ola bilər. Bunlar, mənbəyi nəinki istilik şüalanmalarından, həm də qığılcımlardan, ərimiş metal
hissəciklərindən və s. mühafizə edə bilər.
Şüalanmanı əks etdirən ekranlar kərpicdən, alüminiumdan, asbestdən, alfoldan (üzünə
alüminium folqa çəkilmiş asbest) və ya metal tordan hazırlanır. Ekranlar birqat və çoxqat ola
bilər. Çoxqat ekranlarda qatlararası hava ekranlamanın səmərəliyini daha da artırır.
Şüa udan ekranlar istiliyi pis keçirən materiallardan hazırlanmış pərdələr, şitlər formasında
olur. Pərdələr xırda metal zəncirlərdən hazırlanır və bilavasitə şüa yayılan oyuqların qarşısına
qoyulur, bunlar şüa axınını 60-70% azaldır. Pərdələr nazik su qatı formasında da hazırlana bilər,
bunlar şüa axınını 90%-ə qədər azaldır.
İnfraqırmızı şüalanmadan fərdi mühafizə vasitələri kimi, odadavamlı maddələr
hopdurulmuş kətan parçadan hazırlanmış xüsusi üst geyim, yüksək hərarətə davamlı xüsusi
ayaqqabı, işıq süzgəcli şüşədən hazırlanmış mühafizə eynəyi, əlcəklər və mühafizə kaskalarından
istifadə edilir.