- fərdi qoruyucu vasitələrdən istifadə edilməsi.
Əsas texniki tədbirlərə aşağıdakılar aid edilir:
- dinamiki yükü nəzərə almaqla aktiv titrəyişli avadanlıqların özül və əsaslarının düzgün
layihə edilməsi;
- aktiv titrəyişli avadanlıqların özüllərinin daşıyıcı konstruksiyadan və kommunikasiya
xətlərindən izolə edilməsi;
- aktiv titrəyişli avadanlıqların, operator və maşinistin iş yerlərinin izolə edilməsi;
- titrəyişi söndürən və udan vasitə və materialların tətbiq edilməsi.
İstehsalatda “aktiv mühafizə” terminindən geniş istifadə edilir. Bu, izolə edilən obyektdən
izolə edən sistemə ötürülən titrəyişlərin qarşılıqlı təsirindən yaranan söndürücü rəqsi hərəkətdir.
Titrəyiş söndürücüləri, sistemə qoşulmuş əlavə reaktiv müqavimətlərin təsiri ilə mühafizə
olunan obyektdə titrəyişin səviyyəsini azaldırlar. Əksər hallarda, bu məqsədə aqreqatların titrəyiş
söndürücülü özüllər üzərində yerləşdirilməsi vasitəsilə nail olunur. Özül elə seçilməlidir ki, onun
daban hissəsində yırğalanma amplitudu 0,1-0,2 mm-dən çox olmasın. Xüsusi hallar üçün bu
rəqəm 0,005 mm olmalıdır.
Polad vərəqələrdən hazırlanmış örtük, çəpərləyici və s. hissələrdə rezonans nəticəsində
yaranan titrəyişi azaltmaq üçün titrəyişudanlardan istifadə edilir. Titrəyişin udulması üçün,
yırğalanma səthində yüksək daxili sürtünməyə malik olan materiallar yerləşdirilir(rezin,
plastmas, mastika və s.).
Titrəyişin əsas parametrlərini müəyyən etmək üçün istifadə edilən ölçü cihazları Dövlət
Standartına uyğun olmalıdır. Titrəyiş ölçən cihazlar elektrik ölçmə prinsipinə əsaslanırlar.
Adətən, mənbədə yaranan mexaniki yırğalanma elektrik, maqnitoelektrik və ya pyezoelektrik
enerjisinə çevrilərək ölçü cihazlarına verilir
.