Texniki qüsurların təhlili və aşkara çıxarılması




Download 1,28 Mb.
Pdf ko'rish
bet85/113
Sana01.12.2023
Hajmi1,28 Mb.
#109072
1   ...   81   82   83   84   85   86   87   88   ...   113
Bog'liq
M asir d vrd istehsalatda h r hans s viyy d q bul edil n q ra

8.7. Texniki qüsurların təhlili və aşkara çıxarılması
Maşın hissələrinin materiallarındakı mexaniki, fiziki, kimyəvi (korroziya) və termiki
qüsurlar avadanlıqların hazırlanması daşınması və istismarı zamanı yaranır.
Zavod şəraitində yaranan qüsurlar hazır avadanlıqların qəbulu vaxtı aşkara çıxarılmalıdır.
Avadanlıqların xarakterik qüsurlarının siyahısı xüsusi ədəbiyyatda, eləcə də normativ
materiallarda verilir.
Hazır məhsullardakı qüsurları aşkara çıxarmaq üçün defektoskopiya üsulundan istifadə
olunur. Ümumiyyətlə, avadanlıq 20-dən çox üsulla, o cümlədən nüfuzedən şüalanma
(qammaskopiya və rentgenoskopiya), ultrasəs və maqnit defektoskopiya üsulları ilə yoxlanılır. 
Qammaskopiya üsulu metal təbəqədən keçən və rentgenoskopiya lövhəsinə təsir göstərən
qamma şüalarının nüfuzetmə qabiliyyətinə əsaslanır. Bu üsulla metaldakı məsaməlilik qüsurları
aşkara çıxarmaq mümkündür. Həmin məqsədə çatmaq üçün xüsusi qamma-cihazın daxilində
yerləşən radioaktiv izotoplardan (kobalt 60, sezium 107 və s.) istifadə edilir.
Üsulun çatışmayan cəhəti, yoxlanılan hissəyə iki tərəfdən yaxınlaşmağın tələb olunması,
qüsurun dərinliyinin təyin edilə bilməməsi, bütün avadanlıqlarda tətbiq olunmanın və yoxlama
prosesinin mürəkkəbliyidir. Üstün cəhəti isə, qüsurlu yerin həssas lövhədə qeyd olunması və
araşdırmanın iş yerindən kənarda da aparılmasının mümkünlüyüdür.
Ultrasəs defektoskopiya üsulu, ultrasəs dalğalarının əks etdiyi mühitin akustik xassələrinə
əsaslanır. Ultrasəs vericisi kimi pyezometrik effektli barium-titanatdan hazırlanmış keramik
lövhəcikdən istifadə olunur. Ultrasəs, defektoskopiya cihazının həssas elementi vasitəsilə
yoxlanan cismin səthinə yönəldilir. Ultrasəs selinin bir hissəsi cismin qüsurlu yerindən əks
olunur. Qalan hissəsi isə cisim-hava sərhəddinə qədər gedib geri qayıdır. Ölçmə zamanı
defektoskopiya ekranında bir-birindən məsafəsinə görə fərqlənən qeydlər alınır. Qüsurlu yerdən
əks olunmuş ultrasəs güclənərək cihazın osilloqraf qurğusunda təsvir edilir. Təsvirə görə zədəli
yer, onun koordinat və ölçüləri barədə dəqiq məlumat əldə edilir. Bu vasitə ilə, dərinlikdə
yerləşən çox kiçik zədələri dürüst müəyyən etmək olur. Həmin üsuldan qaynaq tikişlərinin
keyfiyyətini yoxlamaq üçün də geniş istifadə edilir.
Maqnit defektoskopiya üsulu elektromaqnit qütbləri arasında yerləşdirilmiş cisimdən
keçən maqnit selinin zədəli yerdən əyilib keçməsi prinsipinə əsaslanır.


Maqnit qüvvə xətlərinin əyilməsi, yəni səpələnən sahənin əmələ gəlməsi çox həssas
ferrozond vericisində qeyd olunur və buna əsasən, cisimdəki ən kiçik qüsurlar aşkara çıxarılır.
Bu sınama üsulu çox zaman stasionar zavod şəraitində aparılır.
Lüminessent üsulu bəzi mayelərin (yağların) ultrabənövşəyi şüalar təsirindən flüoresensiya
etmə qabiliyyətinə əsaslanır. Bu üsulla hətta ölçüləri 0,01mm, dərinliyi 0,002mm olan
mikroskopik çatları da təyin etmək mümkündür.
Dağıtmadan, kəsib-doğramadan qüsurlu yerlərin aşkara çıxarılması üsullarından sənayedə
çox geniş istifadə olunur. Bu isə böyük qəza və bədbəxt hadisələrlə nəticələnə biləcək təhlükəli
halları vaxtında və tamamilə aradan qaldırmağa imkan verir.

Download 1,28 Mb.
1   ...   81   82   83   84   85   86   87   88   ...   113




Download 1,28 Mb.
Pdf ko'rish

Bosh sahifa
Aloqalar

    Bosh sahifa



Texniki qüsurların təhlili və aşkara çıxarılması

Download 1,28 Mb.
Pdf ko'rish