Ultrabənövşəyi şüalanmadan mühafizə




Download 1,28 Mb.
Pdf ko'rish
bet73/113
Sana01.12.2023
Hajmi1,28 Mb.
#109072
1   ...   69   70   71   72   73   74   75   76   ...   113
Bog'liq
M asir d vrd istehsalatda h r hans s viyy d q bul edil n q ra

7.10. Ultrabənövşəyi şüalanmadan mühafizə
İstehsalat şəraitində ultrabənövşəyi şüalanmaların mənbələri elektrik qövsləri, avtogen
qaynaq etmə, plazmalı kəsmə və metal tozlama, lazer qurğuları, qazboşalma lampaları, civə-
kvars lampaları, radiolampalar, civə düzləndiriciləri və s. ola bilər.
Ultrabənövşəyi şüalanmalar diapazonu dalğa uzunluqlarına görə üç sahəyə ayrıla bilər: A
sahəsiλ=315÷400 nm );B sahəsi ( λ =280
¿
315nm); C sahəsi (λ=10¸280nm)
Ultrabənövşəyi şüalanmalar insan orqanizminə fiziki-kimyəvi və bioloji xarakterli təsirlər
göstərir. A sahəsindəki şüalanmada bu təsir zəif bioloji xarakterli olur. B sahəsindəki şüalanma
dəriyə, C sahəsindəki şüalanma isə toxumanın zülalına təsir göstərir.
Ultrabənövşəyi şüalanma dəriyə nisbətən gözlərə daha güclü təsir göstərir; bu zaman daha
çox təsirə məruz qalan gözün buynuz təbəqəsi olur və nəticədə konyunktivit əmələ gəlir.
Şüalanmanın gözə təsirindən görmə üzvlərinin xəstələnməsi baş verir (elektrooftalmiya,
fotooftalmiya).
Ultrabənövşəyi şüalanmaların enerji axını sıxlığının dalğa uzunluğundan asılı olaraq yol
verilən səviyyələri (bir şərtlə ki, görmə üzvləri və dəri örtüyü mühafizə edilmiş olsun) cədvəl
3.14- də verilmişdir. 
Cədvəl 7.3
Ultrabənövşəyi şüalanmaların enerji axını sıxlığının dalğa uzunluğundan asılı olaraq yol verilən
səviyyələri
Ultrabənövşəyi
şüalanmalar
sahəsi
Dalğa uzunluğu,
nm
Enerji axını
sıxlığının yol verilən
həddi, W/ m
2
A
400...315
10
B
315...280
0,05
C
280...200
0,001


Ultrabənövşəyi şüalanmalardan mühafizə üçün ümumi və fərdi mühafizə yolları və
vasitələrindən istifadə edilir. Bunlara misal: iş yerlərinin və şüalanma mənbələrinin
ekranlanması, işçilərin ultrabənövşəyi şüalanma mənbələrindən uzaqlaşdırılması (uzaqdan idarə
etmə), iş yerlərinin səmərəli yerləşdirilməsi və otağın divarlarının xüsusi rənglənməsi, fərdi
mühafizə vasitələrindən və kremlərdən istifadə edilməsini göstərmək olar.
İş otaqlarının divarlarının rənglənməsi üçün açıq tonlu rənglərdən (boz. sarı, mavi) istifadə
edilir; ultrabənövşəyi şüalanmaları udan sink və titan ağ rənglərinə üstünlük verilir.
Ultrabənövşəyi şüalanmalardan fərdi mühafizə vasitələrinə istilikdən mühafizə edən
xüsusi üst geyimləri, əlcəklər, xüsusi ayaqqabı, mühafizə kaskası, işıq süzgəcli eynək və s.
göstərmək olar.
Dərini ultrabənövşəyi şüalanmadan mühafizə etmək üçün xüsusi kremlərdən istifadə edilir
ki, bu kremlərin tərkibində işıq süzgəci rolunu oynayan xüsusi maddələr vardır (məsələn, salol,
salisil-metil efiri və s.)
İş yerlərində ultrabənövşəyi şüalanmaların intensivliyini və spektrini ölçmək üçün
ufdozimetr cihazlarından və spektrometrlərdən istifadə edilir.

Download 1,28 Mb.
1   ...   69   70   71   72   73   74   75   76   ...   113




Download 1,28 Mb.
Pdf ko'rish

Bosh sahifa
Aloqalar

    Bosh sahifa



Ultrabənövşəyi şüalanmadan mühafizə

Download 1,28 Mb.
Pdf ko'rish