Müasir dövrdə istehsalatda hər hansı səviyyədə qəbul edilən qərar və təlimatlar, işçilərin




Download 1,28 Mb.
Pdf ko'rish
bet64/113
Sana01.12.2023
Hajmi1,28 Mb.
#109072
1   ...   60   61   62   63   64   65   66   67   ...   113
Bog'liq
M asir d vrd istehsalatda h r hans s viyy d q bul edil n q ra

7.4. Süni işıqlandırma


Təbii işıqlanma kifayət etmədikdə süni işıqlandırma tətbiq edilir. Payız-qış aylarında və gecə 
vaxtı süni işıq təbii işığı tamamlamaqla bərabər, onu əvəz edir. 
Süni işıqlandırmanın əsas çatışmazlığı onun fəza işıqlanmasının qeyri-müntəzəmliyindən 
ibarətdir ki, bunu da çıraqların əlverişli seçilməsi və yerləşdirilməsi ilə aradan qaldırmaq 
mümkündür. 
İşlədilən közərmə lampaları çox kiçik f.i.ə. (3%-ə yaxın) və keyfiyyətsiz spektr şüaları ilə 
xarakterizə olunur.
İşıq mənbələrinin əsas iqtisadi göstəricilərindən biri onların işıqvermə qabiliyyətidir (V). Bu da 
işıq enerjisinə çevrilən elektrik enerjisi ilə ölçülür:
=
F
W
l
ℓ m/W, (6.24)
burada F – işıqseli, ℓ m;
W

– lampaların gücüdür, W.
Közərmə lampasının işıq verimi çox kiçik, yəni 10-20 ℓ m/W, lüminessent lampalarının işıq 
verimi isə 30-40 ℓ m/W.
Süni işıqlandırma istehsalatda ümumi işıqlandırma və qarışıq işıqlandırma (eyni zamanda 
ümumi və yerli işıqlandırmanı nəzərdə tutur) şəklində tətbiq olunur.
Ümumi işıqlandırma növü çıraqların simmetrik yerləşdirilməsini nəzərdə tutur. 
İşığı fəzada yayma xarakterinə görə çıraqlar üç növ olur: düz işıq salan, işığı əks etdirən və işığı 
səpələyən.
Süni işıqlandırmanın hesablanma üsullarıSüni işıqlandırma dörd üsulla hesablanır:
1. Nöqtə üsulu – yerli işıqlandırma zamanı tətbiq edilir.
2. Vatt üsulu – çox sadədir, lakin, az dəqiqliyə malik olduğundan yalnız təxmini hesablamalarda 
işlədilir.
3. Qrafiki üsul – professor A.A.Truxanov tərəfindən təklif edilmişdir. Bu üsulla hesablama 
apardıqda işıqlanmanın məsafədən, hündürlükdən və düşmə bucağından asılılığını göstərən 
xüsusi nomoqramlardan istifadə edilir.
4. İşıq seli üsulu – ümumi işıqlandırma zamanı tətbiq edilir. Ən əlverişli üsuldur, çırağın işığını 
və əks olunan işığı nəzərə alır.
Vatt üsulu ilə işıqlandırmanın hesablanmasıİstehsalat sexi çıraqlarının ümumi gücü bu üsulla 
hesablanır: 
=
ESK
10
3

E
or
; kW (6.25)


burada E – obyektin işıqlanma norması, ℓk  (sanitar normadan götürülür);
– sexin sahəsi, m
2
,
– ehtiyat əmsalıdır, çırağın və lampaların çirklənməsini nəzərə alan cədvəllərdən tapılır. 
Közərmə lampaları üçün K=1,3-1,5; lüminessent lampaları üçün K=1,5-1,8;
E
or 
– orta horizontal işıqlanmadır, çıraqların müntəzəm yerləşdirilməsinə və bir W/m
2
elektrik 
enerjisi sərfinə uyğun olaraq götürülür.
10
3
 – W – dan kW-a çevirmə əmsalıdır.
Ümumi güc tapıldıqdan sonra lampaların sayı (n) hesablanır:
n=
W
W
1
(6.26)
burada W

– bir lampanın gücüdür, istehsalatın imkanına uyğun olaraq qəbul edilir.
İşıq seli üsulu ilə işıqlandırmanın hesablanması. Tələb olunan işıq seli aşağıdakı düsturla 
hesablanır:
F=
ESKZ

; ℓ m (6.27)
burada n – lampaların sayıdır, sexin sxemi üzərində çıraqları simmetrik yerləşdirməklə 
(miqyasda) tapılır. 
Müntəzəm işıqlandırmada çıraqlar üçbucaqlı, yaxud dördbucaqlı şəbəkə üzrə yerləşdirilir. Bu 
halda çıraqlar arasındakı məsafə L
¿
2,5  H şərtini ödəməlidir (şəkil 6.3).

Download 1,28 Mb.
1   ...   60   61   62   63   64   65   66   67   ...   113




Download 1,28 Mb.
Pdf ko'rish

Bosh sahifa
Aloqalar

    Bosh sahifa



Müasir dövrdə istehsalatda hər hansı səviyyədə qəbul edilən qərar və təlimatlar, işçilərin

Download 1,28 Mb.
Pdf ko'rish