Müasir dövrdə istehsalatda hər hansı səviyyədə qəbul edilən qərar və təlimatlar, işçilərin




Download 1,28 Mb.
Pdf ko'rish
bet52/113
Sana01.12.2023
Hajmi1,28 Mb.
#109072
1   ...   48   49   50   51   52   53   54   55   ...   113
Bog'liq
M asir d vrd istehsalatda h r hans s viyy d q bul edil n q ra

Τ Σ
i=1
n
t
i
+
Т
0
(5.4)
burada – bir dövrün tənzim vaxtı;
 t

– i bəndində xəbərin saxlanılma vaxtı;
 n – idarə sistemində bəndlərin sayı;
 T

– operator tərəfindən xəbərin “gecikdirmə” vaxtı 
(xəbərin operatora çatdığı andan operatorun ona 
cavab verməsinə qədər olan vaxt). 
“MİS” xəbərinin müxtəlif bəndlərdə gecikdirmə vaxtını müqayisə etsək görərik ki, bu
sistemdə insan ən geridə qalmış bənddir. 
Σt
i
adətən Т
о
- a nisbətən 100-1000 dəfə kiçik olur.
Operator tərəfindən xəbərin “gecikdirmə” vaxtı belə hesablanır:
T
o
=
Σ
i=1
k
Δt
i

n
1
+
Σ
i=1
k
Δτ
i

n
i
+
t
c
+
Σ
i=1
m
t
mi
n
i
(5.5)
burada – cihazların sayı;
∆t – cihazın göstərişinin tam oxunma vaxtı;
Δτ
i
– gözün bir cihazdan başqasına keçirilməsinə sərf olan vaxt;
t

– operatorun özündən asılı olmayaraq işdən ayrılma vaxtı;
t
mi 
– maşının idarə sistemindəki tənzimlənməyə sərf olan mühərrik vaxtı;
– sistemdəki tənzimləyicilərin sayı;
n

– eyni tipli cihazların və ya nəzarətin sayını göstərir.
Xəbər (informasiya) axınının vahidi bit/san ilə ölçülür. İnsan bir saniyə ərzində 7
±
2
qərar qəbul edə bilir. İnformasiyanın artması onun qəbul sürətini artırır və operator səhv etməyə
başlayır. İnformasiya azaldıqda isə, operatorda bekarçılıqdan yorulma, səhvlərin artması baş
verir.
Dəqiqlik və etibarlılıq olmadıqda operator tərəfindən edilən səhvlərin sayı artır, bu da
məhsulun zaylığına, əmək məhsuldarlığının aşağı düşməsinə səbəb olur.
Dəqiqlik baxımından MİS-də insan ən zəif bənd hesab edilir. Bu halda, məşq böyük
əhəmiyyət kəsb edir. Lakin, tam məşqə ümid bağlamaqla, operator tərəfindən edilən səhvləri
azaltmaq olmaz. Faktlar göstərir ki, hətta böyük iş təcrübəsinə malik olan operator da bəzən
kobud səhvlər edir. Buna görə də, səhvlərin azaldılması üçün sistemə paralel olaraq bir-birindən
asılı olmayan iki operatorun qoşulması məqsədəuyğundur. Bu halda, idarə konturuna əlaqəli iki
nəzarət çıxışı qoymaq lazımdır. Belə bir halda, sistemdən yalnız hər iki operatorun eyni zamanda
etdiyi səhv keçə bilər. Bu səhvin ehtimalı çox az olur. Onu aşağıdakı düsturla hesablamaq olar:
PΣ
S=1
N
[
τ
s

Σ
i=1
n
(
P
i

P
i
)
]
(5.6)


burada
τ
s
– əməliyyatın yerinə yetirilməsi üçün lazım olan vaxt;
P
1i 
– birinci operator S əməliyyatını yerinə yetirərkən edə biləcəyi i tipli səhvin ehtimalı;
P
2i 
– ikinci operator S əməliyyatını yerinə yetirərkən edə biləcəyi i tipli səhvin ehtimalı;
– əməliyyatların sayı;
– səhvlərin sayıdır.
Operator işinin etibarlılığına ətraf mühitin böyük təsiri olur. Etibarlılığı artırmaq
məqsədilə, operator üçün normal iş şəraitinin yaradılması vacibdir.
MİS-də iş şəraitinə təsir edən daha bir faktor antropometrik xarakterdir (AX). Burada,
əsasən, insan bədəninin və onun ayrı-ayrı hissələrinin ölçülərilə iş yerinin, konstruksiya və
maşının idarə orqanlarının ölçüləri arasında olan əlaqə öyrənilir.
Son vaxtlara qədər, hər hansı bir yeni texnika layihə edilərkən, yalnız onun məhsuldarlığı,
etibarlılığı və iqtisadi cəhətdən əlverişliliyi nəzərə alınırdı.
İnsanın istehsalatda rolunun artması, onun hərtərəfli inkişafı təkcə iqtisadi göstəricilərin
yox, həmçinin sosial effektivliyin bu və ya digər layihədə nəzərə alınmasını məcburən tələb edir.
İnsan tərəfindən idarə edilən və ya nəzarət edilən maşın və ya hər hansı bir texnoloji proses,
qabaqcadan onun fəaliyyətinin xüsusiyyətini, faktiki iş şəraitinin göstəricilərini müəyyən edir.
Bu şəraitdə işin mürəkkəblik və ağırlıq dərəcəsi müvafiq olaraq aşağıdakılarla müəyyən edilir:
1. İnsan bədəninin və ayrı-ayrı bədən üzvlərinin ölçüsünün iş yeri konstruksiyasına və
ölçüsünə, idarə orqanlarına və c. uyğunluğu;
2. Fiziki şərait, əl və ayaq hərəkətlərinin trayektoriyası və sürətinin insanın fiziki imkanına
uyğunluğu;
3. İşin mürəkkəbliyinin işçinin iş təcrübəsi və qabiliyyəti ilə uyğunluğu;
4. Daxil olan informasiyanın həcmi, sürəti və strukturası ilə insanın bacarığı arasında
uyğunluq.
İşləyən işçilərin sayından asılı olaraq, iş yeri fərdi və kollektiv olur. Adətən, iş yeri oturaq,
ayaq üstə və oturaq – ayaq üstə olur. 
Erqonomik tələblər istehsal avadanlığının elə elementlərinə verilir ki, həmin elementlərlə
insan avadanlığın quraşdırılması, istismarı, təmiri və nəqli vaxtı bilavasitə əlaqədar olur. İstehsal
avadanlığına ümumi erqonomik tələblər dövlət standartı ilə müəyyən edilir. Bu tələblər, əsasən,
insanların iş yerlərinə, iş yerlərindəki idarəetmə orqanlarına və informasiyanı əks etdirən
vasitələrə olan erqonomik tələblər məcmusudur.

Download 1,28 Mb.
1   ...   48   49   50   51   52   53   54   55   ...   113




Download 1,28 Mb.
Pdf ko'rish

Bosh sahifa
Aloqalar

    Bosh sahifa



Müasir dövrdə istehsalatda hər hansı səviyyədə qəbul edilən qərar və təlimatlar, işçilərin

Download 1,28 Mb.
Pdf ko'rish