Maşınların və avadanlığın səs-küy xarakteristikası




Download 1,28 Mb.
Pdf ko'rish
bet67/113
Sana01.12.2023
Hajmi1,28 Mb.
#109072
1   ...   63   64   65   66   67   68   69   70   ...   113
Bog'liq
M asir d vrd istehsalatda h r hans s viyy d q bul edil n q ra

7.4. Maşınların və avadanlığın səs-küy xarakteristikası
Dövlət standartlarına görə təyin edilən və maşınların texniki sənədlərinə əlavə edilən səs-
küy xarakteristikası aşağıdakılardır:
1) standart tezlik zolaqlarında (63-8000Hs) səs gücü səviyyələri;
2) səs-küyün istiqamətlənmə faktoru (göstəricisi)
Səs-küy mənbəyi (hər hansı bir maşın və avadanlıq), ən əvvəl, səs gücü ilə xarakterizə
olunur. Maşının səs gücü dedikdə, vahid zaman ərzində maşın tərəfindən ətraf mühitə şüalandı-
rılan səs enerjisinin ümumi miqdarı nəzərdə tutulur. Maşının səs gücünün ölçü vahidi vatdır (W).
Əgər səs-küyü ətrafa yayan maşını, radiusu (r) çox böyük olan şərti kürə (sahəsi
S=4 πr
2
) mərkəzində yerləşdirsək və onu nöqtəvi mənbə hesab etsək, bu zaman həmin
kürənin səthində orta səs intensivliyini bu düsturla təyin etmək olar:
J
or
=
N
πr
2
W/m
2
(7.4)
burada – maşının səs gücüdür, W. 
Bu ifadə, bütün istiqamətlərdə bərabər səs-küy yayan nöqtəvi səs-küy mənbəyi üçündür.
Səs-küy mənbəyinin standart zolaqlarda səs gücü səviyyələri aşağıdakı ifadə ilə təyin
edilir.
L
n
=
10 lg
N
N
0
, dB (7.5)
burada N – maşının səs gücüdür, W;
 N

– aşağı hədd səs gücüdür, N
0
=10
-12
W.
Real səs-küy mənbələri (maşın və avadanlıq) səs enerjisini bütün istiqamətlərdə bərabər
yaymırlar. Səs-küyün qeyri-bərabər yayılması maşının səs-küyü istiqamətləndirmə faktoru (F)
adlanan göstərici ilə xarakterizə edilir:
F=
J
J
or
(7.6)


burada J – real maşının müəyyən məsafədə yaratdığı səs intensivliyidir;
J
or
– bütün istiqamətlərdə bərabər səs-küy yayan və səs gücü həmin real maşının səs
gücünə bərabər olan şərti nöqtəvi səs-küy mənbəyinin həmin məsafədə yarada
biləcəyi səs intensivliyidir.
Hər tərəfə bərabər səs-küy yaymağa malik olan maşınlar üçün istiqamətləndirmə faktoru F
= 1 olur. 
Açıq fəzada yerləşdirilmiş hər hansı bir maşın işlədikdə, onun səs gücü sabit qaldığı halda
belə, eyni məsafədə müxtəlif nöqtələrdə müxtəlif səs-küy səviyyələri yaradır. Səs-küy ölçən
cihaz vasitəsilə maşından müxtəlif istiqamətlərdə eyni məsafələrdə səs-küy səviyyələrini
ölçməklə maşının səs-küyü istiqamətləndirmə göstəricisi təyin edilir:
G=10 lg F=10 lg
J
J
or
=
LL
or
, dB (7.7)
burada L – maşından müəyyən məsafədə ölçülən səs-küy səviyyəsi;
L
or 
– həmin məsafədə eyni səs gücü olan şərti nöqtəvi mənbəyin yarada biləcəyi orta səs-
küy səviyyəsidir.
Yeni layihə edilən maşınlar üçün yol verilən yuxarı səs-küy həddi təsdiq edilir. Maşının
yol verilən yuxarı səs-küy həddi, onun standart tezlik zolaqlarında səs gücü səviyyələrinin elə
qiymətləridir ki, bunlar maşın adi şəraitdə istismar edildikdə daim yolverilən səviyyə təmin
edilsin.
Müxtəlif maşın və avadanlığın səs-küy xarakteristikasını təyin etmək üçün standart üsullar
təsdiq edilmişdir. Bəzi maşınların texniki sənədlərində maşının xarici konturundan 1m, 3m, və
ya 10m məsafədə səs təzyiqinin zolaqlardakı səviyyələri göstərilir. 
Texniki sənədlərdə cədvəl şəklində verilən belə məlumat, maşını işləyəcəyi yerdə
yerləşdirdikdə, ona xidmət edəcək işçilərin iş yerlərində yarana biləcək səs-küy səviyyəsini
qabaqcadan qiymətləndirməsi üçün çox vacibdir. Bundan başqa, bu məlumat səs-küyün mənfi
təsirindən insanları mühafizə edəcək tədbirlərin işlənib hazırlanmasında da istifadə edilir.

Download 1,28 Mb.
1   ...   63   64   65   66   67   68   69   70   ...   113




Download 1,28 Mb.
Pdf ko'rish

Bosh sahifa
Aloqalar

    Bosh sahifa



Maşınların və avadanlığın səs-küy xarakteristikası

Download 1,28 Mb.
Pdf ko'rish