Optimal mikroiqlim şəraiti – mikroiqlim parametrlərinin elə bir uyğunluğudur ki, bu şərait insan
orqanizminə uzun müddət sistematik təsir etdikdə, onun normal funksional halının
saxlanılmasını təmin edir.
Yol verilən mikroiqlim şəraiti – mikroiqlimin parametrlərinin elə bir uyğunluğudur ki, bu
şəraitdə insan orqanizmi normal funksional və istilik vəziyyətinin tez keçib gedən dəyişməsinə
məruz qala bilər. Bu zaman, sağlamlığın pozulması təsadüf edilmir, müvəqqəti olaraq qeyri-
komfort istilik hissi, əhvalın pisləşməsi və əmək qabiliyyətinin aşağı düşməsi baş verir.
İş zonasının havası dövlət standartına əsasən üç göstəricidən asılı olaraq normallaşdırılır: – ilin
dövrü, görülən işin kateqoriyası, otaqda izafi istiliyin mövcud olması.
İl iki dövrə ayrılır: 1)
ilin isti dövrü – xarici havanın orta sutkalıq temperaturu +10
0
C-dən yüksək
olan dövr; 2)
ilin soyuq və keçid dövrü; xarici havanın orta sutkalıq temperaturu +10
0
C-dən aşağı
olan dövr.
Görülən işlər ağırlıq dərəcəsinə görə (enerji sərfinə görə) beş kateqoriyaya bölünür:
yüngül iş – Ia kateqoriyası (enerji sərfi 120kkal/saat-a qədər);
yüngül iş – Ib kateqoriyası (enerji sərfi121-150kkal/saat);
orta ağırlıqlı iş
– IIa kateqoriyası (enerji sərfi 151-200kkal/saat);
orta ağırlıqlı iş – IIb kateqoriyası (enerji sərfi 201-250kkal/saat);
ağır iş – III kateqoriya (enerji sərfi 250kkal/saatdan artıq).
Cədvəl 6.1- də ilin dövründən və görülən işlərin kateqoriyasından asılı olaraq,
istehsal
otaqlarında havanın temperaturunun, nisbi nəmliyinin və hərəkət sürətinin optimal və yol verilən
normaları verilmişdir.
İş zonasında mikroiqlim parametrlərinin normal səviyyədə saxlanılmasını isitmə, ventilyasiya və
kondisionerləşdirmə sistemlərinin tətbiqi və səmərəli istismarı ilə təmin etmək olar.
Cədvəl 6.1
Havanın temperaturunun, nisbi nəmliyinin və hərəkət sürətinin normaları
İl
in
d
öv
rü
İş
in
k
at
eq
or
iy
as
ı
havanın
temperaturu,
0
C
havanın
nisbi
nəmliyi, %
havanın
hərəkət
sürəti, m/san
opti-
mal
nor-
ma
yol verilən
norma
opti-
mal
norm
a
yol
veri
-lən
nor-
ma
opti-
mal
nor-
ma
yol
veri-lən
norma
daimi
iş
yer-
də
qeyri
-
daimi
iş
yer-
də