Sıxılmış, həll olmuş və mayeləşdirilmiş qazlar üçün balonlar




Download 1,28 Mb.
Pdf ko'rish
bet79/113
Sana01.12.2023
Hajmi1,28 Mb.
#109072
1   ...   75   76   77   78   79   80   81   82   ...   113
Bog'liq
M asir d vrd istehsalatda h r hans s viyy d q bul edil n q ra

8.4. Sıxılmış, həll olmuş və mayeləşdirilmiş qazlar üçün balonlar


Balonlar sıxılmış (oksigen, hidrogen, azot, hava və s.) mayeləşdirilmiş (karbohidrogen
qazları, ammiak, xlor) və həll olmuş (asetilen) qazların nəqli və saxlanması üçün tətbiq edilir.
Sıxılmış qaz doldurulmuş balonlarda təzyiq 15МPа qədər olur. Buna görə də, onları,
əsasən, tikişsiz bütöv borulardan hazırlayırlar. Təzyiqi 3МPа qədər olan qaz balonlarını qaynaq
tikişli borulardan hazırlamağa icazə verilir.
Balonlar doldurulub-boşaldılma ventilləri ilə təchiz edilirlər. Hidrogen və başqa yanar qaz
doldurulmuş balonların yan çıxış xətti sol yiv, oksigen və başqa yanmayan qaz balonlarının çıxış
xətti isə sağ yiv ilə təchiz edilir. Bu, hər balonun ona zidd olan sahədə tətbiq edilməsi üçün
zamin yaradır. Balonların yan ventillərinin çıxışı qapayıcılarla, ventilin özü isə metal və ya
plastmas örtüklə qorunurlar.
Balonların vertikal vəziyyətdə dayanıqlığını təmin etmək üçün onlar polad başmaqla təmin
olunurlar.
Mayeləşdirilmiş qazla doldurulan balonlarda ümumi həcmin 10%-i boş saxlanılmalıdır.
Əks halda, temperaturun artması balon daxilindəki təzyiqin artmasına və onun partlamasına
səbəb ola bilər.
Sıxılmış, mayeləşdirilmiş və həll olmuş qazlar üçün hazırlanan balonlar qazın tipinə
uyğun müvafiq rənglərlə rənglənirlər.
Cədvəl 1-da qazın növündən asılı olaraq tətbiq edilən balonların rəngi, işarələri və
qeydləri verilmişdir. Balonların rənglənməsi, yağlı və nitro rənglərlə aparıla bilər.
Balonun yuxarı sferik hissəsinə aşağıdakı göstəricilər həkk olunur:
- hazırlanan zavodun işarəsi;
- balonun nömrəsi;
- boş balonun kütləsi, (N); 
- hazırlanma tarixi və növbəti müayinə ili; 
- işçi təzyiqi, (P, МPа); 
- hidravliki sınaq təzyiqi, (P, МPа);
- balonun həcmi, (l); 
- zavod ТNŞ işarəsi.
Balonların partlayış təhlükəsi onların daxilindəki qazın tipindən asılı deyildir. Onların
partlamasının başlıca səbəbi müəyyən yüksəklikdən düşməsi və yaxud zərbədən gövdəsinin
zədələnməsindən ibarətdir. Bu hal öz təsirini qabdaxili temperatur 30
0
C-dən yüksək olduqda
daha kəskin göstərir. 
Balonların həddindən artıq doldurulması da onların partlamasına səbəb ola bilər.
Balondan çıxan oksigen axın hissəsində olan yağla birləşərək alışır və balonun
Download 1,28 Mb.
1   ...   75   76   77   78   79   80   81   82   ...   113




Download 1,28 Mb.
Pdf ko'rish

Bosh sahifa
Aloqalar

    Bosh sahifa



Sıxılmış, həll olmuş və mayeləşdirilmiş qazlar üçün balonlar

Download 1,28 Mb.
Pdf ko'rish