İstehsalatda travmatizmin təhlili üsulları




Download 1,28 Mb.
Pdf ko'rish
bet49/113
Sana01.12.2023
Hajmi1,28 Mb.
#109072
1   ...   45   46   47   48   49   50   51   52   ...   113
Bog'liq
M asir d vrd istehsalatda h r hans s viyy d q bul edil n q ra

5.3. İstehsalatda travmatizmin təhlili üsulları
İstehsalat travmatizmi dedikdə, istehsalatda baş vermiş bədbəxt hadisələrin məcmuu
nəzərdə tutulur. Travmatizmin təhlilində ən çox istifadə olunan statistik üsuldur. Statistik üsul
travmatizm üzrə ilkin sənədlərin (İZ nümunəsi üzrə aktlar, bədbəxt hadisələrin qeyd və uçot
jurnalları) sistemləşdirilməsi və statistik işlənilməsinə əsaslanır. Statistik təhlil üsulunda, əsasən,
iki nisbi göstəricidən istifadə edilir (tezlik və ağırlıq göstəriciləri).Travmatizmin tezlik göstəricisi


(K
t
) müəyyən hesabat dövrü üçün (adətən bir il üçün götürülür) hər bir min nəfər işçiyə (və
yaxud bir milyon işlənmiş adam-saata) düşən bədbəxt hadisələrin sayı kimi hesablanır:
K
t
=
H
P

1000
(5.1)
burada H – hesabat dövründə (bir il müddətində) uçota alınmış bədbəxt hadisələrin sayıdır;
– hesabat dövründə həmin istehsalatda işçilərin orta siyahı sayıdır;
Travmatizmin ağırlıq göstəricisi (K
a
) müəyyən hesabat dövrü üçün hər bir bədbəxt
hadisəyə düşən əmək qabiliyyətini itirmə günlərinin orta sayı kimi hesablanır:
K
a
=
D
H
(5.2)
burada D – hesabat dövründə uçota alınmış bədbəxt hadisələ-rin hamısında zədələnmiş işçilərin
əmək qabiliyyətini itirmə günlərinin ümumi sayıdır.
Bu göstəricilərdən əlavə, əmək qabiliyyətini itirmə göstəricisi də istifadə edilir:
K=K
t

K
a
=
D
P

1000
(5.3)
Statistik təhlil üsulu çox vaxt monoqrafik təhlil üsulu ilə birlikdə istifadə edilir. 
Monoqrafik üsulda ayrıca götürülmüş hər hansı bir istehsal obyekti, əmək mühafizəsi
nöqteyi nəzərindən, hərtərəfli öyrənilir, potensial təhlükəli və zərərli amillər aşkar edilir,
işlədilən materialların, avadanlığın, ümumiyyətlə texnoloji prosesin istehsalat sanitariyası və
təhlükəsizlik texnikası tələblərinə uyğun olması öyrənilir.
İqtisadi təhlil üsulu istehsalat travmatizmindən müəssisəyə dəyən iqtisadi zərərin müəyyən
edilməsinə və bədbəxt hadisələrin qarşısının alınmasına yönəldilən xərclərin iqtisadi
səmərəliliyinin qiymətləndirilməsinə əsaslanır.
Topoqrafik təhlil üsulu bədbəxt hadisələrin səbəblərini, onların baş verdikləri yerə görə
təhlil etməyə əsaslanır. Bunun üçün istehsalat obyektlərinin planları və ya xəritəsi üzərinə,
müntəzəm olaraq, şərti işarələrlə baş verən bütün bədbəxt hadisələr qeyd edilir. Müəyyən
müddətdən sonra şərti işarələrin topoqrafik sıxlığına görə yüksək təhlükəli iş yerləri və istehsalat
avadanlığı aydınlaşdırılır və bu yerlərdə bədbəxt hadisələrin səbəblərinin aradan qaldırılması
üçün tədbirlər görülür.
Qruplaşdırma təhlil üsulunun mahiyyəti eyni şəraitdə, eyni cür avadanlıqda və eyni
xarakterli zədələnmələr ilə nəticələnən bədbəxt hadisələrin qruplaşdırılmasından ibarətdir. Bu
təhlil üsulu daha çox bədbəxt hadisə baş vermiş iş və sənət növlərinin və avadanlığının mənfi
cəhətlərinin aşkar edilməsinə imkan verir.
Bəzi sənaye sahələrində (məsələn, neft və qaz sənayesində) istehsalat travmatizminin
təhlili üçün, elektron hesablama maşınlarından (EHM) istifadə edən avtomatlaşdırılmış sistemlər
tətbiq edilir. İstehsalat travmatizminin avtomatlaşdırılmış təhlili sistemlərində informasiyanı
mərkəzə ötürmək və qəbul etmək üçün elektron sistemlərindən istifadə edilir. Travmatizmin
təhlilində EHM-dən istifadə edilməsi travmatizmin qarşısını alan əsaslandırılmış tədbirlər


görmək üçün böyük həcmli statistik materialın təhlili kimi, bədbəxt hadisə haqqında
informasiyanın axtarışı və verilməsi kimi çox vaxt tələb edən əməliyyatların tez bir zamanda
operativ görülməsinə imkan yaradır və təhlilin keyfiyyətini xeyli yüksəldir.

Download 1,28 Mb.
1   ...   45   46   47   48   49   50   51   52   ...   113




Download 1,28 Mb.
Pdf ko'rish

Bosh sahifa
Aloqalar

    Bosh sahifa



İstehsalatda travmatizmin təhlili üsulları

Download 1,28 Mb.
Pdf ko'rish