İstehsalat səs-küyündən mühafizə üsulları




Download 1,28 Mb.
Pdf ko'rish
bet68/113
Sana01.12.2023
Hajmi1,28 Mb.
#109072
1   ...   64   65   66   67   68   69   70   71   ...   113
Bog'liq
M asir d vrd istehsalatda h r hans s viyy d q bul edil n q ra

7.5. İstehsalat səs-küyündən mühafizə üsulları
Texnoloji proseslər işləndikdə, maşınların, istehsalat binalarının və qurğularının layihələri
hazırlandıqda, istehsal və istismar edildikdə insanlara mənfi təsir edə biləcək səs-küyün yol
verilən səviyyələrə qədər azaldılması üçün bütün lazım olan tədbirlər görülməlidir. Səs-küydən
mühafizənin ən effektiv üsulları onun mənbədə azaldılması və daimi iş yerlərində səs-küy
törətməyən yeni texnoloji proseslərin istifadə edilməsidir. Bununla yanaşı, səs-küylü maşınları
uzaqdan idarə etmək, inşaat-akustik üsullarla onu azaltmaq, fərdi mühafizə vasitələrindən
istifadə etmək və təşkilati tədbirləri (səmərəli iş və istirahət vaxtı müəyyən etmək, səs-küylü
şəraitdə işləmə müddətini məhdudlaşdırmaq, müalicə-profilaktiki tədbirlər və s.) yerinə
yetirməklə səs-küyün insana mənfi təsirini azaltmaq olar.
İstehsalatda səs-küydən mühafizə məsələlərini həll etdikdə, bir neçə səs-küy mənbəyinin,
eyni zamanda, müəyyən bir iş yerində birgə yaratdıqları ümumi səs-küy səviyyəsini təyin etmək
lazım gəlir. Məsələn , ayrı-ayrılıqda biri 90dB, o biri isə 84dB səs-küy yaradan iki nasosun idarə
pultu yaxınlığında birgə yaratdıqları ümumi səs-küyün səviyyəsini təyin etmək lazımdır. İlk


baxışdan bu iki nasosun ümumi səs-küy səviyyəsinin 90+84=184dB olacağı düşünülür. Ancaq
bu belə deyil. Nəzərə almaq lazımdır ki, səs-küyün səviyyələri loqarifmik kəmiyyətlərdir və
onların üzərində adi toplama əməliyyatı aparmaq olmaz.
Bir neçə eyni zamanda işləyən səs-küy mənbəyinin ümumi səs intensivliyi cəm kimi
toplana bilər, çünki intensivlik adi fiziki kəmiyyətdir və ölçü vahidi W/m

–dır:
J
üm 
=J
1
+J

+J

+....+J
n
(7.8)
Birgə səs-küyün ümumi səviyyəsi isə belə təyin edilir:
L
üm
=
10 lg
J
1
+
J
2
+
J
3
+
. .. .+J
n
J
0

(7.9)
Nəzərə alsaq ki,
L=10 lg
J
J
0
ifadəsindən
J
J
0
=
10
0,1 L
,
onda bir neçə müxtəlif
mənbəyin iş yerində birgə yaratdıqları ümumi səs-küyün səviyyəsini təyin etmək üçün aşağıdakı
düstur alınar:
L
üm
=
10 lg

i=1
n
10
0,1 Li
dB (7.10)
burada L

 hər biri mənbəyinin yaratdığı ümumi səs-küyün səviyyəsidir, dB;
– səs-küy mənbələrinin sayıdır.
Bir neçə eyni mənbənin yaratdığı ümumi səs-küyün səviyyəsi aşağıdakı ifadədən də təyin
edilə bilər: 
L
üm 
=L+10lg n (7.11)
burada L– bir mənbəyin yaratdığı səs-küyün səviyyəsidir, dB.
Məsələn, n=10 ədəd eyni nasos işləyir və onların hər birinin idarə pultu yaxınlığında
yaratdığı səs-küyün səviyyəsi L=90dB-dir. Bu zaman ümumi səs-küyün səviyyəsi
=90 +10lg10= 90+10=100dB
olacaqdır.
İki müxtəlif mənbəyin yaratdığı ümumi səs-küyün səviyyəsi aşağıdakı kimi təyin edilə
bilər:
L
2
 = L

+ ∆L, dB (7.12)
burada L

– səs-küyü daha yüksək olan mənbənin yaratdığı səs-küy səviyyəsidir, dB;
∆L – iki mənbənin səs-küy səviyyələrinin fərqindən asılı olaraq cədvəl 3.11-dən
götürülən əlavə düzəlişdir, dB.
Cədvəl 7.1
∆L-nin qiyməti
Səs-küy
səviyyələ-
0 1
2
3
4
5
6 7
8
9
10
15


rinin fərqi,
(L
2
-L
1
)
L
1
-in üstü-
nə gələn
əlavə
düzəliş, ∆L
3 2,5
2
1,8
1,5
1,2
1 0,8
0,6
0,5
0,4
0,2
Cədvəldən göründüyü kimi, əgər iki mənbədən birinin səs-küy səviyyəsi o birisindən
10dB-dən çox fərqlənirsə, kiçik səs-küylü mənbənin yaratdığı səs-küyü ümumi səs-küydə nəzərə
almamaq da olar, çünki bu halda ∆L-in səviyyəsi 0,5dB-dənazdır.
Məsələn, cədvəldən istifadə edərək səs-küy səviyyələri L
2
=90dB və L
1
=84dB olan iki
mənbənin (nasosun) yaratdığı ümumi səs-küyün səviyyəsi belə təyin edilir:
L
2
– L
1
= 90 – 84 = 6 dB
Cədvəldən uyğun olan ∆L=1dB götürülür və
L
üm 
= 90 + 1 = 91 dB
tapılır.
Cədvəldən istifadə edərək, bir neçə müxtəlif mənbənin yaratdığı ümumi səs-küyün
səviyyəsini təyin etmək olar. Bunun üçün, ən böyük səs-küy səviyyəsindən başlamaq və onu
ikinci səviyyə ilə yuxarıda göstərilən qaydada cəmləmək lazımdır. Sonra alınan cəmi üçüncü
səviyyə ilə cəmləmək lazımdır və belə ardıcıllıqla bir neçə müxtəlif mənbənin ümumi səs-küy
səviyyəsini tapmaq olar.
Məsələn, üç müxtəlif səs-küy mənbəyinin yaratdığı ümumi səs-küyün səviyyəsini təyin
edək: L
1
=96dB, L
2
=98dB və L
3
=100dB. Əvvəl iki mənbəyi götürürük və onların səs-küy
səviyyələrinin fərqini təyin edirik:
L
2
– L
1
= 98 – 96 = 2 dB, L
3
 – L
2
= 100 – 98 = 2 dB
Alınan fərqə uyğun cədvəl 3.11-dən əlavə düzəliş ∆L=2dB. Deməli hər üç
mənbənin birgə yaratdığı ümumi səs-küy səviyyəsi: L
üm
=100+(2+2)=104dB təyin edilmiş olur.
Səs-küy səviyyələrinin cəm üsulu ilə tapılması göstərir ki, eyni səs-küylü çox səs-küy mənbəyi
olduqda, onlardan bir neçəsinin səs-küyünün azaldılması və ya tamamilə aradan götürülməsi,
praktiki olaraq ümumi səs-küyün səviyyəsinə bir o qədər də böyük təsir etmir.

Download 1,28 Mb.
1   ...   64   65   66   67   68   69   70   71   ...   113




Download 1,28 Mb.
Pdf ko'rish

Bosh sahifa
Aloqalar

    Bosh sahifa



İstehsalat səs-küyündən mühafizə üsulları

Download 1,28 Mb.
Pdf ko'rish