Elektrik cərəyanından zədələnmə zamanı ilkin yardım




Download 1,28 Mb.
Pdf ko'rish
bet93/113
Sana01.12.2023
Hajmi1,28 Mb.
#109072
1   ...   89   90   91   92   93   94   95   96   ...   113
Bog'liq
M asir d vrd istehsalatda h r hans s viyy d q bul edil n q ra

9.4. Elektrik cərəyanından zədələnmə zamanı ilkin yardım
Elektrik cərəyanının təsirinə məruz qalan insana ilk yardım iki mərhələdən ibarətdir: 1) 
elektrik cərəyanının təsirindən onu cəld azad etmək; 2) həkim gələnə qədər ona ilkin tibbi 
yardım göstərmək.
İnsanı elektrik cərəyanının təsirindən bir neçə üsul ilə azad etmək olar. Ən əvvəl elektrik 
qurğusunun insan toxunduğu hissəsində elektrik cərəyanını cəld kəsmək lazımdır. Bunun üçün 
müvafiq elektrik açarını açmaq, məftilləri baltalamaq və ya qısaqapanma yaratmaqla dövrənin 
avtomatik açılmasını təmin etmək olar.
İnsanı elektrik cərəyanının təsirindən ayırdıqdan sonra, ona həkim gələnə qədər ilkin tibbi 
yardım göstərilməlidir. 15-20saniyə ərzində zədələnmiş insanın halı yoxlanılmalıdır (nəfəs 
alması, nəbzi) və vəziyyətindən asılı olaraq ona yardım göstərilməlidir. Əgər zədələnmiş insan 
huşunu itiribsə. ancaq nəfəs alması və nəbzi sabitdirsə, bu zaman onu özünə gətirmək üçün 
naşatır spirti ilə islanmış pambığı onun burnuna yaxınlaşdırmaq, üzünə su çiləmək, bədənini 
örtüb qızışdırmaq lazımdır. Əgər zədələnmiş insan pis nəfəs alırsa, ancaq ürəyi normal işləyirsə, 
bu zaman süni tənəffüs ilə onun nəfəs almasını bərpa etmək lazımdır. Əgər zədələnmiş insan 
klinik ölüm halındadırsa, bu zaman vaxt itirmədən süni tənəffüs və ürəyini masaj etməklə onu bu
haldan çıxarmaq lazımdır.
Heç vaxt elektrik cərəyanından zədələnmiş adamı ölmüş hesab edib ona ilkin tibbi yardım 
göstərməyi dayandırmaq olmaz, ölüm faktını ancaq həkim təyin edə bilər.
Bəzi hallarda elektrik cərəyanı təsirindən zədələnmiş insan elektroşok adlanan bir 
vəziyyətə düşür. Yəni onda ilkin olaraq qısa müddətli həyəcanlanma, qan təzyiqinin düşməsi, 
nəfəsalmanın çətinləşməsi baş verir. Belə vəziyyət bir neçə dəqiqə və ya bir neçə saat davam edə
bilər, sonra ya ölüm ya da sağalma ola bilər.
İnsanda birinci dərəcəli elektrikdən yanması baş verərsə, onda zədələnmiş yerə soyuq su 
axıtmalı və ya 15-20 dəqiqə qar qoymaq lazımdır. I və II dərəcəli kiçik sahəli yanıq zamanı 
yanıq yeri bint və ya cunadan istifadə edərək sarınmalıdır.
Geniş sahəli və ağır yanıqlar zamanı zədələnən şəxsi soyundurmadan təmiz parça və ya 
döşəkağına bükmək, ona 1-2 ağrıkəsici həb vermək, isti çay içirtmək və həkim gələnə qədər 
sakitlik yaratmaq lazımdır. Yanmış üz cuna ilə örtülməlidir. Gözlər yanarkən üzərinə borat 


turşusunda isladılmış soyuq isladıcı qoymaq (1 stəkan suya 1/2 çay qaşığı turşu) və dərhal 
həkimə göndərmək vacibdir.
Kömək göstərərkən yanıq yerlərinə toxunmaq və ya oraya yağ, piy, maz, vazelin çəkmək, 
nişasta, soda səpmək olmaz. Yanan yerlərdən paltarı və ayaqqabını ehtiyatla çıxarmaq və kəsib 
ayırmaq lazımdır. Əgər paltar hissələri və ya qatranlı maddə (mastika kanifol) yanan yerə 
düşərsə oraya steril cuna bağlamalı və zədələnən şəxs müalicə müəssisəsinə göndərilməlidir. 
Elektrik qövsündən yanma və elektrik cərəyanından zədələnmə zamanı (yanıq sahəsindən 
asılı olmayaraq) zədələnən şəxs müalicə müəssisəsinə çatdırılmalı və o, həkim nəzarəti altında 
olmalıdır.

Download 1,28 Mb.
1   ...   89   90   91   92   93   94   95   96   ...   113




Download 1,28 Mb.
Pdf ko'rish

Bosh sahifa
Aloqalar

    Bosh sahifa



Elektrik cərəyanından zədələnmə zamanı ilkin yardım

Download 1,28 Mb.
Pdf ko'rish