10.5. Maddələrin yanğın təhlükəli göstəriciləri
Yanma prosesi, yanma və ya öz-özünə yanma kimi iki hissəyə bölünür. Maddənin impuls
təsirindən yanması, öz-özünə alovlanma temperaturundan yuxarı temperaturda baş verir.
Bu göstəricilərdən başqa, bərk maddələrin yanğın təhlükəliliyini xarakterizə edən
alovlanma, mayelər üçün alışma temperaturları mövcuddur.
Alovlanma temperaturu elə bir minimal temperaturdur ki, bu temperaturda maddələr çox
qısa müddətdə od tutub ardıcıl yanırlar.
Yanma prosesinin baş verməsi üçün yanar maddə ilə oksidləşdirici müəyyən nisbətdə
olmalıdırlar. Qazların yanması üçün bu nisbət alovlanmanın konsentrasiya həddi, mayelər üçün
isə alovlanmanın temperatur və konsentrasiya hədləri adlandırılır.
Maddələrin fiziki halından asılı olaraq, onlarda yanma prosesini xarakterizə edən əsas
göstəricilər aşağıdakılardan ibarətdir:
a) Qaz qarışığının yanması və ya partlaması üçün – alovlanmanın konsentrasiya həddi və
öz-özünə alovlanma temperaturu.
b) Mayelərin yanması – alışma temperaturu, öz-özünə yanma temperaturu, alovlanmanın
konsentrasiya və temperatur hədləri.
c) Bərk maddələrin yanması – od tutub yanma və öz-özünə yanma maddələri.
Aşağıda yanma prosesinin sxemi göstərilmişdir:
Şəkil 1. Yanma prosesinin sxemi.
10.6. Alışma və öz-özünə alovlanma temperaturu
Alışma temperaturu istehsalatın yanğın baxımından kateqoriyasını müəyyən edən əsas
göstəricilərdən biridir. Alışma, maddələrin buxarlarına alovlanma impulsu ilə təsir etdikdə baş
verən ani yanma prosesidir.
Yanar mayeləri və bəzi bərk maddələri (məsələn, naftalin) müəyyən temperatura qədər
qızdırdıqda onların səthi üzərində əmələ gələn buxar alovlanma impulsu təsirindən qısa müddət
yanır. Qısa müddətli yanma əlavə buxarlanma yaratmadığı üçün tez kəsilir. Müəyyən
temperaturda tez alışan maddə buxarlarının hava ilə əmələ gətirdiyi qarışığa alovlanma impulsu
yaxınlaşdırdıqda o qısa müddətdə yanarsa, standart üsulla təyin edilən bu aşağı temperatura
alışma temperaturu deyilir. Bu şəraitdə yanma partlayışlı olur.
Bərk maddə
Oksidləşmə reaksiyasının sürətlənməsi, öz-
özünə alovlanma
Alo
vlan
ma
Dayanıqlı yanma
Qaz
Oksidləşməyən
parçalanma
Buxarlanma
Maye
Ərimə
Alışma temperaturu mayenin və başqa maddələrin yanması üçün potensial hazırlığını
xarakterizə edən fiziki amildir. Alışma və sabit yanma temperaturları bir-birinə yaxın olan
mayelər yanğına qarşı xüsusilə təhlükəlidirlər.
Alışma temperaturu mayelərdə yanma prosesi yaradan ən aşağı temperatur olduğu üçün, bu
onların təsnifatında əsas götürülür.
Alışma temperaturu qapalı qabda 61
0
C və açıq qabda 66
0
C qədər olan mayelərə tez alışan
mayelər deyilir. Alışma temperaturu yuxarıda göstərilən temperaturlardan yuxarı olan mayelər
isə yanar mayelər adlandırılır.
Aşağıdakı cədvəldə (1) bəzi maddələrin alışma temperaturları verilmişdir:
Cədvəl 1
Maddələrin alışma temperaturları
Mad
dələr
Alışma
temperaturu,
°C ilə
Maddələr
Alışma
temperaturu,
°C ilə
Aseton
Benzin
Benzol
Qliserin
Kerosin
-20
-53
-14
160
-28
Metil spirti
Fenol
Etilenqlikol
Etil spirti
Efir (dietil)
-7
90
40
11
-45
Qaynama temperaturu haqda məlumat olduqda, alışma temperaturunu aşağıdakı emprik
düsturlarla hesablamaq olar:
1.Ormandi Qrevan düsturu:
T
al
=
T
qay
k
(.8)
burada
T
al
– alışma temperaturu, K
0
;
T
qay
– qaynama temperaturu, K
0
.
2. Tornton düsturu ilə alışma temperaturuna uyğun doymuş buxar təzyiqi aşağıdakı kimi
təyin edilir:
P
al
=
P
0
1+(N −1)∙ 4,76
(
9)
burada
P
al
– alışma temperaturuna uyğun doymuş buxar təzyiqi, mm.c.st.
P
0
– atmosfer təzyiqi, mm.c.st.
N
– 1 mol mayenin yanması üçün lazım olan oksigen atomlarının sayı.
Maddələrin buxarları ilə hava qarışığını alovlandıran və azı 5san davam edən yanma
prosesindəki temperatur alovlanma temperaturu adlanır.
Əksər maddələrin öz-özünə alovlanma temperaturu 250-650°C intervalında yerləşir.
Lakin, dayanıqlı alov daha yüksək temperaturda başlayır.
Bəzi maddələrin öz-özünə alovlanma temperaturları aşağıdakı cədvəldə verilmişdir (cədvəl 2).
Cədvəl 2
Maddələrin öz-özünə alovlanma temperaturları
Maddələr
Öz-özünə alovlanma temperaturu,
°C ilə
Aseton
Benzin B-70
Benzol
Hidrogen
Metan
Toluol
Etil spirti
Etan
610
300
625
530
650
550
465
510
Maddələrin yanğın təhlükəsini xarakterizə edən daha bir kəmiyyət induksiya periodudur.
Bu maddənin qızdırılması zamanı ayrılan və ətrafa verilən istiliyin tarazlıq anından başlayaraq
öz-özünə alovlanma vaxtınadək olan müddəti göstərir.
|