• 9.1. Elektrik cərəyanının insana təsiri
  • MÜHAZİRƏ 9 Elektrik təhlükəsizliyi




    Download 1,28 Mb.
    Pdf ko'rish
    bet89/113
    Sana01.12.2023
    Hajmi1,28 Mb.
    #109072
    1   ...   85   86   87   88   89   90   91   92   ...   113
    Bog'liq
    M asir d vrd istehsalatda h r hans s viyy d q bul edil n q ra

    MÜHAZİRƏ 9
    Elektrik təhlükəsizliyi
    Elektrik təhlükəsizliyi dedikdə elektrik cərəyanının, elektrik qövsünün, elektromaqnit 
    sahəsinin və statiki elektrikin təhlükəli və zərərli təsirlərindən insanların mühafizəsinə 
    yönəldilmiş təşkilati və texniki tədbirlər sistemi başa düşülür.
    9.1. Elektrik cərəyanının insana təsiri
    Ümumiyyətlə, elektrik cərəyanının təsirindən baş verən istehsalat xəsarətlərinin sayı 
    istehsalatda baş verən ümumi bədbəxt hadisələrin 0,5-1,0%-ni təşkil edir.İstehsalatda ölüm ilə 
    nəticələnən bədbəxt hadisələrin ümumi sayının 20-40%-ni elektrik cərəyanından baş vermiş 
    bədbəxt hadisələr təşkil edir.
    Elektrik cərəyanı insan orqanizmindən keçdikdə termiki, mexaniki, elektroliz və bioloji 
    təsir göstərir. 
    Cərəyanın termiki təsiri bədənin dəri səthinin yanması, qan damarlarının, ürək, beyin və 
    digər üzvlərin yüksək temperatura qədər qızması şəklində təzahür edir ki, bu da həmin üzvlərin 
    ciddi surətdə funksional pozulmalarına səbəb olur.
    Cərəyanın elektroliz təsiri orqanizmdəki üzvi mayenin və həmçinin qanın tərkib 
    hissələrinin parçalanması şəklində təzahür edir ki, bu da onların fiziki-kimyəvi xüsusiyyətlərinin 
    ciddi pozulmalarına səbəb olur.
    Cərəyanın bioloji təsiri orqanizmin canlı toxumalarının qıcıqlandırılması və normal 
    fəaliyyət göstərən orqanizmdə gedən daxili bioelektrik proseslərin pozulması şəklində təzahür 
    edir ki, bu da mərkəzi sinir sisteminin nəzarət və idarəetmə funksiyasının pozulmasına səbəb 
    olur.
    Elektrotravmalar (xəsarətlər) yerli və ümumi xarakterli ola bilər. 
    Yerli elektrotravma – səthi zədələnmədir, yəni elektrik cərəyanının və ya elektrik 
    qövsünün təsirindən dərinin, digər səthi toxumaların zədələnməsidir (elektrik yanıqları, elektrik 
    izləri, dərinin metallaşması, mexaniki zədələr, gözün zədələnməsi). 


    Ümumi elektrotravma və ya elektrik zərbəsi- əzələlərin qeyri-ixtiyari qıc olmuş halda 
    yığılması ilə müşayiət edilən bütün orqanizmin reaksiya həyəcanlanmasıdır.
    Elektrik zərbələri şərti olaraq dörd hissəyə bölünür:
    - əzələlərin qıc olmuş halda yığılması. Lakin, bu halda insanda özündən getmə halı baş 
    vermir;
    - özündən getmə halı ilə birlikdə əzələlərin qıc olmuş halda yığılması. Bu halda nəfəs alma
    və ürəyin dayanması baş vermir;
    - özündən getmə halı ilə birlikdə nəfəs alma və ürəyin fəaliyyəti dayanır;
    - klinik (zahiri) ölüm, nəfəs alma və qan dövranının dayanması baş verir.
    Elektrik cərəyanından zədələnmənin ağırlığı insan bədənindən keçən cərəyanın 
    ölçüsündən, tezliyindən, bədəndə keçmə istiqamətindən, təsiretmə müddətindən, orqanizmin 
    fərdi xüsusiyyətlərindən və digər faktorlardan asılıdır.
    İnsan bədənindən keçən cərəyanın ölçüsü artdıqca zədələnmə təhlükəsi və onun ağırlıq 
    dərəcəsi artır.
    Orqanizmdən keçdikdə hiss olunan qıcıqlanmalar yaradan elektrik cərəyanı hissolunan 
    cərəyan adlanır. Cərəyanın aşağı hissolunan həddi 0,5mA sayılır.
    Orqanizmdən keçdikdə naqil sıxılan əlin əzələlərinin qıcolma halını yaradan elektrik 
    cərəyanı buraxmayan cərəyan adlanır. Bu halda insan özünü naqildən ayıra bilmir. Aşağı hədd 
    buraxmayan cərəyan 10 mA sayılır.
    Orqanizmdən keçdikdə ürəyin fibrilyasiyasını yaradan elektrik cərəyanı fibrilyasiya 
    cərəyanı adlanır, bu halda ürək damarlarda qanı hərəkət etdirə bilmir. Aşağı hədd fibrilyasiya 
    cərəyanı 100 mA sayılır.
    Bəzən “təhlükəsiz cərəyan” ifadəsindən istifadə edilir. İnsan üçün təhlükəsiz cərəyanın 
    dəqiq ölçüsü təsiretmə müddətindən və digər amillərdən asılıdır. Əgər insan iş prosesində daima 
    gərginlik altında olan hissələr ilə təmasda olmağa məcburdursa, bu halda ona təsir edən 
    cərəyanın miqdarı yol verilən aşağı hiss olunan həddən (0,5mA) artıq olmamalıdır. 
    Tezliyi 50-60Hs olan dəyişən cərəyan sabit cərəyana nisbətən daha təhlükəlidir. Cərəyanın 
    tezliyi artdıqca onun insana təsir etmə təhlükəsi azalır, ancaq 500Hs tezlikli cərəyan 50Hs 
    tezlikli cərəyandan heç də az təhlükəli deyildir.
    Elektrik cərəyanının insan bədənində ən təhlükəli istiqamətləri ürəkdən, beyindən, 
    ciyərdən və digər çox həssas üzvlərdən keçdiyi istiqamətlər sayılır.
    İnsan bədənində olan mümkün keçid istiqaməti əl-əl, əl-ayaq, ayaq-ayaq (cədvəl 1) hesab 
    edilir.
    Elektrik cərəyanının insana təsiretmə müddəti nə qədər çox olarsa ölüm ehtimalı bir o 
    qədər artıq olar.


    İnsan bədəninin elektrik müqaviməti çox geniş hədlərdə dəyişir. Quru, təmiz və 
    zədələnmiş dəridə müqavimət 3000 – 100000 Om hədlərində olur.
    Hər bir adamın bədənin müxtəlif səthlərində dərinin elektrik müqaviməti eyni 
    olmadığından, bədənin ümumi müqaviməti kontaktların toxunduğu yerdən və onların sahəsindən
    asılıdır. Dəri zədəlidirsə, cərəyan keçirən tozla çirklənibsə, nəm və ya tərlidirsə, bu halda 
    bədənin ümumi müqaviməti onun daxili müqavimətinə yaxın olur. Bədənin daxili elektrik 
    müqaviməti 300-500 Om hədlərində olur. 
    Cədvəl 1
    İnsan bədənində cərəyanın keçmə istiqamətinin xarakteri
    Cərəyan yolu
    Cərəyan keçmə
    istiqamətinə görə
    miqdarı %
    Cərəyanın keçməsi
    zamanı huşun
    itirilməsi miqdarı,
    %
    Əl-əl
    40
    83
    Sağ əl-ayaq
    20
    87
    Sol əl-ayaq
    17
    80
    Ayaq-ayaq
    6
    15
    Baş-ayaqlar
    5
    88
    Baş-əllər
    4
    92
    Başqaları
    8
    65
    Elektrik təhlükəsizliyi məsələlərinin həllində hesablamalar apardıqda sənaye tezlikli 
    cərəyan üçün (50-60 Hs) adətən insan bədənin elektrik müqaviməti R
    in 
    = 1000 Om qəbul edilir.

    Download 1,28 Mb.
    1   ...   85   86   87   88   89   90   91   92   ...   113




    Download 1,28 Mb.
    Pdf ko'rish

    Bosh sahifa
    Aloqalar

        Bosh sahifa



    MÜHAZİRƏ 9 Elektrik təhlükəsizliyi

    Download 1,28 Mb.
    Pdf ko'rish