adlanır. İnfrasəs və ultrasəs dalğalarını insan adi səs kimi eşitmir, ancaq bu səs dalğaları insan
orqanizminə ehtizaz və titrəyiş kimi təsir edir.
Səs-küyü xarakterizə etmək üçün akustikada əsas göstəricilər loqarifmik miqyasda istifadə
edilir. Bir tərəfdən bu, onunla izah edilir ki, praktikada səsin rəqs tezliyi, təzyiqi və intensivliyi
çox böyük diapazonlarda dəyişirlər və onları qrafiki təsvir etmək üçün loqarifmik miqyas daha
əlverişlidir, digər tərəfdən də insan qulağı bu kəmiyyətlərin mütləq dəyişməsini deyil, nisbi
dəyişməsini qavrayır. Məsələn, səs tezliyinin 100Hs-dən 500Hs-ə qədər dəyişməsini və ya
1000Hs-dən 5000Hs-ə qədər dəyişməsini insan qulağı eyni cür qavrayır.
Səs dalğalarının yayıldığı mühit səs sahəsi adlanır. Səs sahəsində mühitin hissəcikləri dövri
rəqs edir və dövri olaraq onların sürəti və təzyiq qüvvəsi dəyişir. Səs-küyü xarakterizə edən əsas
kəmiyyətlərdən birini – səsin intensivliyini xarakterizə etmək üçün vahid enerji
xarakteristikasından istifadə edilir. Səsin intensivliyi səs dalğasının, vahid zamanda, yayılma
istiqamətinə perpendikulyar vahid səthdən keçirdiyi enerji kimi qiymətləndirilir:
J =E⋅c (7.1)
burada E – rəqs edən elastik mühitin vahid həcminin səs enerjisidir (bu kəmiyyət vahid həcmin
səs enerji sıxlığı adlanır);
c – səsin mühitdə yayılma sürətidir.
Səs intensivliyinin ölçü vahidi W/m
2
istifadə edilir. Akustikada səs sahəsi üçün səsin
intensivliyi səs şiddəti də adlanır.
Açıq səs sahəsində səthi səs dalğası üçün intensivlik və səs təzyiqi aşağıdakı asılılıq ilə
bağlıdır:
J =
P
2
ρ
c
(7.2)
burada P – səs təzyiqinin orta kvadrat qiymətidir, Pа;
ρ
c
– mühitin xüsusi akustik müqaviməti adlanır, hava üçün 20
0
C – də
ρ
c
= 4,1 10
7
Pa/ san.
Səs şiddəti səs rəqslərinin intensivliyini xarakterizə edən fiziki kəmiyyətdir. İnsan, onu
subyektiv olaraq səsin gurluğu kimi qiymətləndirir. Normal insan qulağı elə səsləri qəbul etmək
bacarığına malikdir ki, onların intensivliyi müəyyən minimal qiymətdən yüksək olsun. Bu
minimal qiymət, müxtəlif tezlikli səs üçün müxtəlifdir və səsin eşidilmə astanası adlanır.
Səsin eşidilmə astanasında insan qulağının ən yaxşı qavradığı φ=1000Hs tezlikdə səs
intensivliyinin minimal qiyməti və ona uyğun olan minimal səs təzyiqi:
J
o
=10
-12
W/m
2
və ya P
o
=210
-5
Pa
Eşidilən səslərin intensivliyinin dəyişmə diapazonu 10
-12
W/m
2
–dan 10
2
W/m
2
arasındadır, yəni intensivlik 10
14
dəfə dəyişir. Buna uyğun olaraq səs təzyiqi 210
-5
Pa-dan
210
2
Pa arasında, yəni 10
7
dəfə dəyişir.
Göründüyü kimi, səsin intensivliyi və təzyiqi çox böyük diapazonlarda dəyişir, bu isə
onların qrafiki təsvir edilməsini çətinləşdirir. Bundan başqa, əvvəldə qeyd etdiyimiz kimi, insan
qulağı bu kəmiyyətlərin mütləq dəyişməsini deyil, nisbi dəyişməsini qavrayır. Bunu nəzərə
alaraq, səs-küylə mübarizə məsələlərinin həllində səsin intensivliyinin və təzyiqinin nisbi
dəyişməsini təsvir etmək üçün loqarifmik desibel şkalasından istifadə edilir.
Desibel (dB) – eşitmə astanasında 1000 Hs tezlikdə insan qulağının çətin ayırd etdiyi
minimal səsin intensivliyinə (və ya təzyiqinə) nisbətən faktiki səsin intensivliyinin (və ya
təzyiqinin) səviyyəsini göstərir:
L=10 lg
Jİ
J
0
=
20 lg
P
P
0
,
dB (7.3)
Desibel şkalasından istifadə etmək çox rahatdır, çünki eşidilən səslərin intensivliyinin və
təzyiqinin çox böyük diapazonu sərhədləri 0-140 dB olan desibel şkalasına yerləşir. Desibel
şkalasında müxtəlif səs-küyü qiymətləndirmək üçün 0-dan 140dB-ə qədər diapazonda tam
rəqəmlərdən istifadə edilir.
Səviyyənin 1dB-dən az dəyişməsini insan qulağı praktiki olaraq qavramır və 140dB-ə
yaxın qiymətlərində normal səs eşitmə hissi qulaqda fiziki ağrı hissi ilə əvəz olunur.
Eşitmə orqanının dərk etmə xüsusiyyətlərini nəzərə almaq üçün, ölçmə dövrəsinə əlavə
olaraq amplituda tezlik xarakteristikası insan qulağının zəif siqnallara hissiyyatına uyğun olan A
tipli xüsusi filtr daxil edilə bilər. Əgər ölçmə bu filtr ilə aparılmışsa səs-küyün ölçü vahidi dB
kimi deyil, dBA kimi göstərilir. “dB” ilə “dBA” arasındakı fərq səs-küyün spektrindən asılıdır,
ümumi hallarda bunu qabaqcadan müəyyən etmək mümkün deyil, lakin, adətən “dB” bir qədər
az olur. Məsələn, geniş zolaqda ölçülmüş səs-küy 80 dB-dirsə, Afiltri ilə ölçmə zamanı bu
kəmiyyət 85 dBA ola bilər. A filtri ilə ölçmə zamanı, səs-küyün müəyyən edilən qiyməti insan
qulağının eşitdiyinə daha çox uyğun gəlir.
Yüksək həssaslığa malik olan insan qulağı mürəkkəb bioloji mexanizm olub, ətrafdan
gələn böyük həcmdə səs informasiyasından faydalı səsləri seçib beyni yüksək intensivlikli səs-
küydən mühafizə etməlidir. İnsanın eşitmə orqanı mexaniki səs enerjisini biocərəyana çevirir. Bu
cərəyan xüsusi sinir ötürücüləri vasitəsi ilə mərkəzi sinir sisteminə təsir edir. Eşitmə orqanı, eyni
zamanda, rəqs tezlikləri analizatoru rolunu oynayaraq, səsin istiqamətini, gurluğunu, ucalığını və
tembrini müəyyən edən sistemdir.
Tam sakitlikdə insan qulağının həssaslığı artır, yüksək səs-küydə isə həssaslıq azalır.
Qulağın bu xüsusiyyəti mühitə uyğunlaşma adlanır.
Bir səsin başqa səs tərəfindən batırılması səsin maskalanması adlanır. Səs küy hər hansı
müəyyən rəqs tezliyinə malik olan təmiz tonu maskalayır.
Desibel ilə ölçülən səs təzyiqi səviyyəsi insan qulağının müxtəlif tezlikli səslərə
həssaslığını nəzərə almır və buna görə də, səsin gurluğu barəsində düzgün təsəvvür yaratmır.
Təzyiq səviyyəsi eyni (60dB), rəqs tezliyi isə müxtəlif (birinin tezliyi 100Hs, o birinin isə
1000Hs) olan iki səsi insan müxtəlif gurluqlu səslər kimi qavrayır. Buna görə də, səsin
gurluğunu xarakterizə etmək üçün “gurluq səviyyəsi” anlayışından istifadə edilir.
Hər hansı bir rəqs tezliyinə malik olub ölçülə bilən səsin gurluq səviyyəsini təyin etmək
üçün, həmin səs, rəqs tezliyi 1000Hs olan və səviyyəsi bu və ya digər tərəfə dəyişə bilən etalon
səs ilə o vaxta qədər tutuşdurulur ki, hər iki səsi (ölçülən və etalon səsləri) insan eyni gurluqlu
səs kimi qavrasın. Gurluq səviyyəsinin ölçü vahidi kimi “fon” qəbul edilmişdir. 1 fon elə səsin
gurluq səviyyəsidir ki, həmin səslə eyni gurluğa malik olan səsin 1000Hs rəqs tezliyində səs
tezliyi səviyyəsi 1dB-yə bərabərdir. Deməli, səsin gurluq səviyyəsi ilə təzyiq səviyyəsi 1000Hs-
də eyni qiymətə malikdir.
Səs-küyün insan orqanizminə təsiri onun xarakterindən, səviyyəsindən, təsir etmə
müddətindən və insanın fərdi xüsusiyyətindən asılıdır. Bu təsir mürəkkəb fizioloji xüsusiyyət
olub, insan orqanizmində müxtəlif xroniki xəstəliklərin əmələ gəlməsinin əsaslarından biri hesab
edilir. Mərkəzi əsəb sisteminin, karlığın, ürək-damar, mədə-bağırsaq xəstəliklərinin əmələ
gəlməsində və qanda şəkərin artmasında səs-küyün aktiv rolu vardır. Əsəb sisteminin
vəziyyətindən asılı olaraq, insanların bir qismi səs-küyə dözdükləri halda, başqa bir qismində
həmin səs-küy əsəbiliyə, əhval-ruhiyyənin pozulmasına, yuxusuzluğa səbəb olur. Gecə vaxtı səs-
küyün insanlara mənfi təsiri özünü daha qabarıq şəkildə göstərir. Bu, yuxunun pozulmasına və
arterial qan təzyiqinin artmasına səbəb olur.
Səs-küy nisbətən zəif olduqda belə insanın əsəb sistemini gərginləşdirir, insana psixoloji
təsir göstərir. Bu hal özünü daha çox əqli əməklə məşğul olan insanlarda büruzə verir. Zəif səs-
küy müxtəlif insanlara müxtəlif cür təsir edir. Bu təsirin dərəcəsi insanın yaşı, səhhəti, əməyin
növü, insanın fiziki və ruhi vəziyyəti və s. asılıdır.
Gecə vaxtı 30-40dBA səviyyəsi olan səs-küy insana mənfi təsir göstərməyən amildir. Qeyd
etmək lazımdır ki, səs səviyyəsi 70dBA-dan yüksək olan səs-küy insana müəyyən fizioloji təsir
göstərərək, onun orqanizmində müəyyən mənfi dəyişikliklərə səbəb olur. 85-90dBA
səviyyəsindən yuxarı səs-küy, ilk növbədə, insan qulağının yüksək tezlikli səslərə həssaslığının
azalmasına səbəb olur.
İnsan uzun müddət səs-küylü şəraitdə işlədikdə ona alışır, ancaq bu, səs-küyün insan
orqanizminə mənfi təsirini azaltmır. Güclü səs-küyün təsirindən gözün itiliyi zəifləyir, nəfəsin
ahəngi və ürəyin fəaliyyəti dəyişir, baş ağrıları yaranır, yorğunluq sürətlənir, reaksiya zəifləyir.
Bundan əlavə, istehsalat şəraitində səs-küyün fonunda nəqliyyat, yükqaldırıcı kran və başqa
maşınların verdikləri siqnallar eşidilmir. Bütün bunlar istehsalat zədələnmələrinə və peşə
xəstələnmələrinə səbəb olur.
Səs-küyün insan orqanizminə zərərli təsiri onun təsir etmə müddətindən də asılıdır. Uzun
müddət ərzində səs-küy dalğalarının orqanizmə təsirindən insanın sağlamlığının nə dərəcədə
itirilməsini qiymətləndirmək üçün xüsusi obyektiv göstəricilər yoxdur. Ancaq, son zamanlar bir
sıra ölkələrdə radioaktiv şüa təsiri ilə səs-küy təsirini analoji qiymətləndirən xüsusi cihazlardan
istifadə edilir.
İnsan səs dalğalarını ancaq qulaq vasitəsilə deyil, həm də bilavasitə kəllə sümüyü vasitəsilə
qəbul edir (bu, sümük keçiriciliyi adlanır). Əgər sümük keçiriciliyi vasitəsilə səsin ötürülməsi
alçaq səviyyələrdə azdırsa, yüksək səviyyələrdə keçiricilik artır və bunun insana mənfi təsiri
daha ağır nəticələrə səbəb olur.
İstehsalat səs-küyü təsirindən insanın eşitmə qabiliyyətinin nə qədər itirilməsini təyin
etmək üçün, xüsusi audiometrik tibbi müayinələr keçirilir. Bunun üçün audiometr adlanan xüsusi
tibbi elektroakustik cihazdan istifadə edilir. Audiometrik tibbi müayinələr aparmaq üçün, insan
sakit otaqda qulaqlıq vasitəsilə verilən müxtəlif intensivlikli təmiz tonları (əsasən 500, 1000,
2000, 4000Hs tezlikli) qəbul edir. Verilən tonun insan tərəfindən qavramağa başladığı ən kiçik
intensivlik cihaz vasitəsilə qeyd edilir və normal eşitmə qabiliyyəti ilə müqayisə edilir.
|