9.2. Elektrik cərəyanından zədələnmə təhlükəsinin analizi
Elektrik vurması nəticəsində insanın cərəyandan aldığı zədə bütün hallarda onun elektrik
dövrəsinə qapanmasından asılı olur. İnsan dövrənin gərginlik altında olan iki nöqtəsinə
qoşulduğu halda zədəyə məruz qalır.
İnsan eyni zamanda iki naqilə və bir naqilə toxunaraqdan dövrəni qapaması geniş təsadüf
olunan xarakterik haldır. Şəbəkədə dəyişən cərəyan olduqda birinci hal iki fazalı toxunma
adlandırılır (şəkil 1).
Şəkil 1. İki fazalı toxunma
Naqillərin yerə nisbətən natamam izolyasiyası olduqda yerlə şəbəkə arasında elektrik
əlaqəsinin olması və yerə naqillərin qapanması zamanı bir naqilə toxunduqda bir fazalı toxunma
baş verir.
İki fazaya qoşulma daha təhlükəlidir. Bu halda insan bədəninə şəbəkədəki xətti gərginlik
də əlavə olunur.
İki fazalı qoşulmada bədəndən keçən cərəyan belə tapılır:
J
h
=
U
x
R
h
=
√
3⋅U
f
R
h
(1)
burada U
x
– xətti gərginlik (şəbəkənin faza naqilləri arasındakı gərginlik, V);
U
f
– faza gərginliyi (sarğıların əvvəli və sonu və ya sıfır və faza naqilləri arasındakı
gərginlik, V);
R
h
– insan bədəninin müqavimətidir, Om.
U
x
= 380V (U
f
= 220V) xətti gərginlikli şəbəkədə insan bədəninin müqaviməti R
h
= 1000 Om
olduqda
I
h
=
380
1000
=
√
3⋅220
1000
=
0,38 A=38OmA
İnsan üçün belə cərəyan dəhşətli dərəcədə qorxuludur və o, şəbəkənin neytralı rejimindən,
həmçinin insanın torpaqdan olan izolyasiyasından praktiki olaraq asılı olmur.
İki fazalı qoşulmaya nisbətən bir fazalı qoşulma daha tez-tez baş verir, ancaq bu az
təhlükəlidir. Belə ki, insanın məruz qaldığı gərginlik faza gərginliyindən yüksək olmur.
Neytralı yerləbirləşdirilmiş şəbəkədə dövrəyə qoşulan insan bədənindən keçən cərəyanın
miqdarı bədənin, insanın ayaqqabılarının, dayandığı döşəmənin və cərəyan mənbəyinin
neytralının müqavimətlərinin cəmindən asılıdır (şəkil 2.).
J
h
U
f
U
f
F
F
F
U
x
J
h
|