Şəkil 1. Yüklü qoruyucu klapan.
1 – ştok, 2 – balansir, 3 – əks yük, 4 – qapaq,
5 – klapanın gövdəsi, 6 – klapanın yəhəri
1
2
3
4
5
6
Şəkil 2. Yaylı qoruyucu klapan.
1- yəhər, 2 – tıxac, 3 - qapaq, 4 – yayın örtüyü, 5 – yay, 6 – ştok, 7- gövdə, 8 – məcburi açma qolu
üçün tərtibat.
Ona görə də, bu tipli klapanları bina daxilindən keçən daxilində qaynar maye olan boru
kəmərləri üzərində yerləşdirmək olmaz. Qoruyucu klapan ilə təzyiq mənbəyi arasında bağlayıcı
armaturların yerləşdirilməsi qəti qadağandır.
Qoruyucu klapanların sayı, onların ölçüləri və buraxabilmə qabiliyyəti elə seçilməlidir ki,
daxili təzyiqi 0,3 МPа qədər olan qablarda onun qəza işçi təzyiqindən tam açılma təzyiqi 15%-ə
qədər artıq olsun. Daxili təzyiq 0,3МPа artıq olduqda klapanın tam açılması üçün təzyiq işçi
təzyiqindən 10%-ə qədər artıq olmalıdır.
Klapanların etibarlı işlənməsi onun buraxabilmə qabiliyyətinin düzgün hesablanması,
yayın dəqiq tənzim edilməsi və işinə nəzarət vasitəsi ilə təmin edilir. Klapanın buraxabilmə
qabiliyyəti (kq/saat) “Qablar haqqında qayda” da verilmiş düsturlar əsasında hesablanmalıdır. Bu
qaydaya əsasən, atmosferə zəhərli, partlayış və yanğın təhlükəli qazlar və ya buxarların
tullanmasına qarşı sistemə iki – işçi və nəzarət-klapan qoyulur.
İşçi klapan qazı təhlükəsiz zonada atmosferə yönəldilir. Bu zonada klapanın işinə maneə
olan heç bir vasitə olmamalıdır.
Nəzarət klapanı isə məhsulu qapalı bir həcmə yönəldir ki, buradan da o fakelə yönəldilir.
Lazım gəldikdə bu klapana
birləşdirilmiş boru üzərinə soyuducu, ayırıcı, zərərləşdirici
yerləşdirilir.
Klapanın ilk açılışı üçün təzyiq elə tənzim edilir ki, birinci növbədə nəzarət klapanı açılsın.
Nəzarət klapanı qab daxilindəki təzyiqi işçi təzyiqə qədər endirə bilməzsə bu zaman işçi klapan
açılır. Belə bir sistem məhsulun itkisini və onun atmosferə atılma miqdarını azaldır.
Yağlar və buxarlar üçün tətbiq edilən qoruyucu klapanlar aşağıdakı universal düsturla
hesablanır:
G=220 pF
√
M
T
(3)
burada G – klapanın buraxabilmə qabiliyyəti, kq/ saat;
F – klapan yəhərinin en kəsiyinin sahəsi, sm
2
;
M – qazın və buxarın molekul çəkisi;
T – qazın və ya mayenin mütləq temperaturu, K
o
;
P – qəza təzyiqidir, kN/sm
2
.
Qoruyucu membranlar tutum və avadanlıqları arakəsilmədən artan təzyiq təsirindən
dağılmadan qoruyur. Membranlar partlayanadək tutumun tam hermetikliyini təmin edirlər.
Membranların çatışmayan cəhəti ondan ibarətdir ki, onlar bir dəfə istifadə edilir, qab daxilindəki
maddənin hamısını partlayış zamanı bayıra atılmasına maneə göstərə bilmir, işi stabil olmur və
buna görə də hesabat təzyiqi klapanların hesabat təzyiqindən 25%-ə qədər artıq götürülür.
Membranın işinin keyfiyyəti, onun konstruksiyasının düzgün seçilməsindən, materialın
növündən və onun qalınlığının daşıdığı təzyiqə hesablama dəqiqliyindən asılıdır.
Kövrək materialdan hazırlanmış membran lövhəsinin qalınlığı aşağıdakı düsturla
hesablanır:
δ=0 , 11⋅r⋅
√
P
əƏ σ
∂ə
(4)
burada δ – lövhənin qalınlığı, mm;
r
– lövhənin radiusu, mm;
P – lövhəni partladan təzyiq, kN/sm
2
;
σ
∂
– membran materialının əyilməyə qarşı möhkəmlik
həddidir, kN/sm
2
.
Elastiki materiallardan hazırlanmış membran lövhəsinin qalınlığı belə tapılır:
δ=
Pd
4 σ
k
(5)
burada P – lövhəni dağıdan təzyiq, kN/sm
2
;
d – lövhənin diametri;
σ
k
– materialın kəsilməyə qarşı möhkəmlik
həddidir, kN/sm
2
;
Qoruyucu membranlar qoruyucu klapanlardan əvvəl yerləşdirilə bilər.
Bağlayıcı armaturlar. Təzyiq altında işləyən qabın doldurulması və ya boşaldılması üçün
o, boru kəməri ilə əlaqələndirilir. Armaturlar boru kəməri ilə qab arasında yerləşdirilir.
Bağlayıcı armatur boru kəmərindən qaba daxil olan və ya ondan axıdılan maddənin
hərəkətini istənilən vaxt saxlamaq üçün istifadə edilir. Armaturlar intiqallı və avtomat hərəkətli
olaraq iki yerə bölünürlər. İntiqallı armaturun açılıb bağlanması xarici təsir ilə, avtomat
armaturun açılıb bağlanması isə nəql edilən maye və qazın hesabına əldə edilir.
İş xarakterinə görə bağlayıcı armaturlar kran, ventil və siyirtmə şəkilli olur.
Armaturun seçilməsi və tətbiqi mühitin temperaturu, təzyiqi və xassəsindən asılıdır.
Zərərli və partlayış təhlükəsi olan maddələr üçün istifadə edilən qablar qabın daxili təzyiqi
ilə avtomat bağlana bilən əks klapanla təchiz olunmalıdır.
Əks klapanlar (qalxan və dönən) axan maddələri yalnız bir istiqamətə buraxır.
Qalxan tipli əks klapanlar su və buxar xətləri, həmçinin məhsul xətləri üzərində
yerləşdirilir (şəkil 8.3).
|