Qısaqapanma – gərginlik altında olan müxtəlif qütblü elektrik məftillərinin kiçik
müqavimətlə birləşməsindən yaranır.
İfrat yükləmə zamanı naqilin qızma temperaturu belə təyin edilir.
t=
İJ
2
⋅
ρ
s⋅
ν⋅
k
; °C (10.16)
burada
J – cərəyan şiddəti, A;
ρ – naqilin xüsusi müqaviməti, Om×sm;
s – naqilin en kəsiyinin sahəsi, mm
2
;
ν – naqilin en kəsiyinin perimetri, mm;
k – istilikkeçirmə əmsalı; kkal/m
2
× saat × dər.
Böyük keçid müqavimətləri elektrik dövrələrində kontakt lazımı qədər olmaqda əmələ
gəlir. Kontakt zəif olan yerlərdə böyük miqdarda istilik ayrılır ki, bunun nəticəsində izoləedici
örtük, yaxında olan yanar maddələr və materiallar alovlanır.
İnduktiv fuko cərəyanı güc elektrik maşınlarının metal kütlələrində (transformatorların
nüvələrində, dinamomaşınların lövbərlərində) yaranır və onların qızmasına sərf olunur. Belə
bütöv kütlələrin temperaturunun yüklənməsi, nəticəsində bir sıra hallarda, məftillərin yanar
izoləedici qabığını alovlandıra bilər.