I=
S
H (
a+
b)
,
(6.28)
burada
a,
b – uyğun olaraq sexin eni və uzunluğu, m;
S – sexin sahəsidir, m
2
.
Cədvəl 6.5
İşıq selindən istifadə əmsalı (
ϕ
)-nin qiyməti
İ
0,5
1,0
1,5
2
3
4
5
ϕ
0,17
0,29
0,34
0,38
0,43
0,45
0,47
MÜHAZİRƏ 7
Səs-küy və ondan mühafizə
Səs-küy insan orqanizminə zərərli təsir edən müxtəlif mənşəli səs dalğalarıdır.
Səs-küyün mənfi təsiri nəticəsində istehsalatda əmək məhsuldarlığının aşağı düşməsi, zay
məhsul istehsalı, travmatizmin artması müşahidə edilir.
Səs-küy, istehsalat şəraitində, nəqliyyat vasitələrində və məişətdə müşahidə edilir. Səs-
küylə mübarizə məsələsi müasir həyatımızın aktual problemlərindəndir.
İstehsalat şəraitində yaranma mənşəyinə görə səs-küy
mexaniki,
aerodinamik,
hidrodinamik və elektromaqnit mənşəli olur.
Mexaniki mənşəli səs-küy maşın və avadanlığın səthlərinin titrəyişi, maşın hissələrinin
birləşmələrində quru sürtünmə və dövrü zərbələr nəticəsində yaranır.
Aerodinamik mənşəli səs-küy qazlarda stasionar və ya qeyri stasionar proseslər nəticəsində
yaranan səs-küy sayılır (deşiklərdən sıxılmış hava və ya qazın böyük sürətlə çıxması, borularda
hava və ya qaz axını zamanı təzyiqin döyünməsi, havada kiçik hissəciklərin böyük sürətlə
hərəkəti və s.).
Hidrodinamik mənşəli səs-küy mayelərdə stasionar və ya qeyri stasionar proseslər
nəticəsində yaranan səs-küydür (hidravlik zərbələr, turbolent axın, kavitasiya və
bu kimi
proseslərdə yaranan səs-küy).
Elektromaqnit mənşəli səs-küyə dəyişən maqnit qüvvələrinin təsiri altında elektromexaniki
qurğuların elementlərinin rəqsi nəticəsində yaranan səs-küy aid edilir (elektrik maşınlarının
stator və rotorunun, transformatorun nüvəsinin rəqsi və bu kimi proseslərdə yaranan səs-küy).
Mənbəyindən insanların iş yerinə qədər havada yayılan səs-küy “hava səs-küyü” adlanır.
Bina divarlarının, örtüklərinin və arakəsmələrinin titrəyən səthləri tərəfindən ötürülən səs-küy isə
struktur səs-küyü adlanır.
Səs-küylə müvəffəqiyyətlə mübarizə aparmaq üçün, onun fiziki təbiətini, yaranmasının və
yayılmasının əsas qanunauyğunluqlarını bilmək lazımdır. İstehsalatda səs-küy
problemini
öyrəndikdə, səs dalğalarının hava mühiti ilə insanın eşitmə üzvlərinə təsirini nəzərə alaraq, səs
dalğalarının havada yayılması xüsusiyyətlərini fizika kursundan yada salmaq lazımdır.
Səs dalğaları sərbəst və qeyri-sərbəst, dövri və qeyri-dövri, harmonik və qeyri-harmonik,
sönən və sönməyən rəqsi hərəkətlərinin nəticəsində yarana bilər. İstehsalat şəraitində yaranan
səs-küy, əsasən, müxtəlif sadə və mürəkkəb səs rəqslərinin toplanmasının nəticəsidir.
Səs-küyü xarakterizə edən əsas fiziki kəmiyyətlər – səsin rəqs tezliyi, təzyiqi və
intensivliyidir.
Normal insan qulağı 20Hs-dən 20000Hs-ə qədər tezlikli səs dalğalarını qavrayır. 20Hs-ə
qədər tezliyi olan səs dalğaları infrasəs, 20000Hs-dən çox tezliyi olan səs dalğaları isə ultrasəs