dəqiq nəticələr yaranır. Belə hallarda tenzometrik ölçmə həqiqi təsir qüvvələrinin düzgün
təyininə kömək edir.
Avadanlıqların lahiyələndirilməsində dayanıqlıq məsələlərinin düzgün həlli böyük
əhəmiyyətə malikdir. Dayanıqlığı yüksəltmək tədbirləri sistemlərin möhkəmliyini artırmaqla
bərabər, onların müxtəlif əlavə yükləmə şəraitində normal işini təmin edir.
Neft sənayesində müxtəlif qaldırıcı mexanizmlərin aşması və sıradan çıxması, ötürmə
vasitələrinin, metal kanatların, təzyiq altında işləyən manifold birləşmələrinin qırılması və s. ağır
qəzalara və bədbəxt hadisələrə səbəb olur. Bu baxımdan, ümumiyyətlə maşın və avadanlıqlara
vaxtında xidmət göstərilməsi onların etibarlı işləməsini, uzunmüddətli istismarını təmin etməklə
yanaşı, qəza və bədbəxt hadisələrin aradan qaldırılmasına da kömək edir.
İş prosesinin təhlükəsizliyini təmin etmək, maşın, avadanlıq və mexanizmlərin sıradan
çıxmasının qarşısını almaq üçün onların konstruksiyalarının qeyri-normal iş şəraitinə daha həssas
olan hissələrində təzyiq, temperatur, qaldırılan yüklər və başqa parametrlər buraxılabilən həddən
az olmalıdır.
Avadanlıq üçün material seçdikdə əsas tələbat onun iş şəraitinə uyğun gəlməsindən
ibarətdir.
Konstruksiya üçün material seçdikdə, o, mütləq sınaqdan keçirilməlidir. Bunun üçün,
istifadə ediləcək materialdan lazımi olan konstruksiyanı təqlid edən kiçik bir konstruksiya
hazırlayırlar. Bu konstruksiya üzərində kompleks sınaq aparılır və materialın yararlığı müəyyən
edilir.