Erqonomika elmi inkişaf mərhələsinə görə iki yerə ayrılır: – “düzəliş” və “layihə”.
“Düzəliş” köhnəlmiş konstruksiyada müəyyən düzəlişlər apararaq onu müasirləşdirmək, “layihə”
isə yeni müasir konstruksiyaların layihəsini tərtib etməklə məşğuldur.
İnsan fəaliyyətinə təsir edən təhlükəli və zərərli faktorları aşağıdakı dörd qrupa bölmək
olar:
- insan fəaliyyəti və hərəkətinin orqanizmə təsiri;
- maşının işi və xüsusiyyəti;
- istehsalat mühiti;
- “Maşın - İnsan sistemi”ndə (MİS) biotexniki kompleks.
Mühəndisi psixologiyanın xüsusiyyətinə uyğun olaraq tədqiq edilən və ya layihələndirilən
hər hansı bir “Maşın-İnsan sistemi”ndə, əsasən, informasiyanın qəbulu, təhlili və ötürülməsinin
keyfiyyət və kəmiyyət xarakterləri öyrənilir.
Müasir MİS-də informasiyanın qəbulu müxtəlif kanallar vasitəsilə aparılır. Burada, insanın
funksional imkanı və xüsusiyyəti nəzərə alınır. Bu kanallar, analizatorların ümumi qruplarında
cəmlənirlər.
Qəbul olunmuş informasiyanın təhlil edilməsi “yaddaş” və “fikirləşmə” xüsusiyyətlərinin
vacibliyini tələb edir.
İnsan fəaliyyətinin iş prosesində olan daha bir göstəricisi,
onun antropometrik
göstəricisidir.
İnsanın məqsədəuyğun fəaliyyəti, onun informasiyanı ardıcıl olaraq qəbul
edib analiz
etməsindən ibarətdir. Qeyd
etdiyimiz kimi, bu proses analizatorlar vasitəsilə həyata keçirilir.
Analizatordan alınan informasiya sensor adlandırılır. Buna uyğun olaraq, psixologiya elmi
“sensor prosesi”, “sensor hissiyyatı” və s. terminlərindən istifadə edir. Analizatorun prinsipial
sxemi aşağıda göstərildiyi kimidir:
Sxemdən göründüyü kimi, qəbuledici xaricdən gələn siqnalları qəbul edir, onu müəyyən
dərəcədə işlədir, onlarda bioelektrik siqnalları yaradır və mərkəzi sinir sisteminə ötürür. Mərkəzi
sinir sistemində aparılan analiz nəticəsində bioelektrik əmri yaranır və bu yenidən qəbulediciyə
ötürülür. Qəbulediciyə gələn bu siqnallarla onda optimal iş rejimi və s. faktorların tənzimi
yaranır.
Qəbul olunan siqnalların xüsusiyyətindən asılı olaraq siqnalizatorları “xarici” və “daxili”
olmaqla iki hissəyə bölürlər.
Xarici siqnalizatorlara aid edilir:
- görmə (qəbuledici gözdür);
- eşitmə (qəbuledici – qulaqdır);
- ağrı, temperatur (qəbuledici – dəri);
- iy (qəbuledici – burun);
- dad (qəbuledici – dilin üstü, dodaq).
Daxili analizatorlara aid edilir:
- kinestetik (qəbuledici – əzələlər);
- vestibülyar (qəbul edici – qulağın içərisi);
- xüsusi (bədənin daxili hissəsi).
qəbuledici
beyin
əsəb əlaqələri
xarici siqnallar
MİS-də insan faktorunu qiymətləndirən əsas göstəricilər sürət (bir dövrün tənzimlənmə
vaxtı), dəqiqlik və etibarlılıqdır.
Sadə bir konturlu sistemdə bir dövrün tam tənzim vaxtı aşağıdakı kimi tapılır: