Mexaniki səs-küyün əsas səbəbi, maşın və avadanlığın səthlərinin titrəməsidir. Bu
titrəmələr fırlanan maşın hissələrinin qeyri-müvazinətliliyi, müxtəlif zərbəli proseslər və sürtün-
mələr nəticəsində yaranır. Titrəmələrin və səs-küyün yaranmasına, maşınların konstruksiyasında
istifadə edilən dişli çarx ötürmələri, kürəvi və diyircəkli yastıqlar böyük təsir göstərir. Onların
yaratdıqları titrəmə və səs-küy, əsasən, alçaq və orta tezlikli olur.
Dişli çarxların işi zamanı yaranan səs-küy geniş tezlik spektrinə (100-4000Hs arasında)
malikdir. Bu, dişlərin əlaqədə olan səthlərinin formasından və sürtünməsindən, çarxların
materialından və yığılma dəqiqliyindən asılıdır. Dişli çarx ötürməsində əlaqədə olan dişlərin
dinamik deformasiyaları nəticəsində yaranan titrəmənin tezliyi, dişlərin sayından və fırlanma
sürətindən də asılıdır. Dişli çarx ötürməsinin titrəməsi və səs-küyü, bu ötürməyə düşən yükdən
və çarxların fırlanma sürətindən asılı olaraq dəyişir. Belə ki, yüklənmə və sürətin artması səs-
küyün artmasına səbəb olur.
Kürəvi və diyircəkli yastıqların səs-küy səviyyələri onların fırlanma sürətindən asılıdır.
Sürət
n
1
- dən
n
2
dövr/dəq-yə qədər artdıqda yastığın səs-küy səviyyəsinin nə qədər artdığını
aşağıdakı ifadədən istifadə edərək təyin etmək olar:
ΔL=23 lg
n
2
n
1
, dB (7.13)
Ümumiyyətlə, yastıqların səs-küyü onların hazırlanma keyfiyyətindən, vala və gövdəyə
bərkidilmə formasından daha çox asılıdır. Müxtəlif maşınlarda eyni tipli yastıqlar müxtəlif
səviyyəli səs-küyə (10-20dB fərqlənən) səbəb olur.
Mexaniki səs-küyün azaldılması üçün, bir-birilə əlaqəsi olan iki polad maşın hissəsindən
birinin(məsələn dişli çarxlardan birinin) plastmasdan (kaprondan) hazırlanması yaxşı nəticə
verir. Plastik materialın elastiklik modulu poladınkından bir neçə dəfə az olduğu üçün onların
bir-birilə əlaqəsinin zərbə müddəti uzanır və nəticədə səs-küyün səviyyəsinin 10-15dB
azaldılmasına səbəb olur. Ümumiyyətlə, maşın hissələrinin və gövdələrinin az səs-küy yaradan
plastik materiallardan hazırlanması səs-küy yayılmasının azalmasına səbəb olur. Mexaniki səs-
küyü azaltdıqda, vibrasiya yaradan dinamik qüvvələri aradan götürmək üçün, maşınların hərəkət
edən hissələrinin statik və dinamik müvazinətliyini təmin etmək lazımdır. Bundan əlavə, dəqiq
yığma əməliyyatları tətbiq etmək, titrəyən və səs-küy yaradan hissələri (məsələn, dişli çarx
ötürmələrini) yağ vannalarında yerləşdirmək yaxşı nəticə verir.
Aerodinamik mənşəli səs-küyü, onun yaranma mənbəyində azaltmaq üçün birinci növbədə
maşın hissələrinin hava və qaz axınlarına müqavimətini azaltmaq lazımdır. Bu hissələrin forması
elə olmalıdır ki, hava axını zamanı burulğanlar yaranmasın. Nəzərə almaq lazımdır ki, aerodi-
namik mənşəli səs-küy mənbələrində yaranan səs gücü xüsusilə hava-qaz axını sürətindən
asılıdır. Buna görə də, hava-qaz axını sürətinin azaldılması səs-küyü azaltmaq üsullarından ən
səmərəlisidir.
Aerodinamik mənşəli səs-küyə hava (qaz) kompressor stansiyalarında və qazturbin
qurğularında sorucu kameranın və xüsusi kanalla, dövri olaraq, böyük təzyiqlə atmosferə atılan
sıxılmış havanın yaratdığı səs-küy, buxar qazanı aqreqatlarının işə salınması,
qoruyucu
klapanların açılması, buxar borularının üfürülməsi və bu kimi əməliyyatlar zamanı yaranan səs-
küy də misal göstərilə bilər. Bütün bunlar hava, qaz və ya buxar axınının böyük sürətlə borulara
daxil olması və ya əksinə borulardan atmosferə buraxılması ilə əlaqədar yaranan səs-küydür.
Hidrodinamik səs-küy mənbələrində də səs-küyü azaltmaq üçün əsas üsul, borularda maye
axınlarının burulğanlığının azaldılması ilə əlaqədardır. Porşenli nasosların yaratdıqları maye
axınlarında yaranan təzyiqlər çox olduğundan boruların titrəməsi və onların yaratdıqları səs-küy
mərkəzdənqaçma nasoslara nisbətən daha çox olur. Titrəyən boruların inşaat
konstruksiyalarından və dayaqlardan izolyasiyası səs-küyün yayılmasının qarşısını xeyli alır.
Elektromaqnit mənşəli səs-küy elektrik maşınlarında və avadanlığında yaranır. Belə səs-
küyü mənbədə müəyyən qədər azaltmaq elektrik maşını və avadanlığının konstruksiyasında
müəyyən dəyişiklik etməklə mümkün olur. Məsələn, transformatorda paketləri
daha kip
presləmək və dempferləyici materiallardan istifadə etməklə səs-küyü müəyyən qədər azaltmaq
mümkündür. Elektrik maşınlarında yaranan əlavə mexaniki və aerodinamik mənşəli səs-küyü
mənbədə azaltmaq lazımdır.