burada
P – kanatı qıran qüvvə, onun pasportundan götürülür;
S – polispast sisteminin f.i.ə. nəzərə almaqla kanat telinə düşən maksimum dartıcı qüvvə;
K – möhkəmliyə görə ehtiyat əmsalı. Sənayedə tətbiq olan kranlar üçün
K=3,5¸6,0 qəbul
edilir. Yük liftləri üçün (müşahidəçi olmadıqda)
K=8¸13, sərnişin liftləri üçün isə
K=9¸15
götürülür.
Kanat düz istiqamətdən əyriyə və əyri istiqamətdən düzə keçdikdə hər iki halda bir əyilmə
hesablanır. Kanat əyri istiqamətdən düz istiqamətə keçdikdə bir əyilmə, əyrilik istiqamətini
dəyişdikdə isə iki əyilmə kimi sayılır. Əyilmələrin sayından asılı olaraq
D/d nisbəti təyin edilir.
D barabanın və yaxud blokun diametri,
d – kanatın diametridir.
D≥
d⋅
ℓ şərtini ödəməlidir.
ℓ -ehtiyat əmsalıdır. Hesabatlarda
l =12÷30 götürülür.
Yükqaldırıcı maşınlar işə buraxılmazdan əvvəl Dövlət texniki nəzarət orqanlarında qeydə
alınmalı və onlardan istismara buraxılma haqqında icazə alınmalıdır.
Qaydaya əsasən, yeni quraşdırılmış yükqaldırıcı maşınlar, həmçinin yüktutucu qurğular
texniki müayinədən keçməlidirlər.
İlk müayinə yükqaldırıcı maşınları hazırlayan zavod tərəfindən aparılır. İstismarda olan
yükqaldırıcı maşınlar hər 12 aydan bir hissə-hissə müayinədən keçirilməlidirlər. Tam müayinə
vaxtı üç il qəbul edilmişdir. Az işlədilən (istehsalat binalarında yalnız təmir vaxtı işlədilən)
maşınlar hər 5 ildən bir tam müayinədən keçirilir.
Yükqaldırıcı maşınlar tam müayinə zamanı həm statik və həm də dinamik yükə sınanır.
Hissə-hissə müayinədə isə maşın yalnız nəzərdən keçirilir. Nəzarət zamanı ayrı-ayrı hissələrin
etibarlı işləyə biləcəyi müəyyən edilir. Mexanizmlərin vəziyyəti onları sökmədən müəyyən
edilir. Yükqaldırıcı maşınların statiki yükə sınağı zamanı götürülən yük nominal yükdən 25%
artıq olmalıdır. Yük 200-300 mm hündürlüyə qaldırılıb 30 dəq. hamin vəziyyətdə
saxlanılmalıdır.
Statiki sınaqdan sonra, maşın dinamiki sınağa yoxlanılır. Burada əsas məqsəd,
mexanizmlərin, tormozların, təhlükəsizlik qurğularının iş qabiliyyətini yoxlamaqdan ibarətdir.
Dinamiki sınaq zamanı, sınaq yükü nominal yükdən 10% artıq olmalıdır. Sınaq, yükün təkrar
qaldırılıb endirilməsi, bütün mexanizmlərin hərəkətinin yoxlanılmasından ibarətdir. Hər iki
statik və dinamik sınağa davam gətirən maşın istismara buraxılır.
Yükqaldırıcı maşınların istismarı zamanı, qaldırıcının yükqaldırma qabiliyyətindən artıq
yükü qaldırmağı qadağandır. Yüklə insanların birgə qaldırılması, möhkəm bağlanmamış yüklərin
qaldırılması, yükün qəflətən qaldırılması, yükün maili dartıcı ilə qaldırılması, tormoz sisteminin
iş vəziyyətindən çıxarılması qadağandır.