MÜHAZİRƏ 4 Əmək mühafizəsi üzrə qanunvericilik




Download 1,28 Mb.
Pdf ko'rish
bet37/113
Sana01.12.2023
Hajmi1,28 Mb.
#109072
1   ...   33   34   35   36   37   38   39   40   ...   113
Bog'liq
M asir d vrd istehsalatda h r hans s viyy d q bul edil n q ra

MÜHAZİRƏ 4
Əmək mühafizəsi üzrə qanunvericilik
4.1. Əmək mühafizəsinin hüquq və təşkilatı məsələləri
Əmək mühafizəsinin hüquq məsələləri Azərbaycan Respublikası Əmək qanunvericiliyi
sisteminə daxil olan normativ-hüquqi aktlar əsasında müəyyənləşdirilir.
Azərbaycan Respublikası Əmək qanunvericiliyi sistemi Azərbaycan Respublikası
Konstitusiyasından və Azərbaycan Respublikası Əmək Məcəlləsindən, müvafiq icra hakimiyyəti
orqanlarının səlahiyyətləri çərçivəsində qəbul etdikləri normativ hüquqi aktlardan, əmək və
sosial-iqtisadi məsələlərlə əlaqədar Azərbaycan Respublikasının bağladığı və ya tərəfdar çıxdığı
beynəlxalq müqavilələrdən ibarətdir.
Azərbaycan Respublikası Konstitusiyasında Respublika vətəndaşlarının əsas hüquq və
vəzifələri ilə yanaşı, əmək mühafizəsinə dair tələblər də qanunlaşdırılmışdır.


Konstitusiyaya görə, Azərbaycan Dövləti əmək şəraitinin yaxşılaşdırılması və əmək
mühafizəsi, onun elmi təşkili, bütün təsərrüfat sahələrində istehsal proseslərini kompleks
mexanikləşdirmək və avtomatlaşdırmaq əsasında ağır fiziki əməyin azaldılması, sonra isə
tamamilə aradan qaldırılması qayğısına qalır.
Azərbaycan Respublikası Konstitusiyasına görə, Respublika vətəndaşları əmək hüququna,
yəni əməyin kəmiyyət və keyfiyyətinə uyğun və dövlət tərəfindən müəyyən edilmiş minimum
məbləğdən aşağı olmamaqla haqqı ödənilən təminatlı iş almaq hüququna, o cümlədən həvəsinə,
qabiliyyətinə, peşə hazırlığına, təhsilinə münasib olaraq, peşə məşğuliyyət növü və iş seçmək
hüququna malikdirlər.
Bu hüquq məhsuldar qüvvələrin durmadan artması, pulsuz peşə təlimi, əmək ixtisasının
artırılması və yeni ixtisasların öyrədilməsi, peşə seçməkdə istiqamətləndirmə və işə düzəltmə
sistemlərinin inkişaf etdirilməsi vasitəsilə təmin olunur. 
Azərbaycan Respublikasının Konstitusiyasının ikinci bölməsində fəhlə və qulluqçular üçün
40 saatdan çox olmayan iş həftəsi müəyyən edilməsi, bir sıra peşələr və istehsalatlar üçün
qısaldılmış iş günü, gecə vaxtı iş müddətinin qısaldılması, hər il haqqı ödənilən məzuniyyət
verilməsi, hər həftə istirahət günləri verilməsi göstərilmişdir. Burada, həmçinin, mədəni-maarif
və sağlamlıq müəssisələri şəbəkəsinin genişləndirilməsi, kütləvi idmanın, bədən tərbiyəsinin və
turizmin inkişaf etdirilməsi, yaşayış yerində istirahət üçün əlverişli imkanlar və asudə vaxtdan
səmərəli istifadə üçün digər şərait yaradılması, pulsuz tibbi yardım göstərilməsi, vətəndaşları
müalicə edən və onların sağlamlığını möhkəmləndirən müəssisələr şəbəkəsinin
genişləndirilməsi, təhlükəsizlik texnikasının və istehsalat sanitariyasının inkişaf etdirilməsi və
təkmilləşdirilməsi, ətraf mühiti sağlamlaşdırmaq tədbirləri, təlimlə və əmək tərbiyəsilə əlaqəsi
olmayan uşaq əməyinin qadağan olunması tələbləri öz əksini tapmışdır.
Azərbaycan Respublikasının Əmək Məcəlləsi işçilərlə işəgötürənlər arasında yaranan əmək
münasibətlərini, habelə onlarla müvafiq dövlət hakimiyyəti orqanları, hüquqi şəxslər arasında
həmin münasibətlərdən yaranan digər hüquq münasibətlərini tənzim edir, fiziki şəxslərin əmək
hüquqlarının və bu hüquqların həyata keçirilməsini təmin edən qaydaların minimum normalarını
müəyyən edir.
Azərbaycan Respublikası Əmək Məcəlləsi əmək münasibətlərində tərəflərin hüquq
bərabərliyinin təmin edilməsi; mənafelərinin haqq-ədalətlə və qanunun aliliyinin təmin olunması
ilə qorunması; maddi, mənəvi, sosial, iqtisadi və digər həyatı tələbatlarını ödəmək məqsədi ilə
əqli, fiziki və maliyyə imkanlarından sərbəst istifadə edilməsinin təmin edilməsi; əsasən əmək
müqaviləsi üzrə öhdəliklərinin icrasına hüquqi təminat yaradılması prinsiplərinə əsaslanır.
Azərbaycan Respublikasının bağladığı və ya tərəfdar çıxdığı beynəlxalq müqavilələrə,
beynəlxalq Əmək Təşkilatının konvensiyalarına və digər beynəlxalq hüquq normalarına uyğun
olaraq əmək münasibətlərinin yaranması, dəyişdirilməsi, onlara xitam verilməsi və bu
münasibətlərin iştirakçılarının hüquqlarının mühafizəsi sahəsində işçilərin, işəgötürənlərin,
habelə müvafiq dövlət hakimiyyəti orqanlarının hüquqlarını, vəzifələrini tənzim edən normalar
Əmək Məcəlləsində təsbit olunmuşdur.
Əməyin mühafizəsi qaydalarının hər yerdə eyni cür yerinə yetirilməsini, Əmək məcəlləsi
ilə müəyyən edilmiş hallarda əmək şəraitinin xüsusiyyətlərinin, əlavə məzuniyyət hüququnun və
digər normaların tətbiqini təmin etmək məqsədi ilə Azərbaycan Respublikasının Nazirlər
Kabineti vahid siyahıları təsdiq edir. Buraya, ağır əmək şəraiti, insan orqanizmi üçün təhlükəli
və zərərli olan istehsalatların və iş yerlərinin, yeraltı istehsalatların, şaxtaların, tunellərin,
qurğuların və digər iş yerlərinin, işçinin yüksək həssaslığı, zehni və fiziki gərginliyi tələb olunan
avadanlıqların, qurğuların və iş yerlərinin siyahıları daxil edilir. Nazirlər Kabineti tərəfindən


həmçinin qadınların, yaşı 18-dən az olan işçilərin əməyindən istifadə olunması qadağan edilən
istehsalatların, istifadəsi qadağan olunan kimyəvi, radioaktiv və digər yüksək təhlükəli
maddələrin, peşə xəstəliyinə tutulma ehtimalı yüksək olan iş yerlərinin siyahıları təsdiq
edilmişdir.
Əməyin mühafizəsinə dair vahid dövlət siyasəti Azərbaycan Respublikasının Əmək və
Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən həyata keçirilir. Bu nazirlik əməyin mühafizəsi
sahəsində vahid dövlət siyasətini hazırlayır və həyata keçirir, əmək şəraitini yaxşılaşdırmaq və
əməyin mühafizəsini təmin etmək sahəsində digər nazirliklərin, dövlət komitələrinin,
konsernlərin, şirkətlərin və idarələrin vəzifələrini müəyyənləşdirir, sağlam və təhlükəsiz əmək
şəraitini təmin etmək sahəsində onların fəaliyyətini əlaqələndirir və ona nəzarət edir, əmək
şəraitinin və əməyin mühafizəsinin yaxşılaşdırılmasına dair proqramları təsdiq edir, onların
yerinə yetirilməsini təşkil və təmin edir.
Azərbaycan Respublikasının nazirlikləri, dövlət komitələri və idarələri, habelə dövlət
konsernləri, şirkətləri vəbirlikləri öz səlahiyyətləri daxilində, həmkarlar ittifaqları təşkilatlarının,
işəgötürənlərin, nümayəndəli orqanlarının iştirakı ilə əməyin mühafizəsi sahəsində dövlət
siyasətinin müvafiq iş yerlərində həyata keçirilməsinin əsas istiqamətlərini müəyyən edir və bu
sahədə nəzərdə tutulan tədbirləri həyata keçirir, əməyin mühafizəsi üzrə sahə standartlarını,
normalarını, qaydalarını, normativ hüquqi aktları hazırlayır və müəyyən olunmuş qaydada təsdiq
edilməsini təmin edirlər. 
Bələdiyyə orqanları əməyin mühafizəsi sahəsində dövlət siyasətini tabeliklərində olan
ərazidə həyata keçirilməsini təmin edirlər. Onlar əməyin mühafizəsi üzrə sahələrarası yerli
əhəmiyyətli proqramlar hazırlayır vəyerinə yetirirlər. Regional problemlərin həlli və əməyin
mühafizəsinin təmin edilməsində mülkiyyətçilərə yardım göstərilməsi üçün, onların pay iştirakı
və digər vəsaiti hesabına əməyin mühafizəsi üçün qanunvericiliklə müəyyən edilmiş qaydada
məqsədli fondlar yaradır və bu fondların vəsaitinin təyinatı üzrə xərclənməsini həyata keçirirlər.

Download 1,28 Mb.
1   ...   33   34   35   36   37   38   39   40   ...   113




Download 1,28 Mb.
Pdf ko'rish

Bosh sahifa
Aloqalar

    Bosh sahifa



MÜHAZİRƏ 4 Əmək mühafizəsi üzrə qanunvericilik

Download 1,28 Mb.
Pdf ko'rish