Kollimirləşmiş lazer şüalanması bilavasitə lazerdən çıxan və ya güzgülü səthlərdən əks
olunan dəstələr şəklində olur.
Lazer şüalanmasının energetik parametri kimi şüalanmanın gücü (güc sıxlığı),
enerjisi
(enerji sıxlığı), energetik parlaqlığı qəbul edilmişdir.
Lazer qurğuları işlədikdə, yarana biləcək təhlükəli və zərərli istehsal amilləri əsas və
qeyri-əsas amillərə bölünür. Əsas amillərə monoxromatik koherent şüalanma və
parazit
şüalanmalar (əks olunmuş və yayılmış)aiddir. Qeyri-əsas amillərə lazer qurğuları işləyən istehsal
sahələrində yaranan səs-küy, zərərli qaz və tozların havada yayılması və s. aiddir.
Lazer şüalanmalarının insan orqanizminə təsirinin bioloji effekti lazer qurğusunun
energetik parametrlərindən, təsiretmə müddətindən, şüalanmaya məruz qalan toxuma və üzvlərin
bioloji və fiziki-kimyəvi xüsusiyyətlərindən asılıdır.
Lazer şüalamaları insan orqanizminə istilik, elektrik, fotokimyəvi və mexaniki xarakterli
təsir göstərir.
Düz lazer şüalanması insanın görmə üzvləri üçün praktiki olaraq bütün hallarda təhlükəli
amil sayılır.
Lazer qurğularının quruluşu və istismarı üzrə sanitar norma və qaydalarında və müvafiq
standartlarda, ondan mühafizə üçün texniki, sanitar-gigiyenik və təşkilatı tədbirlər müəyyən
edilmişdir. Bu normativ sənədlərdə lazer şüalanmalarından gözün buynuz təbəqəsinin və dəri
örtüyünün şüalanmaya məruz qalmasının yol verilən səviyyələri də verilmişdir.
Lazer qurğularından istifadə edilən istehsalat sahələrində lazer şüalanmalarına dozimetrik
nəzarət həyata keçirilir. Dozimetrik nəzarətin mahiyyəti, fəzanın müəyyən verilmiş nöqtəsində
lazer şüalanmalarının elektrik parametrlərinin cihazlarla ölçülməsi və alınan qiymətləri uyğun
energetik parametrlərin yol verilən səviyyələri ilə müqayisə edib insan orqanizmi üçün
təhlükənin müəyyənləşdirilməsindən ibarətdir.
Dozimetrik nəzarət müxtəlif tipli şüalanmaları dozimetrlərdən istifadə etməklə
standart
üsullarla yerinə yetirilir.
Lazer şüalanmalarından mühafizənin ən səmərəli üsulu ekranlardan istifadə etməkdir.
Lazer şüası emal ediləcək obyektə tərəf dalğa ötürücü (işıq ötürücü) vasitəsilə və ya ekranla
əhatə edilmiş fəza ilə yönəldilir. Əks olunmuş şüalanmaların səviyyəsini azaltmaq üçün, şüanın
qarşısında qoyulmuş linza, prizma və digər güzgülü səthləri olan bərk cisimlər örtüklərlə təchiz
edilir. Şüalanmaya məruz qalan obyektdən əks olunan şüalardan mühafizə üçün ekranlarından
(oyuğunun diametri şüanın diametrindən bir az böyük olan diafraqmadan) istifadə edilir.
Lazer qurğuları yerləşdirilmiş açıq meydançalarda təhlükəli zonalar işarələnir və
şüalanmaların ətrafa yayılmasının qarşısını almaq məqsədilə ekranlardan istifadə olunur.
Lazer şüalanmaların kənara çıxmasına mane olan qeyri-şəffaf ekranlar metal vərəqlərdən
(polad, düralüminium və s.), qetinaksdan, tekstolitdən və plastmasdan hazırlanır.
Şəffaf ekranlar xüsusi işıq süzgəcli şüşələrdən və ya uyğun spektral xarakteristikası olan
üzvi şüşələrdən hazırlanır.
Lazer qurğusunun işçi vəziyyətə gətirilməsi, ekranlayıcı quruluşların hazır vəziyyətə
gətirilməsi ilə bloklanır.
Hər bir lazerin əsas şüası üçün istehsal sahələrində müəyyən bir istiqamət və zona ayrılır
ki, bu sahədə lazerlə işləyən vaxt insanın olması qadağandır. Lazer işlədilən otaqların daxili
səthləri və bu otaqlarda yerləşən avadanlığın səthləri şüaları güzgülü əks etdirən olmamalıdır. Bu
səthlərin işığı əksetdirmə əmsalı 0,4-dən artıq olmamalıdır. Otaqlarda yüksək səviyyəli işıqlıq
təmin edilməlidir. Təbii işıqlanma əmsalı 1,5%-dən və ümumi süni işıqlanma dərəcəsi
150
lk-dan az olmamalıdır. Çox yüksək şüalandırma enerjisinə malik olan impulsu lazerlərin
istismarı zamanı, lazer qurğusunun işə salınması uzaqdan idarə edilməlidir.
Görmə üzvlərinin fərdi mühafizə vasitəsi kimi, xüsusi şüşələrdən hazırlanmış eynəklərdən
istifadə edilir.