Müasir dövrdə istehsalatda hər hansı səviyyədə qəbul edilən qərar və təlimatlar, işçilərin




Download 1,28 Mb.
Pdf ko'rish
bet35/113
Sana01.12.2023
Hajmi1,28 Mb.
#109072
1   ...   31   32   33   34   35   36   37   38   ...   113
Bog'liq
M asir d vrd istehsalatda h r hans s viyy d q bul edil n q ra

3.5. Litosferin çirkləndirilməsi
Litosferin üst münbit qatı torpaq adlandırılır. Yer kürəsinin quru hissəsinin sahəsi 149,1
mln kvadrat kilometrə bərabərdir. Bu sahənin yalnız 129 mln kvadrat kilometri, yəni 86,5%-i
torpaq sahəsidir. Torpaq sahəsinin 25%-i otlaq, 10%-i müxtəlif bitkilər, 11-12 faiz isə əkinçilik
üçün istifadə edilir (25-32 mln km
2
). Torpaq əsas qida mənbəyidir. O, bərk, maye və qaz
fazalarından ibarətdir. Dərinliyə getdikcə, torpaqda olan üzvü maddələrin və canlı orqanizmlərin
miqdarı azalır.
Torpağın bərk hissəsi mineral və üzvü maddələrdən ibarətdir. Dispers halına görə mineral
maddələr iki qrupa bölünürlər: diametri 0,001 mm-ə bərabər və ondan kiçik olan mineral
maddələr. Torpağın bərk hissəsinin hava və ya su dolmuş hissəsinə onun məsaməliliyi deyilir.
Torpağın mineral hissəsi, oksidləşmiş və ya duz şəkilində olan Si, Aℓ, Fe, К, Na, Mg, Ca, P, S və
digər kimyəvi elementlərdən ibarətdir.
Torpağın tərkibinə daxil olan üzvü maddələr, əsasən, karbon, oksigen, hidrogen, azot,
fosfor, kükürd və s. birləşmələrdən ibarətdirlər. Əksər kimyəvi elementlər torpaq məsamələrin-
dəki suların tərkibində həll olmuş şəkildə olurlar. Məsaməliliyin boş qalan hissəsində hava
yerləşir. Torpağın səthinə yaxın olan hissəsində N
2
, O
2
, CO
2
qazları toplanır.
Yaşıl bitkilər atmosferdən karbon qazını, torpaqdan su və mineral maddələri udaraq, işıq
enerjisindən istifadə etməklə mineral birləşmələr yaradırlar ki, bu da heyvanlar üçün əsas yem
mənbəyi olur.
Heyvanat çürüntüləri, bakteriya, üzvü maddələr fiziki və kimyəvi təsirdən parçalanaraq
torpaq “humusuna” çevrilir. Parçalanmaya məruz qalmayan hissələr torpağın fauna və
mikroorqanizmlərinin hərəkətinə şərait yaradır (qaz mübadiləsi, istilik rejimi, nəmlik).
Münbit torpağın əmələ gəlməsi, bir neçə yüz və ya min illər ərzində baş verir. İnsanların
fəaliyyətinin nəticəsində münbit torpaqlar kəskin çirkləndirilir, onların məhsuldarlığı xeyli aşağı


düşür. Torpağın məhsuldarlığının azalması, əsasən, aridləşmə və eroziya nəticəsində baş verir.
Aridləşmə torpağın nəmliyinin azalması üzrə kompleks təsirlərin nəticəsidir. Erozıya külək, su,
texniki təsir nəticəsində torpağın dağıdılmasıdır. Şoranlaşma, əsasən, suvarma prosesində olan
pozuntuların nəticəsində yaranır.
Alimlərin fikrinə görə, bir nəfər insanı qidalandırmaq üçün 0,1 hektar sahəni əkmək
lazımdır. Hal-hazırda mövcud torpaq sahəsi 6-9 mlrd insanı yedirtmək iqtidarına malikdir.
Torpağın intensiv çirklənməsi, tullantılar vasitəsilə onun tutulması əkin sahələrinin azalmasına
gətirib çıxarır.
İri şəhərlərin, əlvan və qara metal, kimya və neft-kimya, maşınqayırma sənaye
müəssisələri, istilik-elektrik stansiyalarının əhatə etdikləri torpaq sahələri ağır metallarla, neft
məhsulları, kükürd və digər maddələrlə ciddi çirkləndirilir.
Quruda qazılan və istismar olunan neft quyuları torpağı çirkləndirən əsas mənbələrdəndir.
Quyuların qazılması zamanı, hər bir buruq sutka ərzində 100-120 m
3
su işlədir. Adətən,
quyu ətrafında kifayət həcmdə gil, yağlayıcı maddələr, kimyəvi reagentlər, qazılmış süxurlar,
duzlar və s. ilə çirklənmiş su yığnağına rast gəlmək olur. Bu sular tullantı suları adlandırılır.
Laboratoriya tədqiqatları ilə müəyyən edilmişdir ki, tullantı sularının fiziki-kimyəvi tərkibi,
əsasən, onunla qarışmış qazıma məhlulunun və kimyəvi reagentlərin miqdarından asılıdır. 
Tullantı suları tərkibində olan bioxromat oksidi 7,3-520 mq/O
2
/l, başqa maddələrin
oksidləri isə 9,5-5191 mq/O
2
/l miqdarındadır. Bu tullantı suları torpaq daxilində olan canlı
orqanizmləri məhv etmək xüsusiyyətinə malik olur.
Qeyd etmək lazımdır ki, qazıma məhlulunun özü, xüsusilə neft əsaslı qazıma məhlulu ətraf
mühit üçün kifayət dərəcədə təhlükəlidir. Adətən, çirklənmə qazıma məhlulunun quyudan
daşmasından, tullanışından, işlənmiş məhlulun ətrafa dağılmasından və s. yaranır.
Neft və qaz quyularının istismarı, təmiri, neft və qazın yığılması və nəqli zamanı ətraf
mühitin çirklənməsi baş verir. Quyuların istismarı zamanı, hasilatın sabit saxlanılması və ya
artırılması üçün ardıcıl olaraq quyularda müxtəlif geoloji texniki tədbirlər həyata keçirilir.
Adətən, bu tədbirlər müxtəlif üzvi və sintetik kimyəvi maddələrdən istifadə etməklə aparılır.
Quyuların istismarı zamanı, mürəkkəbləşmələrlə və texnoloji rejimin pozulması ilə mübarizə
tədbirləri müxtəlif kimyəvi maddələrin tətbiqi və bir neçə texnoloji prosesin həyata keçirilməsi
ilə aparılır. Bu əməliyyatların yerinə yetirilməsi zamanı ətraf mühitin çirklənməsi baş verə bilər.
“Neftqazelmitədqiqatlayihə” institutu tərəfindən quyuların istismarı zamanı ətraf mühiti
çirkləndirən maddələr aşağıdakı ardıcıllıqla verilmişdir: 
- neft;
- yanacaq sürtkü materialları; 
- neftli qum; 
- səthi aktiv maddələr (SAM);
- mədən tullantı suları;
- kimyəvi həlledicilər – absorbent, pirokondensat; 
- turşular, duzlar, sirkə, flor turşusu;
- tərkibində neft olan lay suları;
- tərkibində kimyəvi işlənmiş məhlul olan tullantı suları; 
- parafinlər.
Kimyəvi işlənmiş və ağırlaşdırılmış məhlullar, qazımadan fərqli olaraq, quyuların istismarı
zamanı ətraf mühitin çirkləndirilməsinə daha çox təsir göstərir.
Quyu məhsulu tərkibində böyük miqdarda lay suyu olduqda, atqı xəttində, boru kəmərində
və nasos-kompressor borularında duz, qum və parafin çökməsi təsadüf edilir. Buna qarşı


mübarizə üçün, kimyəvi üsuldan istifadə edilir. Quyu döşəməsində tutucu vasitə olmadıqda ətraf
neft, lay suyu və turşu ilə çirklənir.
Quyudibi zonada keçiriciliyi artırmaq məqsədilə, hidroqum şırnağı, turşu, termiki təsir və
kimyəvi işləmə metodları tətbiq edilir. Bu əməliyyatlar, yeraltı avadanlığın bəzən qaldırılması
prosesi ilə aparılır. Avadanlığın qaldırılıb qaldırılmamasından asılı olmayaraq, quyuətrafı zona
gilli məhlul, SAM, turşu və kimyəvi həlledicilərlə çirklənməyə məruz qalır.
Qeyd etmək lazımdır ki, ətraf mühitin çirklənməsi yer üzərinə neftin təbii olaraq öz-özünə
çıxması nəticəsində də baş verir. Bu hala cənubi Kaliforniyada, Karib dənizində, Meksika və
İran körfəzlərində, Azərbaycan və Komidə rast gəlmək olar. Təbii yolla yer səthinə qalxan bu
neftlər çıxarılan neftdən bəzi xüsusiyyətlərinə görə fərqlənirlər.
Neft və qazın çıxarılması, hazırlanması, nəqli və saxlanılması zamanı boru
birləşmələrindən, hermetikliyin pozulma sahələrindən, siyirtmə və kipkəclərdən sızma ətraf
mühiti çirkləndirən potensial mənbə sayılır. Yığım məntəqələri və mədən rezervuar parklarında
neftin boşaldılması və ya rezervuarların təmizlənməsi zamanı neftli-çirkli su kanalizasiya
sisteminə axıdılır ki, bu da çirkab sularının çirklilik dərəcəsini daha da artırır.
Rezervuarlardan neftin sızması onların dibində yaranan korroziyanın təsirindən baş verir.
Müasir dövrdə azkeçirici laylar daxilində təbii rezervuardan qazıyaraq orada neft və qaz
məhsulları yığırlar. Lakin, bu rezervuarlardan da sızma, filtrasiya, buxarlanma baş verir ki, bu da
su hövzələrini və torpağı çirkləndirir.
Boru kəmərləri ətraf mühitin çirkləndirilməsi üçün daha təhlükəli sayılır. Kəmərdən axan
neft məhsulları bəzən hiss edilmədən davam edir. Müəyyən edilib ki, 2 t axan neft 100 m
2
torpaq
sahəsini əkinə yararsız edir. Neftin neft-qaz yığını kollektorlarından və texnoloji qurğulardan
qəza nəticəsində ətrafa dağılması xarakterik bir hadisə kimi qalmaqdadır. Kanalizasiya sistemi
olmadıqda və ya pis işlədikdə bu tip tullantılar yaxında yerləşən su hövzələrinə, bataqlığa axıdılır
ki, bunun da nəticəsində su hövzələri və qrunt suları çirkləndirilir.
Beləliklə, torpağın çirkləndirilməsi orada olan mikroorqanizmlərin məhvinə səbəb olaraq
torpaq məhsuldarlığının azalmasına gətirib çıxarmaqla yanaşı, torpaqda potensial şəkildə
kanserogen maddələrin yığılıb qalmasına səbəb olur.

Download 1,28 Mb.
1   ...   31   32   33   34   35   36   37   38   ...   113




Download 1,28 Mb.
Pdf ko'rish

Bosh sahifa
Aloqalar

    Bosh sahifa



Müasir dövrdə istehsalatda hər hansı səviyyədə qəbul edilən qərar və təlimatlar, işçilərin

Download 1,28 Mb.
Pdf ko'rish