmizləmə prosesi adlandırılır. Bu proseslərdən ən vaciblərinə aiddir:
– İri dispers hissəciklərin çökməsi və kolloidlərin koaqulyasiyası;
– Üzvü hissəciklərin oksidləşməsi (minerallaşma);
– Mineral hissəciklərin oksidləşməsi;
– Turşuların neytrallaşdırılması;
– Ağır metalların duzlarının hidrolizi.
Su hövzələrinə axıdılan tullantı suları özünün
temperaturu, mineral tərkibi, oksigenin
miqdarı, PH və zərərli hissəciklərin doyma dərəcələri ilə xarakterizə edilir. Su hövzələrinin
özünütəmizləməsi hövzənin oksigen rejimindən asılıdır. Tullantı suları aşağıdakı göstəricilər ilə
xarakterizə edilir:
–
Suyun bulanıqlığı. Bu mutnometr vasitəsilə təyin edilir. Müqayisə üçün, etalon maye
kaolinin suda həll olmuş məhlulu götürülür və mq/ℓ -lə ölçülür;
–
Suyun rəngi. Bu dərəcə ilə ölçülür. Kobalt duzundan hazırlanmış məhsulun rəngi
əsasında təyin edilir;
–
Quru çöküntülər. Tam buxarlandıqdan sonra yerdə qalan duz və digər bərk
maddələrdən ibarətdir;
–
Suyun turşuluğu. PH sayı müəyyən edilir. Ph<7 olduqda mühit turşuludur;
–
Suyun codluğu. Tərkibdə olan Ca
2+
və Mg
2+
duzlarının miqdarından asılıdır. Codluq üç
növdən ibarət olur. Birinci, ümumi codluq – tərkibdəki ionların sayından asılı
olmayaraq,
kalsium və maqnezium duzlarının miqdarından asılıdır. İkinci codluq – 1 saat qaynadıldıqdan
sonra tərkibdə qalan
Cℓ - və SO
2-
4
- müəyyən edilir (bunlar ayrılmırlar). Üçüncü, codluq-
müvəqqəti codluqdur ki, bu qaynadıldıqdan sonra aradan qaldırılır:
7>