mühitə daha geniş miqyasda təsir göstərməsi atmosfer havasının mühafizəsinə diqqəti artırmağı
tələb edir. Respublikamız atmosfer havasının çirklənməsinin, ona digər zərərli təsirlər
göstərilməsinin qarşısını almaq, bunları aradan qaldırmaq məqsədilə elmi surətdə əsaslandırılmış
texniki,
iqtisadi, sosial və digər tədbirlər kompleksini həyata keçirir, habelə bu sahədə
beynəlxalq əməkdaşlıq edir.
Əməyin gigiyenası tibb elminin profilaktik hissəsi olub, istehsalatda işçinin daim
işgüzarlığını saxlamaq, işlə əlaqədar olan peşə xəstəliklərini və istehsalatın işçinin səhhətinə təsir
edə biləcək mənfi təsirini aradan qaldırmaq üçün elmi və təcrübi tədbirlərin işlənməsi ilə məşğul
olur.