• 8.2. Təzyiq altında işləyən qablara verilən ümumi təhlükəsizlik tələbləri
  • Müasir dövrdə istehsalatda hər hansı səviyyədə qəbul edilən qərar və təlimatlar, işçilərin




    Download 1,28 Mb.
    Pdf ko'rish
    bet76/113
    Sana01.12.2023
    Hajmi1,28 Mb.
    #109072
    1   ...   72   73   74   75   76   77   78   79   ...   113
    Bog'liq
    M asir d vrd istehsalatda h r hans s viyy d q bul edil n q ra


    partlayış yaranmasına səbəb olur.
    Təzyiq altında işləyən qablarda baş verən qəzaların əsas səbəbləri aparatların mexaniki
    möhkəmliyinin pozulması (korroziya, yerli qızmalar və s.), təzyiqin buraxılabilən qiymətdən çox
    olması, iş rejiminin pozulması, avadanlığa pis qulluq edilməsidir. Nadir hallarda qabların
    konstruksiyasındakı çatışmamazlıq qəzaya səbəb olur.
    Sənayedə işlərin təhlükəsiz görülməsi və Dağ-Mədən Nəzarəti Dövlət Agentliyi tərəfindən
    təsdiq edilmiş “Təzyiq altında işləyən qabların quruluşu və təhlükəsiz istismarı qaydaları”
    qabları layihələndirən, hazırlayan, istismar edən bütün müəssisə və təşkilatlar üçün məcburidir.
    Bu qaydalar aşağıdakı qablara və tutumlara aid edilir:
    - 0,07 МPа-dən yuxarı təzyiqdə işləyən qablar;
    -50
    0
    C-ə qədər temperaturda buxarlarının təzyiqi 0,07MPa-dan yuxarı olan mayeləşdirilmiş
    qazların nəqli üçün istifadə edilən çəllək və sisternlər, mayeləşdirilmiş qazları,
    maye və toz
    şəklində olan maddələri təzyiqsiz saxlayan və nəql edən, lakin, boşaldılması üçün 0,07 МPа-dan
    yüksək təzyiq lazım olan qablar və sisternlər;
    - işçi təzyiqi 0,07 МPа-dan çox olan sıxılmış, mayeləşdirilmiş və həll olmuş qazların
    saxlanılması və nəqli üçün istifadə edilən balonlar.
    8.2. Təzyiq altında işləyən qablara verilən ümumi təhlükəsizlik tələbləri
    Təzyiq altında işləyən qabların konstruksiyalarına, hazırlanmasına, materialına, montajına,
    təmirinə, tətbiq edilən nəzarət ölçü cihazlarına, qoruyucu qurğularına, yoxlanması və texniki


    qulluğuna, qeydiyyatına və quraşdırılmasına nəzarət üzrə xüsusi təhlükəsizlik tələbləri irəli
    sürülür.
    Təzyiq altında işləyən qabların işini idarə etmək və onların təhlükəsizlik istismarını təmin
    etmək üçün, onlar təzyiq və temperatur ölçən cihazlarla, qoruyucu tərtibatlarla, bağlayıcı
    armaturlarla, səviyyə göstəriciləri ilə təmin olunmalıdırlar.
    Qoruyucu qurğulara membranlar və qoruyucu klapanlar aid edilir. Qoruyucu klapanlar
    qablara birləşdirilmiş boru xətti üzərində yerləşdirilir. Bunlar, qab daxilindəki təzyiqin buraxıla-
    bilən təzyiqdən artıq olmasının qarşısını alır. Membranlar təzyiqin kəskin artması zamanı
    tutumdan böyük miqdarda maye və qaz kənar etmək lazım gələn yerlərdə quraşdırılır.
    Qoruyucu klapan elə bir mexanizmdir ki, qab daxilində təzyiq artdıqda avtomat olaraq
    açılır, təzyiq işçi təzyiq səviyyəsinə endikdə isə bağlanır. Klapan normal iş şəraitini təmin
    etməlidir. Yəni o, qoyulmuş təzyiqdə maneəsiz açılmalı, lazım olan miqdarda maye və qazı xaric
    etməyə imkan yaratmalı, açıq olduğu zaman qab daxilində təzyiq artmasını məhdudlaşdırılmalı
    və bağlandıqda qabın tam hermetikliyini təmin etməlidir. Bütün bu tələbatların klapan tərəfindən
    ödənilməsi üçün mürəkkəb mühəndisi məsələlərin həlli tələb olunur.
    Qoruyucu klapanın əsas hissəsi yəhərə sıxılan hissəsidir. Klapanı bağlayan qüvvənin
    növündən asılı olaraq, onu bir neçə növə bölürlər. Şəkil 8.1-də və 8.2-də yüklü və yaylı qoruyucu
    klapanlar göstərilmişdir. 
    Klapanlar aparata aşağı giriş hissələri ilə birləşdirilir. Yan hissədəki çıxış artıq təzyiqi xaric
    etmək vəzifəsini yerinə yetirir. Yaylı klapanlardan fərqli olaraq, yüklü klapanlarda ştokun
    qapaqdan çıxış hissəsində kipkəc yerləşdirilir və bu səbəbdən də o, lazımi hermetiklik yarada
    bilmir. 

    Download 1,28 Mb.
    1   ...   72   73   74   75   76   77   78   79   ...   113




    Download 1,28 Mb.
    Pdf ko'rish

    Bosh sahifa
    Aloqalar

        Bosh sahifa



    Müasir dövrdə istehsalatda hər hansı səviyyədə qəbul edilən qərar və təlimatlar, işçilərin

    Download 1,28 Mb.
    Pdf ko'rish