Müasir dövrdə istehsalatda hər hansı səviyyədə qəbul edilən qərar və təlimatlar, işçilərin




Download 1,28 Mb.
Pdf ko'rish
bet59/113
Sana01.12.2023
Hajmi1,28 Mb.
#109072
1   ...   55   56   57   58   59   60   61   62   ...   113
Bog'liq
M asir d vrd istehsalatda h r hans s viyy d q bul edil n q ra

6.3. Ventilyasiya sistemləri
İstehsal otaqlarında iş zonası havasının sanitariya normaları üzrə tələb olunan parametrlərini əldə
etmək üçün ventilyasiya sistemlərindən istifadə edilir. Qapalı istehsal otaqlarında hava
mübadiləsini (ventilyasiyanı) müxtəlif surətdə təşkil etmək olar. Ventilyasiya sistemləri
aşağıdakı elementlərə görə təsnif olunurlar:
- otaqlarda havanın yerdəyişməsini əldə etmək üçün istifadə edilən enerji mənbəyinə görə; a)
təbii; b)süni (mexaniki);
- hava mübadiləsinin təşkil edilməsinə görə: a) qeyri mütəşəkkil; b) mütəşəkkil;
- təyinatına görə: a) hava sorucu; b) hava verici; c) hava verici və sorucu (birgə).
- otaqda hava verici və hava sorucu quruluşların yerləşdirilməsinə görə: a) ümumi hava
mübadiləsi sistemləri; b) yerli hava verici və ya hava sorucu sistemləri; c) lokal hava mübadiləsi
sistemləri; d) qarışıq (birləşdirilmiş) sistemlər.


- havanın hazırlanması dərəcəsinə görə: a) havanın hazırlanmadan birbaşa ventilyasiya
sisteminə verilməsinə; b) havanın hazırlanaraq verilməsinə.
İstehsal otağında təbii ventilyasiya xarici və daxili havanın sıxlıqları fərqindən yaranan hava
basqısı hesabına əldə edilir.
Mexaniki ventilyasiya sistemlərində havanın yerdəyişməsi ventilyatorların yaratdıqları hava
basqısı hesabına əldə edilir. İstehsal otağının hər bir yerində bərabər hava mübadiləsi yaradılırsa,
belə sistemlərə ümumi, otağın müəyyən bir hissəsində hava mübadiləsi edilirsə yerli, zərərli
maddələr ayrılan yerlərdən hava sorulursa bu lokal ventilyasiya sistemi adlandırılır.
Qəza zamanı otaqda zərərli maddələrin qatılığının artmasının qarşısı xüsusi qəza ventilyasiyası
vasitəsilə alınır.
Təbii ventilyasiya. Təbii ventilyasiya otaq daxilindəki və xaricdəki havanın temperatur (yaxud
xüsusi çəki) fərqi və külək təsiri nəticəsində baş verir.
Qeyri-mütəşəkkil təbii ventilyasiya həmişə mövcuddur, o, qapı, pəncərə və baca örtüklərinin kip
olmaması nəticəsində yaranır.
Birtipli istehsalat binasının sxemi üzərində təbii ventilyasiyanı nəzərdən keçirək (şəkil 6.2).
Mütəşəkkil ventilyasiya tikinti zamanı nəzərdə tutulan konstruktiv elementlərlə (qapı, baca,
pəncərə, deflektor və s.) həyata keçirilir.

Download 1,28 Mb.
1   ...   55   56   57   58   59   60   61   62   ...   113




Download 1,28 Mb.
Pdf ko'rish

Bosh sahifa
Aloqalar

    Bosh sahifa



Müasir dövrdə istehsalatda hər hansı səviyyədə qəbul edilən qərar və təlimatlar, işçilərin

Download 1,28 Mb.
Pdf ko'rish