Səs-küyün mənbədən ətraf mühitə yayılma yollarında azaldılması




Download 1,28 Mb.
Pdf ko'rish
bet70/113
Sana01.12.2023
Hajmi1,28 Mb.
#109072
1   ...   66   67   68   69   70   71   72   73   ...   113
Bog'liq
M asir d vrd istehsalatda h r hans s viyy d q bul edil n q ra

7.7. Səs-küyün mənbədən ətraf mühitə yayılma yollarında azaldılması
İstehsalat səs-küyünün, onun yaratdığı mənbədən ətraf mühitə yayılma yollarında
azaldılması inşaat-akustik tədbirlər kompleksinin yerinə yetirilməsi ilə əldə edilir. Bu tədbirlər
kompleksinin layihələri hazırlandıqda, inşaat norma və qaydalarının tələblərini yerinə yetirmək
lazımdır.
Sənaye müəssisələrinin baş planları, habelə istehsalat binalarının və sexlərin planları
hazırlandıqda səs-küydən mühafizə tədbirləri nəzərdə tutulmalıdır. Belə ki, güclü səs-küyü olan
sex və qurğular ayrıca komplekslər şəklində müəssisə ərazisində bir yerə yığılmalı və səs-küy
udan ağaclardan ibarət sıx yaşıllıq zolağı ilə əhatə edilməlidirlər. Laboratoriya, konstruktor
büroları, hesablama mərkəzləri, idarə binaları və istirahət zonalarının səs-küydən mühafizə
edilməsi üçün, onlar səs-küylü sexlərdən və qurğulardan uzaqda yerləşdirilməlidir.
Sexlərdə bir neçə səs-küylü dəzgah və maşın. yaxud texnoloji xətt olduqda, onların az səs-
küylü sahələrdən xüsusi səsizoləedici arakəsmələr və ya ekranlar ilə ayrılması nəzərdə
tutulmalıdır. Bundan əlavə, səs-küylü maşınları səs izoləedici örtük altında yerləşdirmək və səs-
küylü maşınlara xidmət edən işçilər üçün səs izoləedici kabinələr nəzərdə tutmaq lazımdır.
Sexlərdə səs-küyün ümumi fonu, maşın və avadanlığın bilavasitə yaratdığı səs-küylə və
ətraf səthlərdən (tavan və divarlardan) əks olunaraq gələn səslərin cəmi ilə səciyyələnir. Sexlərin
tavan və divarlarını səsudan material və konstruksiyalarla örtməklə, əks olunan səsin
intensivliyini azaltmaq olar. Səsudan material və konstruksiyalar, müəyyən gigiyena, estetika,
həmçinin mexaniki qüvvələrə, yanğına və nəmə qarşı davamlılıq kimi tələblərə cavab verməlidir.
Hər bir xüsusi halda, tələb olunan rəqs tezliyində maksimal səsudma qabiliyyətinə malik olan bu
və ya digər material seçilir. Güclü səs-küy yaradan maşın və aqreqatların üstündə tavandan asılı
xüsusi səsudan konstruksiyalar yerləşdirməklə əksolunan səs-küyü azaltmaq mümkündür. Bu
səsudan konstruksiyalar kürə, yarımkürə, konus, prizma və piramida şəklində olan həcmi
elementlərdən hazırlanır və bir-birindən müəyyən məsafələrdə tavandan asılır. 
İstehsalat sexlərində, əsasən, düz istiqamətlənmiş intensiv səs-küyü azaltmaq üçün akustik
ekranlardan istifadə edilir. Akustik ekranlar əks olunmuş səs-küyü azaltmaq qabiliyyətinə malik
olmadıqlarına görə, onlar sexin daxili səthlərinin (divar və tavanın) səsudan materiallarla
örtülməsi ilə birlikdə istifadə edilir. 
Sənaye müəssisələrinin səs-küylü sexlərində səs-küyü azaltmaq üçün ən sadə və ucuz başa
gələn tədbirlərdən biri, səs gücü yüksək olan maşın və aqreqatların səs izoləedici örtüklər altında
yerləşdirilməsidir. Səs izoləedici örtük vasitəsilə səs-küyü istənilən səviyyəyə qədər azaltmaq və
daimi iş yerlərində normal şərait yaratmaq mümkündür. Örtüklər müxtəlif konstruksiyalarda
hazırlana bilər: söküləbilən, qaldırılabilən, pəncərəli, qapılı, müxtəlif kommunikasiyaları örtük


altına daxil etməyə imkan verən. Ancaq örtüyün bu göstərilən elementlərinin hamısı kip olmalı
və səsi yaxşı izolyasiya etməlidir.

Download 1,28 Mb.
1   ...   66   67   68   69   70   71   72   73   ...   113




Download 1,28 Mb.
Pdf ko'rish

Bosh sahifa
Aloqalar

    Bosh sahifa



Səs-küyün mənbədən ətraf mühitə yayılma yollarında azaldılması

Download 1,28 Mb.
Pdf ko'rish