6.5. İşıqlandırmanın normalaşdırılması
İşıqlandırmanın kəmiyyət göstəricilərindən istifadə etməklə işıqlanma dərəcəsinin aşağı həddi
normalaşdırılır. İş səthinin işıqlanma dərəcəsinin normalaşdırılmış aşağı hədlərinin qiymətləri
aşağıdakı amillərdən asılı olaraq təyin edilir:
1. Gözlə görülən işlərin dəqiqliyindən;
2. Obyektlə fonun kontrastından;
3. Fondan
Görülən işin dəqiqliyinin göstəricisi gözlə seçilən obyektin ən kiçik ölçüsüdür. Obyektin
ölçüsündən asılı olaraq, istehsalatda görülən işlər üçün 8 dəqiqlik dərəcəsi müəyyən edilmişdir.
Görülən işlər dərəcələrə ayrıldığı zaman, obyektdən gözə qədər olan məsafə ( ℓ ) 0,5m-ə qədər
olduqda, əsas göstərici kimi seçilən obyektin ən kiçik ölçüsü (d) götürülür. Obyektdən gözə
qədər olan məsafə 0,5m -dən çox olduqda, əsas göstərici kimi seçilən obyektin ən kiçik
ölçüsünün obyektdən gözə qədər olan məsafəyə nisbəti götürülür (bax cədvəl 6.2.)
Cədvəl 6.2
İstehsalatda görülən işlərin dəqiqlik dərəcələri
İşin dəqiqlik
dərəcəsi
Gözdən obyektə qədər məsafə
ℓ
¿
0,5m
Gözdən obyektə qədər məsafə
ℓ
¿
0,5m
Seçilən obyektin ən kiçik
ölçüsü, d, mm
d/ ℓ nisbətinin qiymətləri
I – lap yüksək
II – çox yüksək
III – yüksək
IV – orta
V – aşağı
VI – kobud iş
VII – işıq saçan
material və məlu-
matlarla isti sex-
lərdə görülən iş
VIII – istehsalat
proseslərinin gedi-
şinə ümumi nəza-
rət
0,15 -dən kiçik
0,15 - 0,30
0,30 - 0,50
0,50 - 1,00
1-5
5-dən çox
0,5-dən çox
-
0,3·10
-3
-dən kiçik
0,3·10
-3
- 0,6·10
-3
0,6·10
-3
- 1,0·10
-3
1,0·10
-3
- 2,0·10
-3
2,0·10
-3
- 10·10
-3
10·10
-3
-dən çox
-
-
Gözlə seçilən obyekt, müəyyən bir cisim, onun ayrıca bir hissəsi və yaxud cisim üzərində seçilən
çat, ləkə, nazik xətt və s. ola bilər.
Gözlə seçilən obyekt ilə fonun kontrastı iki yanaşı işıq sahəsinin parlaqlıqlarının fərqini
xarakterizə edir:
κ=
L
f
−
L
ob
L
f
(6.14)
burada L
f
– fonun parlaqlığı, kd/m
2
;
L
ob
– obyektin parlaqlığıdır, kd/m
2
;
k < 0,2olduqda obyektdə fonun kontrastı kiçik;
k = 0,2 olduqda kontrast orta;
k > 0,2olduqda kontrast böyük sayılır.
Fon – gözlə seçilən obyektin ətrafındakı səthin işığı əksetmə xasiyyətini xarakterizə edir. Fonu
müəyyən etmək üçün işığı əksetmə əmsalından istifadə edilir:
ϕ
яks
=
f
əя ks
f
dш
(6.15)
burada f
əks
– səthdən əks edilmiş işıq seli, ℓ m;
f
dş
– səthə düşən işıq seli, ℓ m;
φ
əks
< 0,2 olduqda fon tünd;
φ
əks
= 0,2÷0,4 olduqda fon orta;
φ
əks
> 0,4 olduqda fon açıq sayılır.
Təbii və süni işıqlandırma inşaat norma və qaydalarında, işıqlanma dərəcəsinin normalaşdırılmış
aşağı hədləri görülən işin dəqiqlik dərəcəsindən və həm də istifadə edilən işıqlandırma
sistemindən (ümumi işıqlandırma və kombinasiya edilmiş işıqlandırma) asılı olaraq verilmişdir.
|