Qaz doldurulmuş balonlar vertikal vəziyyətdə saxlanılır. Bu məqsədlə onlar xüsusi
yuvalarda, məhdudlaşdırıcı arasında yerləşdirilir və yaxud divara xamıt və ya zəncirlə bərkidilir.
Toksik qaz balonları xüsusi otaqlarda yerləşdirilir. Otağın quruluşu təhlükəsizlik qaydalarına
cavab verməlidir. Toksik olmayan başqa qaz balonları xüsusi otaqlarda və ya acıq havada belə
saxlanıla bilər. Lakin, bu zaman onlar atmosfer çöküntülərindən və günəş şüalarından mühafizə
olunmalıdırlar.
Yanar qaz balonları və yanğına kömək edən qaz balonlarının bir otaqda yerləşdirilməsi
qadağan edilir.
Qaz doldurulmuş balonlar birmərtəbəli üstü yüngül örtüklü anbarlarda yerləşdirilir.
Divarlar, arakəsmələr, örtük yanmayan odadavamlılıq dərəcəsi II olan materialdan hazırlanır.
Anbarın qapı və pəncərələri bayıra açılan olmalıdır. Döşəmə sürüşməyən materialdan
hazırlanmalıdır. Yanar qaz balonları anbarının döşəməsi qığılcım törətməyən materiallarla örtül-
məlidir.
Balonlar istehlak yerlərinə xüsusi arabacıqlar və ya başqa qurğular vasitəsilə aparılır.
Balonların əl ilə daşınmasına yol verilmir. Balonlar nəqliyyat vasitəsilə aparıldıqda, onlar
horizontal vəziyyətdə olmalı, aralarında taxta və yaxud rezin arakəsmələr yerləşdirilməlidir.
Horizontal vəziyyətdə yerləşdirilmiş balonların ventilləri bir istiqamətdə olmalıdır.