Müasir dövrdə istehsalatda hər hansı səviyyədə qəbul edilən qərar və təlimatlar, işçilərin




Download 1,28 Mb.
Pdf ko'rish
bet53/113
Sana01.12.2023
Hajmi1,28 Mb.
#109072
1   ...   49   50   51   52   53   54   55   56   ...   113
Bog'liq
M asir d vrd istehsalatda h r hans s viyy d q bul edil n q ra

İstehsalatda iş yerlərini təşkil etdikdə görüləcək işin fiziki ağırlığı, iş zonasının həndəsi
ölçüləri, işçinin əmək fəaliyyətində hərəkət etməsi lüzumu, əməliyyatların tələb etdikləri
dəqiqlik, iş vaxtı ərzində passiv müşayiət və fiziki işlərin ardıcıllığı, yazı qeydlərinin aparılması
lüzumu və başqa xüsusiyyətlər nəzərə alınır.
Görülən işin ağırlıq kateqoriyasından asılı olaraq, oturaq və ayaq üstü vəziyyətdə görülən
işlər dövlət standartları ilə müəyyən edilmiş erqonomik tələblərə uyğun olmalıdır.
İstehsalat avadanlığının və iş yerinin konstruksiyaları elə olmalıdır ki, işçinin optimal
vəziyyətdə işləyə bilməsi təmin edilsin. Bu məqsədlə, işçi səthin və ya işçinin oturacağının
hündürlüyü idarə edilə bilən olmalıdır.
İnsan-operator tərəfindən yerinə yetirilən əməliyyatlar (informasiyanın oxunması və
idarəetmə orqanlarından istifadə etmək) tezliyinə görə üç kateqoriyaya bölünürlər:


1. Çox tez-tez görülən əməliyyatlar (əgər 1 dəq. ərzində əməliyyat iki və daha çox dəfə
görülərsə);
2. Tez-tez görülən əməliyyatlar (əgər 1 saat ərzində əməliyyat iki dəfədən çox, ancaq 1
dəq. ərzində iki dəfədən az görülürsə);
3. Hərdənbir görülən əməliyyatlar (əgər 1 saat ərzində əməliyyat iki dəfədən çox
görülmürsə).
Əməliyyatın tezlik kateqoriyasından asılı olaraq, bu əməliyyatın yerinə yetirilməsi üçün
istifadə edilən texniki vasitənin iş yerində yerləşdirilməsi müəyyən edilir.
İstehsal prosesində insan – operator üçün təşkil edilən iş yeri informasiya sahəsindən və
avadanlıq sahəsindən ibarət olur. İnformasiya sahəsində informasiyanı əks etdirən texniki
vasitələr, avadanlıq sahəsində isə idarəetmə orqanları yerləşdirilir.
İdarəetmə orqanları aşağıda göstərilən tələblərə cavab verməlidir:
- forması, ölçüləri və səthi iş üçün rahat olmalıdır;
- iş zonasında elə yerləşdirilməlidir ki, aralarındakı məsafə iş əməliyyatlarının yerinə
yetirilməsini çətinləşdirməsin; 
- idarəetmə orqanlarının birgə tərtib edilməsində onların vacibliyi, istifadə edilmə
ardıcıllığı və tezliyi nəzərə alınmalıdır;
- idarəetmə orqanları elə hazırlanmalı və ya bloklanmalıdır ki, iş əməliyyatlarının səhv
ardıcıllığı alınmasın;
- onların konstruksiyası və yerləşdirilməsi, avadanlığın öz-özünə qoşulması və
dayandırılması hallarının qarşısını almalıdır.
Qəza idarəetmə orqanı formaca fərqlənməli və qırmızı rəngdə olmalıdır. Qəza siqnalı
verən element (səs və ya işıq) nəzər və eşitmə sahəsində olmalıdır.
İstehsalat əhatəsi iş şəraitinə hərtərəfli təsir edir. İş əhatəsi işçiyə təsir edən fiziki,
kimyəvi, bioloji, sosial, psixoloji və estetik faktorların məcmusundan ibarətdir.
İş əhatəsinə olan tələbatlar əsasən aşağıdakılardan ibarət olmalıdır:
- iş əhatəsinin işçiyə kompleks şəkildə uzunmüddətli təsirindən işçinin səhhətinə mənfi
təsir olmamalıdır;
- iş əhatəsi görülən işin etibarlılığına və keyfiyyətinə təsir etməməlidir.
İşçiyə təsir edə biləcək faktorların maksimal həddi buraxıla bilən səviyyə və ya qatılıq
adlandırılır.
Ümumiyyətlə iş əhatəsi insana təsir dairəsinə görə dörd hissəyə bölünür:
1. Komfort iş əhatəsi – işçi özünü gümrah və sağlam hiss edir, daim işgüzarlığını saxlayır;
2. Nisbətən diskomfort iş əhatəsi – müəyyən vaxt ərzində işçinin iş qabiliyyətinə və
sağlamlığına (qoyulmuş norma həddində) nisbətən təsir olur. Bu, işçidə funksional (norma
həddində) dəyişikliklər yaranmasına səbəb olur.
3. Ekstremal iş əhatəsi – işçinin iş qabiliyyətinin azalmasına və onda funksional
dəyişikliklərin yaranmasına səbəb olur. Lakin, bu hal insan orqanizmində patoloji dəyişikliklərin
yaranmasına səbəb olmur.
4. Həddindən artıq ekstremal iş əhatəsi – insan orqanizmində patoloji dəyişikliklərin
yaranmasına səbəb olur. Bu zaman, görüləsi işin yerinə yetirilməsi qeyri-mümkün olur.
İş əhatəsinin kompleks şəkildə qiymətləndirilməsi zamanı onun ağırlıq dərəcəsi nəzərə
alınmalıdır. İşin ağırlıq dərəcəsi dedikdə, iş əhatəsinin insan səhhətinə və onun işgüzarlığına olan
kompleks təsir dərəcəsi nəzərdə tutulur. Bu baxımdan işlər altı kateqoriyaya bölünür:
- birinci kateqoriya – görülən işlər optimal iş şəraitində aparılır. İş əhatəsi xoşagələn və
sakit şəraitdir;


- ikinci kateqoriya – görülən işlər istehsalat faktorlarının buraxılabilən qatılıq həddi
çərçivəsində aparılır. Bütün normalar sanitar normaları həddindədir;
- üçüncü kateqoriya – nisbətən əlverişli olmayan istehsalat əhatəsinin işçilərə təsirindən
onların halı pisləşir. Əmək göstəriciləri azalır;
- dördüncü kateqoriya – tam əlverişli olmayan istehsalat əhatəsi təsirində insanlarda
patoloji dəyişikliyə qədər hal yaranır. İnsanda iş qabiliyyəti pozulur;
- beşinci kateqoriya – iş gününün axırında insan orqanizmində görülən işin və mühitin
təsirindən patoloji dəyişikliklər yaranır;
- altıncı kateqoriya – iş şəraitinin təsirindən insanda iş həftəsi ərzində beşinci
kateqoriyadakıdəyişikliklər yaranır.

Download 1,28 Mb.
1   ...   49   50   51   52   53   54   55   56   ...   113




Download 1,28 Mb.
Pdf ko'rish

Bosh sahifa
Aloqalar

    Bosh sahifa



Müasir dövrdə istehsalatda hər hansı səviyyədə qəbul edilən qərar və təlimatlar, işçilərin

Download 1,28 Mb.
Pdf ko'rish