5.7. İstehsalat müəssisələrinin planlaşdırılmasında gigiyenik-texniki və sanitariya
normaları
İstehsalat müəssisələrinin yerləşdirilməsi zamanı texnoloji təhlükəsizlik və sanitariya-
gigiyena tələbləri mütləq ödənilməlidir.
Müəssisə və tikintilərin layihələndirilməsi, inşa edilməsi, yenidən qurulması “İnşaat norma
və qaydaları”, “Texnoloji layihələndirilmə normaları” və “Sənaye müəssisələrinin layihələndiril-
məsində sanitariya normaları” əsasında aparılmalıdır.
Avadanlığın layihələndirilməsində texniki normalar texniki təhlükəsizlik şərtlərini təmin
etməlidir. Texniki normalar konstruktiv, ölçü – planlaşdırma və parametrik normalara ayrılır.
Konstruktiv normalar tikintinin, avadanlığın, çəpərlərin və qoruyucu vasitələrin hesablama
və ölçü normalarıdır. Bu normalar, avadanlığın möhkəm, davamlı və təhlükəsizlik istismarına
verilən tələbləri təmin etməlidir.
Ölçü – planlaşdırma normaları nəqliyyat yolları, keçidlər, iş yeri, avadanlıq, binalar və c.
arasındakı məsafələrin ölçülərini nəzərdə tutur.
Parametrik normalar təhlükəsiz istismar tələbləri baxımından, texnoloji proses
göstəriciləri olan sürəti, təzyiqi, temperaturu, elektrik gərginliyini, titrəyişi və s. məhdudlaşdıran
normalardır.
Ayrı-ayrı avadanlıqlar və bina elementləri arasındakı məsafə norması maşınların
ölçülərindən asılı olaraq müəyyən edilir.
İstehsalat binalarında azı iki qapı (xaricə açılan) qoyulmalıdır, çıxış yolları mümkün qədər
pilləsiz, döşəmələr hamar olmalıdır.
İstehsalat müəssisələrində iş yerinin təşkili sanitariya normalarına və texniki normalara
uyğun gəlməlidir.
Sanitariya və texniki normalardan əlavə, gigiyena normaları mövcuddur. Bu normalar,
xarici mühiti xarakterizə edən parametrlərin miqdar göstəriciləridir. Bunlar, insanın bioloji
tələbatına uyğun tərtib edilir və sanitariya normalarına daxil edilir.
İstehsalat müəssisələrində proseslər sanitariya xarakteristikasına görə dörd qrupa bölünür:
I – normal meteoroloji şəraitdə keçən zərərsiz istehsalat prosesləri;
II – gərgin fiziki iş və normal olmayan meteoroloji şəraitdə keçən zərərsiz istehsal
prosesləri;
III – kəskin zərərlilik amilləri ilə xarakterizə olunan istehsalat prosesləri;
IV – məhsulun keyfiyyətini təmin etmək üçün xüsusi rejim tələb edən proseslər.
II və III sanitariya təsnifatına aid olan obyektlər üçün uyğun məişət otaqları, köməkçi
binalar (paltar qurutma və dəyişmə, qızınma, əl-üz yuma otaqları, duşxanalar) nəzərdə tutulur.
Müəssisənin baş planında istehsalat ərazisində nəzərdə tutulan müxtəlif tikintilərin,
binaların, yolların, yaşıllıq zonalarının yerləşdirilməsi verilir.
Müəssisə obyektlərinin əlverişli, yəni sanitariya-texniki və yanğın təhlükəsizliyi
normalarına uyğun yerləşdirilməsi tikintidəki darısqallığı aradan qaldırır və baş planın yığcam-
lığının, tikinti və istismar xərclərinin azaldılmasını təmin edir.
Planlaşdırmada, əsasən, aşağıdakı məsələlər nəzərdə tutulur:
- sex və avadanlıqlar əlverişli yerləşdirilməli;
- qoruyucu sanitariya zonaları düzgün seçilməli;
- sanitariya məsafə normaları düzgün seçilməli;
- müəssisə ərazisindəki obyektlər düzgün yerləşdirilməlidir.
Bir neçə müəssisəni bir sənaye rayonunda yerləşdirdikdə, onların bir-birinə zərərli təsiri
aradan qaldırılmalıdır.
Müəssisənin tikiləcəyi sahə möhkəm süxur üzərində yerləşməli, hamar, quru və qrunt
suları səviyyəsindən yuxarı olmalıdır.
Neft və qaz sənayesi müəssisələrinin tikilməsi üçün yer seçildikdə, istehsalat tullantılarının
axıdılması üçün xüsusi şərait yaradılmalıdır. Həmin tullantılar (əsasən su), neft və neft
məhsulları ilə çirkləndikdə onlardan istehsalatın su təchizatı kimi istifadə etmək bəzən mümkün
olmur. Ona görə də, müəssisənin su balansı, yəni sənaye sularının və içməli suların lazımi
miqdarda olması nəzərə alınmalıdır.
İstehsalat sahələrindən izafi istilik və ya müəyyən miqdarda zərərli qazlar ayrılan
müəssisələr birmərtəbəli binalarda yerləşdirilməli və belə binaların zərərli maddələrdən
təmizlənməsi üçün təbii ventilyasiya olmalıdır.
Sex və avadanlıqların əlverişli yerləşdirilməsi. Aqreqat və aparatların bir-birindən
müəyyən məsafədə arakəsmələrlə yerləşdirilməsi, onların quraşdırılması, sökülməsi və təmiri
işlərinin rahat və təhlükəsiz aparılmasını təmin etməlidir. Məsələn, keçidlər 0,7 m-dən az
olmamalı, nasos stansiyalarında bircərgəli yerləşdirilmiş nasosların sıraları arasında olan məsafə
1,5 m-dən az olmamalı, maşınların hərəkət hissələrindən sexin divarına qədər olan məsafə 1,5 m-
dən az olmamalıdır. Hər bir işçiyə bina daxilində 15 m
3
həcm və 4,5 m
2
-dən az olmayaraq sahə
düşməlidir.
Qoruyucu sanitariya zonaları. Müxtəlif müəssisələr yerləşdirilərkən, onlar sanitariya və
texnoloji əlamətlərinə görə qruplaşdırılmalıdır.
İstehsalat müəssisələrinin zəhərli tullantılarının atmosferə buraxılan yeri ilə yaşayış və
ictimai məntəqələr arasında olan minimal məsafəyə qoruyucu sanitariya zonaları deyilir. Bu
zona yaşayış məntəqəsində olan adamları, binaları, başqa tikintiləri və obyektləri istehsalatın
zərərindən qoruyur.
Sanitariya normalarına əsasən, müəssisələr qoruyucu sanitariya zonalarının eninə görə beş
sinfə bölünür:
I, II, III, IV, V – sinif müəssisələrin qoruyucu sanitariya zonası uyğun olaraq 1000, 500,
300, 100, 50 m enində nəzərdə tutulur. Bu bölgü, istehsalatın zərərindən, texnoloji prosesdən və
zəhərli tullantıların zərərsizləşdirmə tədbirlərinin xarakterindən asılı olaraq aparılır.
Məsələn, neftçıxarma sənayesinin 120000 m
3
/gün-dən çox qaz istahsal edən obyektləri
birinci sinif qoruyucu sanitar zonası ilə təmin olunmalıdır. Tərkibində çəki ilə 0,5%-dən çox
kükürd olan neft istehsalı obyektləri də bu sinifə daxildir.
Qaz hasilatı 24000-120000 m
3
/gün-ə qədər və tərkibində 0,5%-ə qədər kükürd olan neft
mədənləri ikinci sinif sanitariya zonaları ilə təmin olunur.
Qaz hasilatı 24000m
3
/gün-ə qədər olan neft mədənləri üçüncü sinifə daxildir.
Qoruyucu sanitariya zonasında abadlıq və yaşıllıq işləri aparılmalıdır. Burada, aşağı sinif
zərəri olan obyektlər yerləşdirilə bilər.
İstehsalatın yerləşdirilməsi, qoruyucu sanitariya zonası saxlamaqla bitmir, onu yaşayış
məntəqəsinin hansı tərəfində yerləşdirməyin də böyük əhəmiyyəti vardır. Bu da meteoroloji
şərait nəzərə alınmaqla həll edilir.
Meteoroloji şəraitdə əsasən küləklərin istiqaməti və gücü nəzərdə tutulur.
Küləyin istiqaməti istehsalat zərərinin yayılmasında (səpələnməsində), gücü isə bina və
tikililərin uçub dağılmasında öz təsirini göstərir.
Qazlar, tüstü, his, toz, pis iylər, səs-küy və s. istehsalat zərəri olan sənaye müəssisələrini
yaxınlıqdakı yaşayış binalarının külək tutmayan tərəfində yerləşdirirlər.
Küləklərin gücü və istiqaməti meteoroloji tədqiqatlar nəticəsində toplanan statistik
materiallar əsasında qurulan qrafikdən (və ya cədvəldən) götürülür. Bu sabitləşmə çoxillik orta
məlumatları olan rayon üçün dəyişməz hesab olunur.
Bakı şəhəri üzrə qurulmuş “küləklər gülü” qrafiki şəkil 5.1-də təsvir edilmişdir.
|