Obyektlərin təhlükəsizliyinin təmin edilməsi




Download 1,28 Mb.
Pdf ko'rish
bet44/113
Sana01.12.2023
Hajmi1,28 Mb.
#109072
1   ...   40   41   42   43   44   45   46   47   ...   113
Bog'liq
M asir d vrd istehsalatda h r hans s viyy d q bul edil n q ra

4.6. Obyektlərin təhlükəsizliyinin təmin edilməsi
Əməyin mühafizəsi standartlarına, qayda və normalarına, təhlükəsizlik texnikasının
tələblərinə uyğun gəlməyən istehsalat binalarının və qurğularının layihələndirilməsinə,
tikintisinə və yenidən qurulmasına, istehsalat vasitələrinin hazırlanmasına və işə buraxılmasına
yol verilmir.
Müəssisələrin və istehsal vasitələrinin layihələri dövlət ekspertizasından keçirilməlidir. 
Azərbaycan Respublikasının Nazirlər Kabineti, Əmək və Əhalinin Sosial Müdafiəsi
Nazirliyi (Dövlət Əmək Müfəttişliyi vasitəsilə), Sənayedə İşlərin Təhlükəsiz Görülməsi və Dağ-
Mədən Nəzarəti Dövlət Agentliyi və digər mərkəzi icra hakimiyyəti orqanlarının tələbləri ilə
sifarişçi və ya icraçı, layihənin və yaxud sınaq nümunəsinin əməyin mühafizəsi və təhlükəsizlik
texnikası normalarının tələblərinə uyğunluğunu müəyyən etmək məqsədi ilə müvafiq təşkilatları
və mütəxəssisləri cəlb etməklə öz hesabına müstəqil ekspertiza keçirilməsini təşkil etməlidir.
İnsanın sağlamlığına təsirini müəyyənləşdirmək məqsədi ilə texnoloji, yanğın-texniki,
sanitariya-gigiyena, tibbi-bioloji ekspertizadan və digər nəzarət növlərindən keçilməmiş zərərli
maddələrin, xammalın, materialların tətbiqi qadağandır.
Hər hansı yeni və ya yenidən qurulmuş müəssisənin, obyektin, istehsal vasitəsinin
müəyyən edilmiş qaydada Dövlət Əmək Müfəttişliyi tərəfindən verilən sertifikat-pasportu olma-
dan istismara buraxılmasına yol verilməməlidir.
Yeni tikilmiş və ya yenidən qurulmuş istehsal, sosial-məişət və iaşə təyinatlı obyektlər
Dövlət Əmək Müfəttişliyinin razılığı ilə istismara verilir.


Əməyin təhlükəsizliyi tələblərinə uyğun gəlməyən və işçilərin sağlamlığı, yaxud həyatı
üçün təhlükə törədən müəssisələrin işi və ya istehsal vasitələrinin istismarı, onlar əməyin
təhlükəsizliyi tələblərinə uyğunlaşdırılanadək qanunvericiliklə müəyyən edilmiş qaydada Dövlət
Əmək Müfəttişliyi tərəfindən dayandırılır.
Həmkarlar ittifaqları “Həmkarlar ittifaqları haqqında” Azərbaycan Respublikası
Qanununda nəzərdə tutulmuş hüquqlar çərçivəsində əməyin mühafizəsi qaydalarına və müvafiq
normativ – hüquqi aktlara işəgötürən tərəfindən əməl edilməsinə nəzarəti həyata keçirir.
Həmkarlar ittifaqları əməyin mühafizəsi üzrə normativ aktların hazırlanmasında və
müəyyən edilmiş qaydada razılaşdırılmasında iştirak edir, onlarla razılaşdırılmamış aktların
qüvvəyə minməsinə qarşı müvafiq dövlət orqanları vasitəsilə etiraz edirlər.
Həmkarlar ittifaqlarının nümayəndələri istehsal obyektlərinin və vasitələrinin sınağı və
istismara qəbulu üzrə dövlət komissiyalarının işində, istehsalatda bədbəxt hadisələrinin
təhqiqində, əməyin mühafizəsi vəziyyətinin yaxşılaşdırılması üçün, kollektiv müqavilələrdə
nəzərdə tutulmuş tədbirlərin yerinə yetirilməsi üzrə yoxlamalarda iştirak edirlər.
Vəzifəli şəxslər tərəfindən əməyin mühafizəsi tələbləri pozulduqda, istehsalatda baş
vermiş bədbəxt hadisələr gizlədildikdə, həmkarlar ittifaqlarının, təqsirkar şəxslərin məsuliyyətə
cəlb edilməsi üçün, dövlət orqanları qarşısında vəsatət qaldırmaq hüququ vardır. 
İşçilərin sağlamlığı və həyatı üçün bilavasitə təhlükə yarandıqda, habelə əməyin
mühafizəsi haqqında qanunvericiliyə işəgötürən tərəfindən riayət olunmadıqda, həmkarlar
ittifaqı tərəfindən Dövlət Əmək Müfəttişliyi qarşısında müvafiq tədbirlər görülməsi haqqında
məsələ qaldırılmalıdır.
Həmkarlar ittifaqları Əmək Məcəlləsi ilə, habelə digər normativ – hüquqi aktlarla müəyyən
olunmuş əməyin mühafizəsi normalarına və qaydalarına nəzarəti həyata keçirir.

Download 1,28 Mb.
1   ...   40   41   42   43   44   45   46   47   ...   113




Download 1,28 Mb.
Pdf ko'rish

Bosh sahifa
Aloqalar

    Bosh sahifa



Obyektlərin təhlükəsizliyinin təmin edilməsi

Download 1,28 Mb.
Pdf ko'rish