Əmək mühafizəsi üzrə qaydalar, standartlar və təlimatlar




Download 1,28 Mb.
Pdf ko'rish
bet39/113
Sana01.12.2023
Hajmi1,28 Mb.
#109072
1   ...   35   36   37   38   39   40   41   42   ...   113
Bog'liq
M asir d vrd istehsalatda h r hans s viyy d q bul edil n q ra

4.3. Əmək mühafizəsi üzrə qaydalar, standartlar və təlimatlar
Əmək mühafizəsinə aid qaydalar təsir sahəsinə görə üç qrupa bölünürlər:
- vahid ümumdövlət qaydaları;
- sahələrarası qaydalar;
- sahə qaydaları.
Vahid ümumdövlət qaydaları bütün təsərrüfat sahələrinə aid edilir. Bunlar, hər bir sənaye
obyektinin quruluşuna və istismarına aid əsas tələbləri müəyyən edirlər. İş vaxtı, qadınların və
yeniyetmələrin əmək şəraiti, əmək mühafizəsi üzrə tədbirlərin planlaşdırılması, bədbəxt
hadisələrin təhqiq edilməsi və uçota alınması haqqında qaydalar vahid ümumdövlət qaydalarıdır.
İnşaat norma və qaydaları, sənaye müəssisələrinin layihəsini hazırlamaq üzrə sanitariya
normaları da vahid ümumdövlət qayda və normalarına aiddirlər.
Sahələrarası qaydalar, təsərrüfatların bir neçə müxtəlif sahələrində rast gələn ayrı-ayrı
istehsalat işlərini və avadanlığını əhatə edən qaydalardır. Məsələn, partlayış işləri zamanı vahid
təhlükəsizlik qaydaları, yükqaldırıcı kranların quruluşu və təhlükəsiz istismarı qaydaları, elektrik
qurğularının istismarı zamanı təhlükəsizlik qaydaları sahələrarası qaydalara aiddirlər.
Sahə qaydaları, ancaq ayrı-ayrı təsərrüfat sahələrinə aid olub, onların spesifik
xüsusiyyətlərini və başqa sahələrdən fərqli iş şəraitlərini nəzərə alan qaydalardır. Məsələn, neft
və qaz sənayesində təhlükəsizlik qaydaları sahə qaydalarına aiddir.
Respublika əmək qanunvericiliyinə uyğun olaraq əmək mühafizəsi qaydaları, bütün
təsərrüfat sahələri üçün vahid olan qaydalar və ya sahələrarası qaydalar Azərbaycan
Respublikası Nazirlər kabineti tərəfindən, yaxud da onun tapşırığı ilə digər dövlət orqanları
tərəfindən həmkarlar ittifaqları ilə birlikdə hazırlanır və onların razılığı ilə təsdiq edilir.
Sahələr üzrə əmək mühafizəsi qaydaları nazirliklər, idarələr, dövlət nəzarəti orqanları
tərəfindən müvafiq həmkarlar ittifaqlarının mərkəzi komitələri ilə birlikdə və ya onların razılığı
ilə təsdiq edilir.
Əmək mühafizəsi üzrə təlimatlar müəssisənin, idarənin, təşkilatın rəhbərliyi tərəfindən
həmkarlar ittifaqının şirkət, zavod yerli komitəsi ilə birlikdə işlənib hazırlanır və təsdiq edilir.
Respublika əmək qanunvericiliyinə uyğun olaraq, nazirliklər və idarələr əsas peşələrdə
çalışan işçilər üçün həmkarlar ittifaqları mərkəzi komitələrinin, lazım olan hallarda isə müvafiq
dövlət nəzarəti orqanlarının razılığı ilə əmək mühafizəsi üzrə bir tipli təlimatlar hazırlayıb təsdiq
edə bilərlər.
Əmək mühafizəsi üzrə qayda və normalarla yanaşı, əməyin təhlükəsizliyi üzrə standartlar
sistemi fəaliyyət göstərir. Bu standartlar dövlət standartı, sahə standartı və respublika standartı
formasında ola bilərlər.
Standartların aşağıdakı sinifləri mövcuddur:
1 – təhlükəli və zərərli istehsalat amillərinin növləri üzrə ümumi tələblər və normalar üzrə
standartlar;
2 – istehsalat avadanlığına ümumi təhlükəsizlik tələbləri üzrə standartlar;


3 – istehsal proseslərinə ümumi təhlükəsizlik tələbləri üzrə standartlar;
4 – işçiləri mühafizə edən vasitələrə tələblər üzrə standartlar.
Qeyd etmək lazımdır ki, əməyin mühafizəsi və təhlükəsizliyi (ƏMT) üzrə standart
beynəlxalq miqyasda ilk dəfə 1996-cı ildə İngilis Standartları İnstitutu (BSI) tərəfindən “BS8800
- Əməyin mühafizəsi və Təhlükəsizliyi idarəetmə sisteminə rəhbərlik” adı ilə hazırlanmışdır.
Lakin, bu Standart Sertifikatlaşma ilə məşğul olan digər qurumlara tam şəkildə şamil edilə
bilmədiyindən İngiltərə, Yaponiya, İrlandiya və digər nüfuzlu dövlətlərin iştirakı ilə təşkil
edilmiş birgə komissiyanın qərarına əsasən 1999-cu ildə OHSAS 18001 (Occuрationаl Health
and Safety Assessment Series) “Əməyin mühafizəsi və Təhlükəsizliyi İdarəetmə Sistemi” qəbul
edilmişdir. Bu standart Türk Standartlar İnstitutu tərəfindən qəbul olunmuş və hal hazırda TS
18001:2008 standartları adını daşıyır.
Hal-hazırda Azərbaycanda bir sıra müəssisələr TS 18001: 2008 “Əməyin
Mühafizəsi və Təhlükəsizliyi İdarəetmə Sistemi” beynəlxalq standartının sertifikatına malik-
dirlər.
Müəssisənin mülkiyyətçisi və işəgötürəni işçilərin iş yerlərində əmək mühafizəsi
normalarının və qaydalarının yerinə yetirilməsinə bilavasitə cavabdehdirlər. Onlar əməyin
mühafizəsi üzrə standartların, normaların və qaydaların bütün tələblərinə əməl edilməsini və iş
yerlərinin sağlam sanitariya-gigiyena şəraitinin və əməyin mühafizəsinin qüvvədə olan
normativlərə uyğunlaşdırılmasını təmin etməlidirlər.
İşəgötürən sağlam və təhlükəsiz əmək şəraitinə, təhlükəli və zərərli istehsalat amillərinə
nəzarəti təşkil edir və bu sahədə baş vermiş dəyişiklik barədə işçilərə müntəzəm və vaxtında
məlumat verir.
İşəgötürən əmək şəraitinin yaxşılaşdırılmasına, əməyin mühafizəsinin təmin edilməsinə və
işçilərin sağlamlığının qorunmasına yönəldilmiş perspektiv və illik tədbirlər planı hazırlayır və
həyata keçirir.
İşəgötürən həmkarlar ittifaqları təşkilatının iştirakı ilə vaxtaşırı iş yerlərinin əməyin
mühafizəsi normalarına və qaydalarına uyğunluğu üzrə attestasiyasını aparmalıdır.
Attestasiyanın nəticələri barədə əmək kollektivinə məlumat verməlidir. İşəgötürən iş yerləri
attestasiyasının nəticələrinə əsasən, onları əməyin mühafizəsi üzrə qüvvədə olan normativ
aktlara uyğunlaşdırmaq üçün tədbirlər görməlidir.
Əməyin mühafizəsi üzrə normalarda, qaydalarda və təlimatlarda nəzərdə tutulmuş fərdi və
kollektiv mühafizə vasitələrindən istifadə etmək, əməyin mühafizəsi qaydalarının bütün
pozuntuları haqqında, həmçinin baş vermiş qəzalar və bədbəxt hadisələr haqqında işəgötürənin
nümayəndələrinə dərhal məlumat vermək, müntəzəm olaraq əməyin mühafizəsi normaları və
qaydaları barədə biliklərini artırmaq, əməyin mühafizəsi məsələləri ilə əlaqədar işəgötürənin, iş
yeri üzrə rəhbərinin, mütəxəssislərin tapşırıqlarına, məsləhətlərinə əməl etmək hər bir içinin əsas
vəzifələrindən biridir.
İşçilər iş yerlərində əməyin mühafizəsi şəraiti, həmin şəraitə uyğun olaraq, onlara
müəyyən edilmiş fərdi mühafizə vasitələri, güzəştlər və təminatlar haqqında məlumatları tələb
etmək hüququna malikdirlər. İşəgötürən bu tələbləri yerinə yetirməyə borcludur.

Download 1,28 Mb.
1   ...   35   36   37   38   39   40   41   42   ...   113




Download 1,28 Mb.
Pdf ko'rish

Bosh sahifa
Aloqalar

    Bosh sahifa



Əmək mühafizəsi üzrə qaydalar, standartlar və təlimatlar

Download 1,28 Mb.
Pdf ko'rish