• İşıqlandırma sistemlərinin təsnifatı
  • Müasir dövrdə istehsalatda hər hansı səviyyədə qəbul edilən qərar və təlimatlar, işçilərin




    Download 1,28 Mb.
    Pdf ko'rish
    bet61/113
    Sana01.12.2023
    Hajmi1,28 Mb.
    #109072
    1   ...   57   58   59   60   61   62   63   64   ...   113
    Bog'liq
    M asir d vrd istehsalatda h r hans s viyy d q bul edil n q ra

    6.4. İş yerinin işıqlandırılması
    Məlumdur ki, insan ətrafındakı xarici mühitdən məlumatın təxminən 80%-ni görmə kanalı 
    vasitəsilə alır.
    Bu məlumatın həcmi və keyfiyyəti işıqlanma dərəcəsindən asılıdır. Keyfiyyətsiz işıqlanma işin 
    icrasını çətinləşdirir, əmək məhsuldarlığını aşağı salır və bədbəxt hadisələrə səbəb olur. 
    Sanitariya normalarına cavab verən işıqlandırma işçilərə müsbət təsir göstərir, optimal şərait 
    yaradır və nəticə etibarilə əməyin təhlükəsizliyini təmin edir.
    İşıqlandırma sistemlərinin təsnifatı
    İşıqlandırma sistemləri təbii, süni və qarışıq növlərdə olur. Təbii işıqlandırma binanın xarici 
    divarındakı və örtüklərdəki işıq oyuqlarından binaya daxil olan səma işığı ilə (düz və ya əks 


    olunmuş), süni işıqlandırma isə elektrik lampalarının işığı ilə əldə edilir. Qarışıq işıqlandırma 
    norma üzrə çatışmayan təbii və süni işıqlandırma ilə tamamlandırılan işıqlandırmadır.
    İstehsalatda təbii işıqlandırma yandan (pəncərədən) yuxarıdan (bacadan) və kombinə edilmiş 
    (üstdən-yandan) şəkildə aparılır.
    Süni işıqlandırmanın aşağıdakı növləri mövcuddur:
    a) işçi işıqlandırma – normal iş şəraiti üçün tələb olunan işıqlandırma;
    b) qəza işıqlandırma – işıqlandırmanın qəza vaxtı kəsilməsi zamanı, işi davam etdirmək üçün 
    istifadə edilən işıqlandırma;
    v) təxliyə (evakuasiya) üçün işıqlandırma – işıqlandırmanın qəza zamanı kəsilməsi zamanı 
    işçilərin iş yerindən başqa etibarlı yerlərə köçürülməsi üçün nəzərdə tutulan işıqlandırma;
    q) növbətçi işıqlandırma – iş vaxtından kənar vaxtda müəssisənin işıqlandırılması.
    İşçi süni işıqlandırmaya aid edilir:
    a) ümumi işıqlandırma – otağın daxilində müntəzəm və ya avadanlığa nisbətən qeyri-müntəzəm 
    yerləşdirilmiş çıraqlarla işıqlandırma;
    b) yerli işıqlandırma – bilavasitə iş yerlərinin işıqlandırılması (təkcə yerli işıqlandırmadan 
    istifadə etmək qadağandır);
    v) kombinasiya edilmiş süni işıqlandırma (ümumi və yerli işıqlandırmanın birgə istifadə 
    edilməsi).

    Download 1,28 Mb.
    1   ...   57   58   59   60   61   62   63   64   ...   113




    Download 1,28 Mb.
    Pdf ko'rish

    Bosh sahifa
    Aloqalar

        Bosh sahifa



    Müasir dövrdə istehsalatda hər hansı səviyyədə qəbul edilən qərar və təlimatlar, işçilərin

    Download 1,28 Mb.
    Pdf ko'rish